MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI



Yüklə 0,56 Mb.
səhifə7/7
tarix31.01.2017
ölçüsü0,56 Mb.
#7130
1   2   3   4   5   6   7
VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI

Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub-saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.

Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif hey”ətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti İslamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu, vəhhabilərin İslama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indi də sayılmaqdadır. “İslam dövləti” iddiasını irəli sürən ölkələr də vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məs”uliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.

Əlbəttə, onların belə bir mövqe seçmələri heç də təəccüblü deyil. Çünki bu hökumətlərin vəhhabilərlə müştərək bir xüsusiyyətləri vardır: onlar Amerika, İngiltərə, Rusiya və ya bu kimi istismarçı dövlətlərin əlaltılarıdır.

İndi görək, İslam iddiaçısı olan dövlətlərin bu üç dövlətdən asılı olmalarında şəkk yeri vardırmı?

Şübhəsiz, hamı bilir ki, bu dövlətlərin başçıları əcnəbilərin əlaltılarıdır və onların (əcnəbilərin) səfirlikləri tərəfindən verilən göstərişlərə uyğun olaraq əməl edirlər.

Bunları nəzərə alaraq bu dövlətlərin vəhhabilərin cinayətlərinə qarşı bir reaksiya göstərəcəklərini gözləmək olarmı?

Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər-əlamət qalmamışdır.

Birinci dəstəyə aşağıdakılar daxildir:

Mədineyi-münəvvərədəki “Bəqi” qəbiristanlığı; o, 1342-ci hicri qəməri ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların və digər ilahi övliyaların qəbirlərinin zərihləri, minarə və günbəzləri məhv edilmişdir.

Məkkeyi-Mükərrəmədə olan “Qüreyş” qəbiristanlığı (“Cənnətül-müəlla”); bu qəbiristanlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onların bəzilərinin adlarını qeyd edirik:

1. Peyğəmbərin babası Əbdül-Müttəlib ibni Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə etdiyi xidmətlər hamıya bəllidir.

2. İslam qəhrəmanı Əli (əleyhissalam)-ın atası Əbu-Talib. O, İslam Peyğəmbərinin zəhmətkeşi və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər onun barəsində buyurmuşdu: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün oldu.”

Amma vəhhabilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirlər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əli (əleyhissalam)-a qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bir şerdə deyir:

Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır.”

İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?

Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, Qiyamət günü Allah qarşısında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, Əli (əleyhissalam)-ın və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.

(Əlavə məlumat almaq üçün Əbdüllah Xüneyzinin yazdığı “Qüreyş mömini Əbu Talib” kitabına müraciət edə bilərsiniz.)

3. Peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində buyurur: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur.”

4. Peyğəmbərin oğlu Əbdüllah.

5. Peyğəmbərin oğlu Qasim.

Keçmiş dövrlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər Hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.

Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:

1. Peyğəmbərin əziz atası Əbdüllah ibni Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).

Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar.

Bu əməllə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in atasına qarşı böyük bir hörmətsizlik və əhanət (təhqir) rəva görmüşlər. Görəsən, bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?

Şübhəsiz, bu işlərin hamısı Məhəmməd ibni Əbdül-Vəhhab ilə ingilis casusu Hemferin razılaşmaları əsasında baş vermişdir.

Onlar qərara almışdılar ki, Peyğəmbərin heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin əziz atasını küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-Beyt (əleyhimussalam)-dan gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdüllahın imanlı olması təkid olunmuşdur.

2. Xeybər qapısı. Xeybər, Mədinə şəhərinin 95 kilometrliyində yerləşən bir məntəqənin adıdır. Qədimdə bu məntəqədə çoxlu möhkəm qalalar var idi. O qalalarda yəhudilər yaşayırdılar.

Yəhudilər müsəlmanların qorxusundan Xeybər qapısını böyük böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi həzrət Əli (əleyhissalam) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxardıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi İbni Əbil Hədid, Əli (əleyhissalam)-ın bu fəzilətinə işarə edərək deyir:

Ey qırx dörd nəfərin hərəkət etdirməkdən aciz qaldığı qapını yerindən çıxaran!”

Bu qapı Xeybər qalasında yaşayan yəhudilərin həyatı üçün şah damar hesab edilirdi. İmam Əli (əleyhissalam)-ın qala qapısını çıxardıb ora hücum etdiyi və yəhudilərin sərkərdəsi olan Mərhəbi öldürdüyü vaxt yəhudilərin ən böyük ümidləri qırıldı.

Maraqlıdır ki, İordaniya tərəfindən Hicaza tərəf gələn hacılar Xeybər məntəqəsindən keçəndə bir küncə tullanmış o böyük qapını görür və Əli (əleyhissalam)-ın o qapını çıxartmaqda və yəhudiləri məğlub etməkdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətlərdən heyrətlənirdilər. Ali-Səud sülaləsi hakimiyyətə gələndən sonra bir neçə səbəbə görə o daşı öz gözlərində bir tikan kimi görürdülər. Bu səbəblər aşağıdakılardır:

a) O qapının müşahidə olunması Əli (əleyhissalam)-ın əzəmətini xatirələrdə canlandırırdı. Ali Səud isə o həzrətə qarşı kin və düşmənçilik bəsləyirdi. Elə buna görə də bu qapının mövcud olmasına dözə bilməzdilər.

v) İngilis casusu Hemfer Məhəmməd ibni Əbdül Vəhhab ilə İslamı zəiflətmək və məhv etmək üçün sövdələşmişdi. Bu qapı isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rəhbərliyi ilə müsəlmanların böyük qələbələrindən aşkar bir nümunə idi. Buna əsasən, bu məsələnin yanından sakit sovuşa bilməzdilər.

Saydığımız bu və bəzi başqa dəlillərə görə vəhhabilər bu böyük tarixi əsəri gizlətmiş, ondan heç bir əsər-əlamət saxlamamışlar. Bu barədə İordaniya-Mədinə magistralında sürücü işləyən bir nəfər mənə dedi ki, qəsbkar Ali Səud dövləti kran vasitəsi ilə bu daş qapını götürüb naməlum bir yerə aparmışdır.

Beləliklə, aydın olur ki, vəhhabilərin cinayətləri həddindən artıq çoxdur İslama və müsəlmanlara qarşı törətdikləri cinayətlərin isə sayı-hesabı yoxdur. Gizli törətdikləri cinayətlər aşkarda törətdiklərindən daha çoxdur.

İnşallah gələcəkdə istismarçıların əlaltısı olan bu dövlətin devrilməsi və möminlərin hakimiyyətə gəlməsi ilə məxfi qalmış cinayətlərin üstü açılacaqdır.

3. Qədir-Xum (Xum diyarı) İslam tarixində böyük bir hadisədən xəbər verir. Peyğəmbəri Əkrəm “Həccətül-vida”-dan qayıdan zaman Məkə ilə Mədinə arasında yerləşən bu məntəqədə düşərgə salmış, Əli (əleyhissalam)-ın əlini yuxarı qaldıraraq, onu özündən sonra canişinliyə təyin etmişdir. Sonra bu cümləni üç dəfə təkrar etmişdir:

Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu dost tutan (sevən) hər kəsi dost tut, onunla düşmənçilik edən hər kəsi Sən də düşmən tut; ona kömək edən hər kəsə kömək et və onu xar edən hər kəsi xar et!”

Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara əmr etdi ki, Əli (əleyhissalam) ilə beyət etsinlər və ona salam göndərsinlər.

Uzun illər boyu bu diyar müsəlmanlar üçün məşhur və tanınmış bir yer idi; oradan keçən hər bir insan bu böyük İslami hadisə haqqında xoş xatirələri yada salırdı.

Amma vəhhabilər hakimiyyətə gələndən sonra oradan keçən yolu dəyişdirdilər və o diyarın bütün İslami abidələrini məhv etdilər ki, heç kəs bu hadisənin baş vermə yerindən xəbərdar olmasın.
MƏSCİDÜL-HƏRAMA QARŞI HÖRMƏTSİZLİK

Allah-Taala Məscidül-həramı insanlar üçün əmin-amanlıq yeri seçmişdir. Orada heç kim başqasına–hətta günahkar olsa belə–toxuna bilməz.

Bu barədə Qurani-Kərim buyurur:

Hər kəs oraya (Məscidül-hərama) daxil olsa, amanda olar.”1

İslam fəqihlərinin hamısı bu fikirdədirlər ki, “hədd”2 vurulması vacib olan günahlara (zina, ləvat, şərab və s. kimi) mürtəkib olub Məscidül-hərama sığınan şəxslərə hakim, Məscidül-həramda hədd vurdura bilməz. (Çünki Allah-Taala oranı əmin-amanlıq məkanı qərar vermişdir.) Amma başqa yolla (məsələn, ac saxlamaqla) sıxışdıraraq, təzyiq göstərərək məsciddən çıxmaq məcburiyyətində qoymaq olar. Əlbəttə, qeyd etmək lazımdır ki, bir şəxs Məscidül-həramın daxilində günaha mürtəkib olsa, daha amanda qalmayacaq. Çünki bu, məscidə qarşı ehtiramsızlıq olur və ona hökmən hədd vurmaq lazımdır.

Bəli, Allahın və Quranın hökmü budur. Amma vəhhabilər bu hökmü bilə-bilə onu ayaqları altına salır və hətta Məscidül-həramın daxilində də hacılara qarşı hörmətsizlik edirlər. Hacılara qarşı edilən hörmətsizliklər çoxdur. Məsələn, qəsbkar Ali-Səud dövləti hər il həcc mövsümündə bir qrup vəhhabini Həcərül-Əsvədin yanında (Həcərül-Əsvəd yerdən bir metr ucalıqdadır) qoyur ki, hacıları vurub dağıtsınlar. Bu qrup Kə”bə qapısının astanasında oturub bir əllə onun üzərinə çəkilmiş pərdənin bir küncündən tutur, o biri əllərində isə qalın sim və ya şallaq hacıların baş-gözlərinə (onları Həcərül-Əsvəddən uzaqlaşdırmaq üçün) vururlar. Bu mənzərəni müşahidə edən hər kəs başa düşür ki, onların əlləri hacıları vurmaq və dağıtmaq üçün dayanmadan qalxıb-enir. Onlar böyüyə-kiçiyə, qocaya-cavana heç də rəhm etmirlər. Bu əməlin səbəbini soruşduqda deyirlər ki, məqsədimiz nizam-intizam yaratmaqdır ki, hamı Həcərül-Əsvədi öpə bilsin.

Amma aydındır ki, yalan deyirlər. Çünki: əvvəla, onların iddia etdikləri rəftar və əməl tərzləri nizam-intizam yaratmaq üzündən deyil, başqa müsəlmanlara qarşı olan kinənin şiddətindən xəbər verir. Dəlili də budur ki, onlar zərbələri tam daşürəklilik və şiddətlə hacıların başlarına endirirlər. İkincisi, Həcərül-Əsvədi öpmək belə bir cahilanə və kor-koranə üsullardan istifadə etmədən də mümkündür. Məsələn, mehribanlıqla hacılara deyə bilərlər ki, Həcərül-Əsvədi öpəndən sonra başqalarına da yol açsınlar. Necə ki, biz belə bir insani rəftarı İranın müqəddəs ziyarətgahlarında görmüşük. Məzhəbi bayram və ya vəfatlarda bu ziyarətgahlarda camaatın izdihamının Həcərül-Əsvədin yanında olan izdihamdan heç də az olmamasına baxmayaraq, İrandakı insani rəftar üsulları daha yaxşı və müsbət nəticələr verir.

Amma vəhhabilər müsəlmanlara qarşı bəslədikləri sırf kin və düşmənçlik üzündən belə bir üslubu seçmişlər. Öz gözlərimlə Həcərül-Əsvədin ziyarətindən qayıdan bir kişinin başından qan axdığını (vəhhabilərin zərbələri nəticəsində) gördüm.

Onlar belə bir vəhşi hərəkətləri növbə ilə yerinə yetirirlər. Məsələn, onların bir qrupu çoxlu fəaliyyətdən, dava-dalaşdan və nəticədə yorulduqdan sonra yerini başqa bir qrupa verir.

