Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə13/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
15
çıxarıb. Həyat təcrübəsi artdıqca, insan orqanizminə ziyan gə-
tirənlər tanındıqca cəmiyyətdə məişət şəraiti formalaşmağa baş-
lamışdır. İnsanlar bəlkə də min illər boyu başa gələn həyat təc-
rübəsi əsasında odu kəşf etmiş, daimi yaşayış yerləri yaratmış, 
istidən - soyuqdan qorunmaq üçün geyim əşyaları düzəltmişdir. 
Təbiəti dərk edə-edə insanın dili də formalaşmağa başlamışdır. 
Ona görə də dili bir anlıq baş verən hadisə kimi yox, min il-
lər boyu yaranan və formalaşan bir proses kimi başa düşmək 
lazımdır. Yəni ki, dildəki sözlər təsadüfən yaranan və ayrı-ayrı 
fərdlərə məxsus elementlər kimi qəbul edilməməlidir. Unutmaq 
olmaz ki, dil hər şeydən əvvəl sistemdir. Bu sistemi və dil struk-
turlarını təşkil edən vahiddər isə yaxıncinsli elementlərin məc-
musundan ibarətdir. Təfəkkürün inkişafı ilə insanlar kəşflər əldə 
edir, yeniliklər yaradır və bu yeniliklər təsadüfi adlarla yox, dilin 
daxili potensialı bazasında formalaşmış, həm də bir-biri ilə üzvi 
əlaqəsi olan dil vahidləri ilə canlandırılır.
Teoloji nəzəriyyə
Teologiya termini yunan mənşəlidir. Mənası ilahiyyat 
deməkdir. Bu nəzəriyyəni, eyni zamanda, dini nəzəriyyə də ad-
landırmaq olar. Dilin mənşəyi barədə orta əsrlərdə elə bir ciddi 
nəzəriyyə olmamışdır. Orta əsrlərdə dilin yaranması barədəki 
bütün fikir və mülahizələr ilahiyyat alimlərinin dini kitablar əsa-
sındakı mülahizələri üzrə cəmlənmişdir. Həmin mülahizələrə 
fikir aydınlığı gətirsək belə çıxır ki, insan yer üzünə Allah dər-
gahındakı qeyri-müəyyən bir məkandan (cənnətdən) gəlmişdir. 
Yəni insan yer üzərində yox, qeyri-müəyyən bir məkanda yer 
maddəsindən yaranıb yerə də qayıtmışdır. Müasir təsəvvürə çe-
virsək insan yer üzünə kosmosdan gəlmiş, dili də özü ilə kos-
mosdan gətirmişdir. Sübutu da budur ki, yer üzündəki dillərin 
arasında genetik qohumluqdan və tipoloji uyğunluqdan asılı ol-
mayan oxşarlıqlar mövcuddur.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin