MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM



Yüklə 0,58 Mb.
səhifə2/7
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#7131
1   2   3   4   5   6   7
İLK CİNAYƏT

1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.

Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (əleyhissalam)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər. Sürətlə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər.

Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi.

Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, arvad-uşağa rəhm etmirdilər Camaatın evlərinə soxulub qadınların cəvahiratını, mənzil avadanlıqlarını qarət edirdilər.

Vəhşiləşmiş vəhhabilər monqollar kimi qarət olunmuş əşyalarla birlikdə Kərbəladan çıxanda şəhərdə cəsədlərdən ibarət bir təpə, qandan axan bir arx, qəm-qüssədən ibarət bir dağ, yetimlərin, uşaqların və qadınların göz-yaşı, nalə və şivənindən ibarət bir dərya qoymuşdular.

Cinayətkar vəhhabilərin bu aşkar vəhşiliklərinin qurbanı 50 min nəfər oldu. (Əlavə məlumat əldə etmək üçün Doktor Əbdül Cavad əl-Kidarın “Kərbəla tarixi” və İngilis yazıçısı Mister Setifon Həmislinin “Ərbəətü qürunin min tarixil-İraq” kitabına müraciət edə bilərsiniz.)
İKİNCİ CİNAYƏT

1217-ci qəməri (1796-cı miladi) ilində vəhhabilərin qarətçi qoşunu Taif şəhərinə hücum etdi. Şəhərə daxil olandan sonra kütləvi qırğına başladılar; hətta ana qucağında olan südəmər uşağa belə rəhm etməyib oradaca qətlə yetirirdilər. Həmçinin məscidlərə hücum edib camaatı rüku və səcdə halında olarkən qılıncdan keçirtdilər; bir Quran öyrənmə sinfinə daxil olub oradakı şagirdlərin hamısını qətlə yetirdilər.

Bu arada əhalidən bir qrupu, xüsusilə qadınlar şəhərin böyük şəxsiyyətlərindən birinin evinə pənah apardılar və qapını bağlayıb içəridə oturdular. Vəhhabilər üç gün səy etsələr də evə daxil ola bilmədilər. Buna görə hiyləyə əl atıb sülh və barışıq elan etdilər. İçəridə olanlar bu sülhə aldanıb qapını açdılar. Hiylələri baş tutan vəhhabilər evə daxil olub əvvəlcə onları tərk-silah etdilər, sonra da hamısını qırdılar. Bundan sonra şəhər əhalisindən bir qrupunu “Vəcc” adlı səhraya aparıb hamısının paltarlarını soyundurdular. Arvad-kişini çılpaq halda bir-birinə qatıb qarda və soyuqda səhraya buraxdılar. Vəhhabilər növbəti cinayətlərdə camaatın var-yoxunu qarət etməklə bərabər, Quran və sair kitabları parça-parça edib yollara tökdülər, ayaqlar altına salıb tapdaladılar. Camaatın evlərini dağıdıb torpaq komasına çevirdilər. Özlərindən sonra yüzlərlə insan cəsədi və parçalanmış Quran qoyub Taif şəhərini tərk etdilər. (Əlavə məlumat almaq üçün Cəmil Sidqi Əz-Zəhavinin “Əl-fəcrüs-sadiqü-fir-rəddi əla münkərit-təvəssüli vəl-kəraməti vəl-xəvariq” kitabına (İstambul çapı) müraciət edə bilərsiniz.)

Allah-Taala buyurur: “...Və əgər müşriklərdən biri sənə pənah gətirsə, ona pənah ver.” Amma vəhhabilər müsəlmanları faciəli surətdə qətlə yetirir, bəzilərini qadınları ilə birlikdə soyundurub səhraya buraxırlar...

Aydındır ki, vəhhabilər İslam adı altında Amerika və İngiltərə dövlətlərinin müstəmləkəçilik siyasətlərini icra edirdilər. Əgər belə deyilsə, qadınları nə üçün qırırdılar? Quranı cırmaq, ona və başqa dini kitablara ehtiramsızlıq etməyin səbəbi nədir?

Günahsız camaatın var-yoxunu çapıb qarət etmək nə deməkdir?

Müsəlmanlara aman verib, sonra onları aldadaraq qırmağın mənası nədir?

Bu işlərin hamısı göstərir ki, vəhhabilər İslamın müqəddəs qayda-qanunlarına, müsəlmanların namus və qeyrətlərinə ehtiram qoymurlar; həmçinin onlar Allaha, Peyğəmbərə, Qurana və bütün müqəddəs dəyərlərə kafirdirlər.

Allah barəsində deyirlər: “O cismdir, əli, ayağı və başqa bədən əzaları vardır.”

Peyğəmbər barəsində deyirlər: “Adamın əlində olan çəlik ondan yaxşıdır.”

Onların Qurana ehtiramları onu ayaq altına salıb tapdalamaq və hörmətsizlik etməkdən ibarətdir.

Onların pak imamlara (əleyhimussalam) qarşı rəftarları belədir ki, qəbirlərini viran edib, camaatı ziyarətə qoymurlar. Məscidlərə qarşı rəftarları isə: oraya həmlə edib, namaz qılanları qətlə yetirməkdir.

Görəsən iddia etdikləri “İslam” budurmu?!! (Bu ki, vəhşilikdir!)

Qeyd etmək lazımdır ki, vəhhabilər təkcə İraqa yox, həm də digər İslam ölkələrinə həmlə edib, həmin yerlərdə də hər bir kəsin vicdanını narahat və qəmgin edən saysız-hesabsız cinayət və faciələr törətmişlər.

İndi belə bir sual yarana bilər ki, nə üçün bu cinayət və faciələr tarixdə qeyd olunmayıb? Cavabında deməliyik ki, hər şeyin dəyəri maddiyyatla ölçülən hazırki əsrdə azad yazıçılar çox azdır; qələm sahiblərinin əksəriyyətinin boynunda nökərçilik, muzdurçuluq boyunduruğu vardır.

Qəsbkar Səudiyyə dövləti sel kimi gələn sərvətlərlə qələm sahiblərinin əksəriyyətini almışlar. Bu muzdur qrup, vəhhabiyyətin xeyrinə və mənafeyinə işləyir, haqqı, həqiqəti əsla müdafiə etmir.

Neftdən hasil olan sərvət muzdurların nəşriyyat, mətbuat və təbliğatlarına, habelə İslami və qeyri-İslami ölkələrdə olan qələm sahiblərini ələ almağa sərf olunur ki, Səudiyyə krallığının istəklərini dünyaya çatdırsınlar. Əlbəttə, Allah verən təbii sərvətlər bir qrup fasiq tərəfindən muzdur qələm sahiblərinə verilsə, şübhəsiz, heç vaxt onların cinayətlərinə aid olan həqiqətlər aşkar olmaz. Bundan artıq da zillət və xarlıq ola bilərmi? Muzdur hakim və yazıçıların əksəriyyəti satılmış, müsəlmanların sərvətləri müstəmləkəçilərin (Amerika və İngiltərə) mənafeyi istiqamətində sərf olunur. Amma müsəlmanların özlərinin müstəqil mətbuata və nəşriyyata, azad və doğru yazıçı və müəlliflərə ehtiyacı vardır ki, haqq-həqiqəti aşkara çıxarsınlar.

Əlbəttə, şiə yazıçı və müəlliflərinin arasında olan azadlıq və sədaqət başqalarından daha çox gözə çarpır. Çünki, onlar elə imamların ardınca gedirlər ki, o imamlar xain sultanlara boyun əyməyi rədd etmiş, azad insan vicdanını satmaqdan vaz keçmişlər. Bunlar özü elə bir fəzilətdir ki, bunlarla tarix boyu iftixar etmişlər.

ALİ-SƏUDUN (SƏUDİYYƏ SÜLALƏSİNİN) TARİXÇƏSİ

Ali-Səud kimlərdir və onların əsil-nəsəbi, nəsli kimə çatır?

Bilmək lazımdır ki, Ali-Səudun bir zahiri, bir də batini (həqiqi) nəsəbi vardır. Zahiri nəsəbi hal-hazırda təbliğ olunan nəsəbdir. Guya onlar uzun müddət yarımadada sakin olan Ənzət ibni Vailin nəslindəndir. Amma onların əsil və həqiqi nəsəbləri tamamilə başqadır. Yarımadanın yaşlılarının etiqadlarına görə Ali-Səudun zahiri nəsəbi yalan və qondarmadır. Onlar rüsvayçılığın qarşısını almaq üçün bu məsələni məxfi saxlamışlar. Şübhəsiz, bu yaşlı ağsaqqalların dedikləri həqiqətə daha yaxındır. Çünki onlar şəxsən müşahidə etdikləri mətləbləri deyir və yaxud öz ata-babalarından nəql edirlər. Yarımadanın yaşlıları deyirlər ki, Ali-Səud ərəb olmayan və öz nəsəblərini ərəblərə aid edən bir ailədəndir. Onların dediyinə görə, Ali-Səud sülaləsinin əsli yəhudi olub babalarının adı Mordxay İbrahim (Avraam) Muşadır. Məsələ belə olmuşdur: Bu şəxs ticarət məqsədləri üçün ərəb ölkələrinə səfər etmişdi. Amma adının yəhudi adı olduğu üçün çoxlu çətinliklərlə üzləşmişdi. Bu çətinlikləri aradan qaldırmaq üçün öz adını dəyişib Süleyman Əslayim, oğlunun Makron adını isə dəyişib Muqrin qoydu. Sonra öz oğlunu ərəb qəbilələrindən birinin qızı ilə evləndirmək istədi ki, ticarət işləri rövnəqlənsin və daha çox müvəffəqiyyətlər əldə etsin. Amma ərəblər işin əvvəlində əsil-nəsəblərini tanımadıqlarına görə onlara qız verməkdən çəkindilər. Buna görə onun özü və oğlu qərara aldılar ki, külli miqdar ehsan və bəxşiş yolu ilə özlərini ərəb qəbilələrindən birinə mənsub etsinlər. Ərəblərin tanınmış qəbilələri yad və qərib bir adamı qəbul etməkdən çəkindiklərinə görə yəhudi Mordxay adı-sanı olmayan və Ənzət qəbiləsinin bir şaxəsi sayılan Məsalix qəbiləsinə üz gətirdi. Başqa qəbilələr bu qəbiləyə həqarət gözü ilə baxırdı. Onların özü də qəbilə təəssübü olmayan bir qəbilə kimi tanınmışdı. Beləliklə, Mordxay özünü bu qəbiləyə mənsub edə bildi. Həmin qəbilədən oğluna bir qız aldı. Bu ailə qurmanın nəticəsi bir oğlan uşağı oldu. Onun adını əvvəlcə Məhəmməd, sonra isə dəyişib Səud qoydular. O həmin kəsdir ki, Ali-Səud özünü onun övladlarından hesab edir.

Səud da sonralar evləndi və bir neçə övladı oldu. Onlardan Məşari, Sənyan və Məhəmmədi qeyd etmək olar. Məhəmməd Əddaiyə məntəqəsinin böyüklərindən idi. Əvvəldə deyildiyi kimi, ingilis casusu Hemfer Əddaiyənin rəisi Məhəmməd ibni Səud və vəhhabiyyətin rəisi Məhəmməd ibni Əbdül Vəhhabı bir-biri ilə tanış etmiş və onlar da öz növbəsində aşağıdakı ardıcıllıqla razılığa gəlmişdilər:

1-Məhəmməd ibni Səud Əddaiyədə rəislikdə qalsın, hökmranlıq və qüdrət isə irsi olaraq onun ailəsində nəsildən-nəslə keçsin; (Məhəmməd ibni Əbdül Vəhhabın ailəsi indi Ali-Şeyx adı ilə məşhurdur. Ondan məqsəd həmin Məhəmməd ibni Əbdül Vəhhabdır. Bəzi vaxtlar vəhhabiyyəti “əd-dəvətüs-sələfiyyə, onun ardıcıllarını isə “sələfilər” adlandırırlar.)