Məscidül-Həramda əmin-amanlığın olmaması və hörmətsizliyin çox olmasının aşkar nümunələrindən biri də budur ki, Səudiyyə dövləti vəhhabilərdən qeyrisinin Məscidül-Həramda nitq söyləməsini qadağan etmişdir!



1“Zümər” surəsi, 3

2“Maidə surəsi, 35

1“Maidə surəsi, 82

1“Bəqərə” surəsi, 188

1“Ali-İmaran” surəsi, 139

1Zərih-qəbrin dörd tərəfinə çəkilən dəmir şəbəkəyə deyilir.

1“Kəşfül-irtiyab” kitabına bax.

1“Əhzab” surəsi, 33.

1Mərvanın atası əvəllər Peyğəmbərin dalınca düşüb meymunluq edərək camaatı güldürür, həzrəti məsxərəyə qoyurdu. Peyğəmbər ona “qurbağa oğlu qurbağa” (ərəbcə “vəzəğ ibni vəzəğ”) ləqəbi qoymuşdu. Peyğəmbər də o məl”unu sürgün etmişdi.

2“Müstədərəküs-səhiheyn” 4-cü cild, s.515

1“Bəqərə” surəsi, 6

1İbni-Macə, “Səhih” kitabı, səh.245

1“Bəqərə” surəsi, 154

1“Həcc” surəsi, 32

1Əbu Hüreyrə Peyğəmbərin qatı düşmənlərindən olan yəhudi alimi və sonradan islama zərbə endirmək üçün zahirdə iman gətirən Kə”bi Əhbarın şagirdi idi və öz ərbabı kimi, bir an da olsun, iman gətirməmişdi. Zahirdə isə, İkinci xəlifə Ömərin zamanında iman gətirmişdi. O, “hədis dəllalı” adı ilə məşhur idi. Misal üçün, bir nəfər Əkkədən Məkkəyə soğan gətirmişdi. Soğan satışa getmirdi. Naçar qalıb soğanlar xarab olmasın deyə, Əbu Hürəeyrə ilə sövdələşdi. Əbu Hüreyrə ona dedi ki, sabah günorta namazında məscidə gələrsən. Vədə verdiyi vaxt minbərə çıxıb dedi: Əyyühənnas! Həbibim Peyğəmbərdən eşitdim ki, buyururdu: “Hər kəs Əkkə soğanını Məkkədə yesə, cənnət ona vacib olar.” bu söz ağzından çıxan kimi camaat sel kimi axışıb soğanları öz qiymətindən baha qiymətə aldılar.

Səmrət ibni Cündəb Peyğəmbəri Əkrəmlə müxalif olan mənfur adamlardan biri idi. Ənsardan olan bir səhabənin bağında Səmrətin bir dənə xurma ağacı var idi. O, öz ağacına baş çəkmək üçün icazəsiz ənsardan olan kişinin bağına daxil olur ona əziyyət verirdir. O da bu barədə Həzrət Peyğəmbərə şikayət etdi. Peyğənbər Səmrətə buyurdu: Bağa girəndə icazə al! O, Peyğəmbərlə razılaşmadı. Həzrət buyurdu: Neçəyə razısansa, o qiymətə də sat. Yenə də razı olmadı. Peyğəmbər buyurdu: Bu ağacın müqabilində cənnətdə sənə bir xurma bağı verəmyə zamin oluram. O məl”un yenə də razılaşmadı. Peyğəmbər əmr etdi ki, o xurmanı kökündən çıxardıb atsınlar.



1“Zümər” surəsi, 17

1“Furqan” surəsi, 63

1Əhzab surəsi, 33

1Nəcmsurəsi, 3

1Nisasurəsi,59)

1Nursurəsi, 32

2Maidə surəsi 44

1Əraf”, surəsi, 145

2Yunissurəsi, 32

1Nisasurəsi, 64

1Nisasurəsi, 85

1Yusifsurəsi, 97

1Həccsurəsi, 24

1Bəqərəsurəsi, 154

1“Möminun” surəsi, 9.

2“Ali imran” surəsi, 190.

3“Nəml” surəsi, 14

1“Ali-İmran” surəsi, 97.

2“Hədd” bir cinayət, yaxud günaha qarşı təyin edilən müəyyən bir cəza tədbiridir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin