Linqvistik tipologiya 17 olur”.
1
Bu ayələrdən və şərhdən aydın olur ki, dini ehkamlara
görə də dil birdən-birə yaranmamışdır. İlk insan ancaq təbiət-
dən müəyyən vacib sözləri öyrənə bilmişdir. Daha sonra şərh-
də deyilir ki, Adəm övladları vahid bir dilə mənsub olmamışlar.
Ona görə də Adəm onların hər biri ilə ayrı-ayrı dildə danışırmış.
Dilçilərin də bir çoxunun mövqeyi belədir ki, indiki dillərin ha-
mısı bir-birinin eyni olmadığı kimi ilkin mərhələdə də vahid dil
məsələsi barədə qəti fikir söyləmək həqiqətə uyğun gəlmir. Bu-
rada bir məsələ də var ki, insanın nütfəsi (maddəsi) torpaqdır.
O da bitki kimi və digər məxluqlar kimi torpağın məhsuludur.
Yaradılışa gəlincə insanların, heyvanların, bitkilərin yaranma-
sı ilə məşğul olan elm sahələrinin tədqiqatçıları belə bir suala
cavab axtarırlar ki, görəsən, bitki əvvəldir yoxsa insan? İnsan
torpağın məhsuludursa əvvəlcə hansı məkanda yaranıb? İnsan
eyni məkandamı yaranıb yoxsa müxtəlif məkanlarda? Bu sual-
lara cavab yoxdur. Ancaq Quran ayələrinin şərhinə istinad etsək
belə düşünməliyik ki, insan yəqin müxtəlif məkanlarda yaranıb
ki, Adəm onlarla ayrı-ayrı dillərdə danışırmış. Bu məsələdə dil-
çilərin də bir çoxunun mövqeyi üst-üstə düşür. Artıq, insanın
yaranması ilə əlaqədar belə bir fikir daha çox təqdir olunur ki,
bütün canlılar torpağın məhsuludur. Ancaq Darvinin təkamül
nəzəriyyəsinə görə insanın yaranması heyvandan keçir və onun
mənşəyi meymundur. Engels də bu müddəanı təqdir edir. Ancaq
orası var ki, meymundan insan törəndiyini hələ tarix görməyib.
Yəni nə meymun genindən insan törəməsi baş verməyib, nə də
insan genindən meymun. Yaxud heç bir pələng, pişik doğma-
yıb, heç bir pişik də pələng. Darvinin də Engelsin də dedikləri,
əslində, təkamül deyil, mutasiya təsəvvürüdür, xəyaldır. Darvi-
nin nəzəriyyəsində də əslində əfsanəvi, qeyri-inandırıcı görünən
1 Şeyxul-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi “Kitabül-bəyan fi təfsiril- Quran” I c., Bakı, “Minarə”, 2001, (296 s.). s. 8.