2-Müsəlmanların dini rəhbərliyi Məhəmməd ibni Əbdül Vəhhabın əlində olsun və bundan sonra irsi olaraq onun nəslinə çatsın.

Beləliklə hakimiyyət, qeyd olunan qayda əsasında o iki nəfərin arasında bölüşdürülür. Bu hadisə vəhhabiyyətin qara tarixinin ilk nöqtəsi idi. Hər kəs bu rüsvayçı razılaşmanın tarixini araşdırsa, görəcəkdir ki, onun bu günə kimi davam edib qalması müxaliflərin cəsədləri hesabına, qanı bahasına olmuşdur. Bu barədə Hafiz Vəhəb özünün “Cəzirətül-ərəb fil-qərnil-işrin” kitabında yazır:

Əbdül Əziz ibni Əbdür-Rəhman Ali-Səud deyir: “Vəhhabiyyətin təbliğ olunub yayılmasının ilk vaxtlarında bütün ərəb qəbilələri bizimlə müxalifət etməyə başladılar. Mənim babam Birinci Səud Müteyr qəbiləsinin başçılarından bir qrupunu həbs etdi. Tutulanların qohum-əqrəbası vasitəçilik üçün onun yanına gəldikdə, əmr etdi ki, məhbusların boyunlarını vursunlar və nahar yeyəndə başlarını süfrəyə qoysunlar. Sonra qonaqlardan (öldürülənlərin qohum-əqrəbasından) istədi ki, süfrədə qoyulanlardan meyl etsinlər.

Birinci Səudun bu istəyi rədd olunduqda, qonaqların da qətl hökmünü verdi.”

Bu deyilənlər Məhəmməd ibni Səud və Məhəmməd ibni Əbdül Vəhhabın, vəhhabiyyətin münhərif, azdırıcı ideyalarının yayılması istiqamətində olan saysız-hesabsız qanlı siyasətlərindən bir nümunə idi.

Beləliklə, bu cərəyan Ərəbistan yarımadasında inkişaf edib genişləndi. Ali-Səud hökumət qüdrəti öz ailələrində irsiyyətə keçirtdirlər öz babalarının adını (Səudu) bu yarımadaya yaydılar. Halbuki, Səudun özü bir yəhudi nəvəsi idi! Bu yəhudi ailəsi öz hakimiyyətləri dövründə İslam müsəlmanların əleyhinə törətdikləri cinayətlər saymaqla qurtarmaz. Bu cinayətlər elə indiyə kimi ardıcıl surətdə davam edir. İndi məlum oldu ki, Ali-Səudun əsil-nəsəbi yəhudi olmuşdur hamı bilir ki, bu tayfa (yəhudilər) etdiyi cinayətlər hesabına Allahın yer üzündəki ən pis məxluqu hesab olunurlar. Hətta Quranda onların barəsində belə gəlibdir: “Sən, ey Peyğəmbər, yəhudiləri möminlərə qarşı (digərlərdən) ən qatı düşmən taparsan.”1

Bu yəhudizadələrin hakimiyyətlərinin nəticəsi bu olmuşdur ki, onlar öz din, vətən və millətlərinə xəyanət edərək müsəlmanların Allah verən bol təbii sərvət və ehtiyatlarını iki əlli öz ərbablarına (Amerika və İngilisə) tam “səxavətlə” təqdim edirlər.
YOLUN ƏVVƏLİNDƏKİ MÜŞKÜLLƏR

Allah Evinə səfər etmək niyyətində olan hər bir kəs Ali-Səud dövləti vasitəsi ilə icad olunan üzücü çətinlik və müşküllərlə qarşılaşır. Halbuki, kommunist və kafir ölkələrinə səfər etməyin bu qədər çətinliyi yoxdur. Amma Səud hakimləri öz yanlış siyasətləri ilə belə çətinliklər yaradır və adını da “hacılara ilk yardım və kömək” qoyur. Hacılar da vacib müqəddimati işləri yerinə yetirmək üçün bütün müşkül və çətinliklərə dözməyə məcbur olurlar.

Burada onların vasitəsi ilə icad olunan müşküllərin bəzisini qeyd edirik:
1-TƏYYARƏ BİLETİNİN QİYMƏTİNİN BAHALAŞDIRILMASI

İlk növbədə insanın nəzər-diqqətini özünə cəlb edən şey budur ki, səfər (təyyarə) biletinin qiyməti adi günlərə nisbətən həcc günlərində daha çox artırılır. Məsələn, adi günlərdə biletin qiyməti 45 dinardır, amma həcc günlərində 90 dinara çatır. Görəsən bu cür ayrı-seçkilik bir növ cinayət deyilmi? Görəsən, belə günlərdə (həcc günlərində) hacılara yardım haqqında fikirləşmək lazım deyilmi? Yaxşı yadımdadır, Ali-Səud dövləti camaatı Qatar dövlətində keçirilən dördüncü tur idman yarışlarına (tamaşaçı kimi) kütləvi şəkildə təşviq edirdi. Hətta yol pulunu (gedib-qayıtmaq) ucuzlaşdırıb 5 dinar etmişdi. øHansı ki, adi günlərdə həmin qiymət 56 dinar idi.π Və hökumət öhdəsinə almışdı ki, (idman yarışlarında) təyyarə şirkətlərinə dəyən ziyanı ödəsin.

Bu, Ali-Səud dövlətinin dini əqidə, Allah və Peyğəmbərlə heç bir əlaqəsi olmayan idman oyunları qarşısındakı, yuxarıda deyilənlər isə dinə zidd olan bu dövlətin hacılar və həcc mərasimi qarşısında göstərdiyi üzdəniraq “əliaçıqlığıdır”.

Görəsən bütün rahatlıq vasitələrini və mümkün olan yardımı hacıların ixtiyarında qoymaq lazım deyildirmi? Belə bir dəlil gətirilə bilər ki: “Həccin xərcləri ağırdır, dövlət də o xərcləri təmin etmək üçün biletin qiymətini qaldırmağa məcburdur.” Cavab bu olar ki: Bəs nə üçün Səud dövləti neftdən gələn gəlirin bir qismini həcc xərcləri üçün sərf etmir?

Soruşmaq lazım deyildirmi ki, neftdən gələn milyardlarla dollar harada məsrəf olunur? Və ehtiyatlar necə, hansı yolda və nəyə məsrəf olunur? Bütün bu sərvətlər əslində qeyri-İslami hərəkatların yaradılmasına, azğın, yoldan azmış partiyaların qüvvətləndirilməsinə, muzdur hökumətlərin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının alınmasına və nəticədə ərbablarının ciblərini doldurmağa, fəsad və fahişə mərkəzlərində və s. yerlərdə əyyaşlıq və eyş-işrətə sərf olunur. Təəccüblü burasıdır ki, qəsbkar Səudiyyə dövləti bütün bu deyilən səhələrdə lazımi xərci təmin edə bildiyi halda, həcc mövsümündə hacıların xərclərini təmin etmək məqsədi ilə səfər biletlərinin qiymətini qaldırır.
2) VİZANIN DÜZƏLDİLMƏSİ ÜÇÜN 12 DİNAR

Səudilər viza düzəltmədə Fars körfəzi məntəqəsində yaşayan hər bir adamdan 12 dinar məbləğində pul alırlar. Görəsən bu qəsbkar dövlətin pula olan ehtiyacı bir belə çoxdur ki, binəva hacılardan bu qədər pulu zorla alır?! Görəsən, Şəriət qanunları bir möhür vurmaqdan ötrü 12 dinar alınmasına icazə verirmi? Görəsən belə bir malın yeyilməsi Allahın nəhy etdiyi qeyri-şəri gəlir və batil mallar sırasında deyildirmi? Həqiqətdə, Səudi qəsbkarlarının Allah evinin hacılarından aldıqları “cərimə hesab olunmurmu?

Qeyd olunmalıdır ki, adi günlərdə viza üçün 2 dinar pul alınır, amma həcc mövsümündə bu məbləğ 12 dinara çatır.
3) HACILARIN SƏRGƏRDAN OLUNMASI

Kaş ki, müşküllər elə bu deyilənlərlə qurtaraydı! Amma iş bununla qurtarmır. Səudilər öz rəftar və əməlləri ilə hacıları get-gələ salıb sərgərdan edirlər. Mən bir hacı kimi, dəfələrlə əlimdə pasport ola-ola təyyarə meydanından səfirliyə və əksinə olan yollarda get-gələ düşmüşəm. Onlar hacıları yalan vədələrlə ələ salıb gülür, nalayiq sözlərlə təhqir edirdilər. Onların səfirliyinə daxil olan vaxt səfirlik işçilərini kreslo üzərində oturmuş və otaqların fəzasını dolduran haram musiqiyə qulaq asan halda görürdük. Özü də İslamın nümayəndəliyini, Quranın müdafiəçisi, dinin himayəçisi iddiasını edən bir dövlətin səfirliyi!

Bundan daha acınacaqlı bir hadisəni qeyd etmək istəyirəm. Bir müddət bundan əvvəl Ali-Səud dövlət radiosuna qulaq asanda bir veriliş diqqətimi cəlb etdi: Hökumət axundlarından biri İslamda ğinanın (haram musiqinin) haram olması barədə söhbət edirdi. Onun çıxışı qurtarandan sonra, heç bir şey olmamış kimi, radio estrada musiqisinə başladı.

Aydın olur ki, Səud qəsbkarları üzlərinə İslam pərdəsi çəkmiş, qanunları və radioları isə əsil İslamın möhtəvasından xəbərsizdirlər.
4) HƏCCİN AĞIR VERGİSİ

Hacılar, viza düzəltmək üçün etdikləri çoxlu səy, çəkdikləri əziyyətdən sonra yeni bir böyük mane ilə rastlaşırlar. O da 1219 riyal Səudi pulu (=100 Küveyt dinarı və ya 130 İraq dinarı) ödəməkdir. Bu məbləğ təyyarə limanına buraxılış vərəqəsi almaq üçün alınır.

Təbiidir ki, bu məbləğdə pulun ödənilməsi hacılarda nifrət hissi oyadır, onları etiraz səslərini ucaltmağa məcbur edir. Şair deyir:

Əgər nalə edən mən, qulaq asan sən olsan,

Bir yerə çatmayan şey yalnız fəryaddır.

Mən məs”uliyyətli işçilərin birindən soruşdum:–Bu qədər pulun alınmasının səbəbi nədir?

Dedi:–Buna görədir ki, dövlət hacıların məskən, çadır, yemək və s. kimi xərclərini öhdəsinə almışdır!

Dedim:–Axı mənim həcc səfərimin xərclərinin hamısını həcc karvanlarından biri öhdəsinə almışdır!

Dedi:–Bizim vəzifəmiz yalnız bu məbləği almaqdır və bu bizə verilən göstərişdir.

Dedim:–Məgər sən özün demədinmi ki, bu məbləğ həcc xərcləri üçün alınır?

Dedi:–Bəli!

Dedim:–Bəs bizim karvanımız başqa karvanlar kimi mənzil, yemək və bu kimi səfər xərclərini necə almışdır?

Məni qane edə biləcək bir cavab tapmadıqda üz-gözünü turşudub qışqırdı:–Sus! İstəmirsiniz həccə gəlməyin!

Bəli... Səudiyyə dövləti qulluqçularının Allah Evinin hacıları ilə etdikləri rəftar bax bu cürdür!

Aydındır ki, onlar dəlil və məntiq qarşısında məhkum olunduqda, zorakılığa, kobudluğa əl atırlar. İndi daha artıq məlumat üün hörmətli oxucuların diqqətini məndən alınan məbləğlərə cəlb edirəm:

Biletin bahalaşdığı üçün 46 dinar

Viza üçün 12 dinar;

Həcc vergisi üçün 100 dinar;

Cəmisi 158 dinar.

Bu məbləğin hesabı təyyarə limanında, Məkkə-Mədinə yolundakı yoxlanış məntəqələrində bizdən alınan məbləğdən ayrıdır.

(Bu kitabda qeyd olunan rəqəmlər, keçmişə adiddir, indi daha da artmışdır.)

Allah-Taala buyurur: “Öz mallarınızı batil boş yerə sərf etməyin.”1 Bu ayədən aydın şəkildə məlum olur ki, Allah-Taala bizə nahaq mal götürməyi qadağan etmişdir. Amma vəhhabilər bu yüzlərlə başqa ayənin xilafına olaraq əməl edir. Bununla da istismarçılara satıldıqlarını isbat edirlər.

UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK

Riyazdan uçuş namünasib bir vaxta–gecə saat 3-ə təyin edilmişdi. Hacılar dəstə-dəstə təyyarə meydanına gəlib təyyarəni gözləyirdilər ki, onları təyin olunmuş vaxtda Mədinəyə, yaxud Cəddəyə aparsın. Amma təyyarə meydana sübh saat 5-də oturdu və biz üç saat yarım təxirlə yola düşdük. Əlbəttə, başqa hacılardan da eşidirdik ki, onların da uçuşu təxirə salınıb və həccin bütün uçuşları təyin olunmuş vaxtdan bir neçə saat sonra olmuşdur. Bu da Səud hakimlərinin nəzmsizlik və inzibatsızlığı qəsdən törətdiklərinə bir sübutdur. Bəlkə də buna inana bilməyəsiniz ki, doslarımdan bəziləri iki gecə-gündüz təyyarənin gəlişini gözləyirdilər!

Şübhəsiz ki, belə nizamsızlıq müstəmləkəçi əllərin (camaat arasında nifrət və soyuq münasibət yaratmaq üçün) mövcud olduğunu göstərir.

Bu barədə indoneziyalı dostlarımdan biri nəql edirdi ki, İndoneziya dövləti bu ölkənini hacıları ilə çox sərt rəftar edir. Hacılar min bir zəhmətə qatlaşdıqdan sonra buraxılış vərəqəsi düzəldib müəyyən olunmuş vaxtda, məsələn, axşam saat 7-də ailəsi və qohum-əqrəbası ilə birlikdə aeroporta gəlirlər, amma saatlarla təyyarənin aeroporta gəlməsi üçün intizarda qalırlar. Bu intizar o biri günün sübhünə qədər davam edir, nəticədə yorğunluq onların canlarını üzür. Elə bu vaxt onlar mikrofondan bir nəfərin səsini eşidirlər: “Uçuş günortadan sonra saat 4-ə keçirilmişdir.”

Hacılar vədə verilmiş vaxtda aeroporta qayıtdıqa, yenə də saatlarla təyyarəni gözləməli olurlar. Birdən eşidirlər ki, təyyarədə texniki nasazlıq var və mühəndislər təyyarəni təmir etməyə məşğuldurlar. Buna görə də uçuşun vaxtı gecə saat 11-ə keçirilmişdir!!

Belə-belə oyunlar yalnız həcc mövsümündə ardıcıl surətdə təkrar olunur. Amma Amerikaya və ya Avropaya uçmaq istəyənlər üçün uçuş vaxtının hətta bir dəqiqəsi belə dəqiq bir plan üzrə izlənilir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin