MÜƏLLİF: seyyid kamal təRCÜMƏ edəN: VÜsal hüseynzadə



Yüklə 271,9 Kb.
səhifə12/24
tarix31.01.2017
ölçüsü271,9 Kb.
#6756
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

DƏRİNLİKLƏRƏ SƏFƏR

HƏZRƏT YUNUSUN ƏHVALATI


Dəclə çayının ətrafındakı böyük şəhərlərdə aşurilər yaşayırdılar. Onların ən böyük şəhəri bu ölkənin paytaxtı hesab olunan Neynəva idi. Neynəvada təxminən yüz min nəfər insan yaşayırdı. Onlar geniş torpaqlarda əkinçilik edərək dolanır və heyvanlarını da o məhsuldar yerlərdə otarırdılar.

Yunus (ə) o şəhərdə doğuldu, böyüyüb, cavanlıq yaşına çatdı. O görürdü ki, tayfası bütpərəstlik edir, mərmər daşlardan heykəllər düzəldərək onlara ibadət edirlər.

Allah-təala bəndəsi Yunusu (ə) peyğəmbərliyə seçdi. Onun Yeganə və Qüdrətli Allaha imanı vardı və bilirdi ki, bu bütlər yalnız daş parçalarıdırlar, heç bir ziyan və xeyir yetirməzlər. Allah-təala Neynəva xalqının bütpərəstlikdən ayrılıb, əsil tanrılarına ibadət etmələri üçün Yunusu (ə) onlara sarı göndərdi. Oranın camaatı təmiz ürəkli insanlar idilər, Amma, qədim zamanlardan Allaha şərik qoşub, heykəl və bütlərə ibadət edirdilər. Yunus (ə) gəlib onlara nəsihət edib dedi:

-Yeganə Allaha ibadət edin, ona şərik qoşmayın!

Lakin bütpərəstliyə adət etmiş Neynəva camaatı Yunusun (ə) də’vətini qəbul etməyib, onun qarşısında durdular.

Bütün peyğəmbərlər insanlara Yeganə Allaha ibadət etməyi öyrətmiş və təkallahçı olacaqları təqdirdə onlara müjdələr vermişlər.

Camaat azğınlıq içində idilər. Onlar daşlara ibadət edir və belə güman edirdilər ki, həmin daşlar onların həyatında tə’sirə malikdirlər. Yunus (ə) gələrək onlara Yeganə Allaha ibadət etmək yolunu göstərdi, lakin, bunun heç bir faydası olmadı. Allahın peyğəmbəri kin saxlamağın pis nəticələri barədə onlara xəbərdarlıq etdi və dedi:

-Əgər öz inadkarlığınızın üstündə qalıb, bütpərəstlikdən əl çəkməsəniz Allah-təala sizi əzaba düçar edəcəkdir.

Yunus Neynəva xalqının əlindən qəzəbə gəldi. O, Allahın əzabını onların yadına salıb, şəhərdən çıxdı.

Yunus Aralıq dənizinə tərəf gedib, Neynəva xalqına əzabın gəlişini gözlədi.

Bir müddət keçdi, Amma, Yunus (ə)-dan heç bir xəbər yox idi. O, Neynəvaya və onun əhalisinə aid olan xəbərləri çoxsaylı yolçulardan öyrənirdi. Lakin, onların hamısı deyirdilər:

-Şəhərin vəziyyəti yaxşıdır.

Yunus (ə) təəccüb edirdi:

-Görəsən nə olub ki, Allah əzabı Neynəvadan uzaqlaşdırıb?

 Beləliklə o, özünün Aralıq dənizinə doğru gedən yolunu davam etdirdi.

tövbə


Yunusun (ə) macərasını dənizə doğru yolda qoyub, böyük Neynəva şəhərinə qayıdırıq. Orda nə baş verdi? Niyə Allah əzabını Neynəva camaatından uzaqlaşdırdı? Yunus (ə) qəzəb və narahatlıqla şəhərdən çıxdı. Bundan bir neçə gün keçdikdən sonra Neynəva camaatı qorxulu əlamətlər müşahidə etdilər. Göyün üzü tüstü kimi hər yanı bürüyən tünd qara buludlarla dolmuşdu. Sadə insanlardan biri bu əlamətləri görməklə anladı ki, tezliklə Allahın əzabı yetişib, Neynəva şəhərini viran edəcək, şəhər xarabalığa çevriləcəkdir. Ona görə də Allahın əzabının gəlişini tez şəhər camaatına çatdırdı və onlara dedi:

-Özünüzə rəhm edin, oğul və qızlarınıza yazığınız gəlsin. Niyə inadkarlıq edirsiniz? Yunus (ə) heç də yalan danışmayıb. Budur, əzab sizi tutmağa hazırdır.

Neynəva əhalisi əzabın əlamətlərini müşahidə etdilər. Ona görə də özlərinin, öz övladlarının və şəhərlərin taleyi barədə fikirləşməyə başladılar. Anladılar ki, bu heykəllərin onlara heç bir faydası yoxdur. Onlar ata-babalarının əlləri ilə yonduqları daş parçalarından başqa bir şey deyillər. Belə isə niyə Allahı qoyub, onlara ibadət etsinlər?

Neynəva camaatı peşiman oldular. Onlar qəflətdə idilər, ayıldılar. Yuxuda idilər, oyandılar. Ona görə də Yunusu(ə) axtarmağa başladılar.

Onlar hər növ eyib və nöqsandan uzaq olan Allah-təalaa olan imanlarını e’lan etdilər. Lakin, Yunus (ə) Neynəvadan çıxıb,çox uzaq bir yerə getmişdi; heç kəsin bilmədiyi bir yerə. Buna görə də camaat şəhərin meydanlarının birinə toplaşdılar. O saleh kişi onlar üçün söhbət etdi və dedi:

-Ey Neynəva camaatı! Öz imanınızı aşkar edin.

O, həmçinin bildirdi:

-Allah öz bəndələrinə qarşı çox mehribandır. Peşiman olduğunuzu bildirin! Südəmər körpələrini analarından ayırın! Qoy ağlamaq səsi hər yeri bürüsün! Heyvanları otlaqlarından uzaqlaşdırın ki, ac qalsınlar və səsləri ucalsın!

Neynəva xalqı belə də etdilər. Analarla körpələri ayırdılar. Körpələr ağlaşdılar, analar ağladılar. Heyvanlar aclıqdan səslərini ucaltdılar.

Neynəvada sanki həyat və yaşayış tə’til olmuşdu. Hamı ağlayırdı, hamı hər şeyə qadir olan yeganə Allaha iman gətirdi.

Get-gedə mavi və şəffaf səma göründü. İnsanlar Allahın rəhmətinə iman gətirib, bir daha həyat ne’mətinə nail olduqları üçün sevindilər.

Neynəva əhalisi öz peyğəmbərlərinin qayıtmasını gözləyirdilər. Lakin, faydası yox idi. Çünki, Yunus (ə) qəzəb və nigaranlıqla getmiş və bir də qayıtmamışdı.

Bilirsinizmi Yunus (ə) hara getmişdi?

dənİzdə


Yunus (ə) Aralıq dənizinə çatdı. O, adaların birinə getmək üçün limanda dayanıb, gəmi gözlədi. Yelkənli bir gəmi gəldi. O, sərnişinlə dolu idi. Gəmi bə’zi sərnişinləri düşürüb, digərlərini mindirmək üçün lövbər saldı. Gəmiyə minənlərin içində Yunus (ə) da var idi.

Gəmi öz yelkənlərini qaldırdıqdan sonra hərəkətə gəldi. Dənizin ortasına çatdıqda isə güclü küləklər əsdi və dalğalar qalxdı. Gəmi özünün bu təlatümlü anlarını yaşayarkən maraqlı bir hadisə baş verdi. Böyük bir balıq peyda oldu; nəhəng bir Ənbər balığı.

Balıq dalğaların qoynunda yuxarı qalxır və sonra öz quyruğu ilə onları möhkəm vururdu. Sudan partlayışa oxşayan səslər eşidilirdi. Digər balıqlar qorxub, qaçırdılar. Balıq bir an dayandı. Onun tənəffüs orqanından şəlalə kimi su fəvvarə vurdu. Balıq gəmiyə tərəf hərəkət etdi, sonra qəfildən fırlanıb, quyruğunu hərəkətə gətirdi və gəmiyə doğru irəliləyən böyük bir dalğa yaratdı.

Gəmi tərpəndi. Onu sürənlər bildilər ki, balıq gəmini çevirib, onları boğmaq fikrindədir. Balıq çox nəhəng, gəmi isə kiçik idi. Gəmi sürənlərin qarşısında yalnız bir yol var idi və o da balığa yem olmaq üçün gəmi sərnişinlərindən birini qurban etmək idi. Ona görə də gəmi sərnişinləri yığışıb öz aralarında püşk atdılar. Razılaşdılar ki, püşk kimin adına çıxsa, o, balığın yemi olsun. Püşk Allahın rəsulu Yunus (ə)-ın adına çıxdı.

Yunus (ə) öz taleyini yaşamaq üçün qorxmadan qabağa gəldi. O bilirdi ki, bütün baş verənlər Allahın istək və iradəsi ilədir. Ona görə də qorxmayaraq özünü dənizin dərinliklərinə atdı. Gəminin sərnişinləri Ənbər balığının yemə tərəf getməsindən başqa heç bir şey görmdilər.

Yunus (ə) gözlərdən itdi və Ənbər balığı daha görünmədi. Gəmi təhlükədən qurtuldu, Amma, görəsən dənizin dibində daha nələr baş verdi?


dənİzİn dərİnlİKlərİndə


Dəniz dalğaları Yunusu(ə) uddu. O, üzərək özünü xilas etmək istəyirdi. Birdən gördü ki, qorxulu və böyük ağzını açmış nəhəng balıq ona tərəf gəlir. Bir neçə andan sonra Yunus (ə) qəfildən balığın ağzına, sonra isə onun böyük və qaranlıq qarnına düşdü. Yunus (ə) anladı ki, o, adaya gedən yolunu yarımçıq qoyub, Neynəvaya qayıtmalıdır. Yunus (ə) balığın qarnının dərinliklərində fəryad edirdi:

-La ilahə illa əntə, subhanəkə inni kuntu minəz zalimin. (Səndən başqa bir mə’bud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).

 Yunusun (ə) fəryadı hər şeyə qadir olan Allaha iman fəryadı idi. Yunus (ə) anladı ki, o, daha ucqar adaya səfər etməməli və yenidən Neynəvaya qayıtmalıdır. Allah-təala suların və quruların sahibi, dəniz sularının dərinliklərindəki balıqların yaradanıdır. Ona görə də Yunus (ə) yaradıb, xəlq edən və ən gözəl adlara malik olan Allahı yad edirdi.

Bir neçə saat keçdi. Yunus (ə) balığın qarnında idi. Balıq dəniz suyunun dərinliklərində üzür, Yunus (ə) isə eləcə Allahı yad edirdi. O, deyirdi:

-La ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin.

Beləcə, günlər və gecələr ötürdü.


nİCat sahİlİ


Allahın iradə və istəyi ilə balıq bir adanın sahilinə yan aldı. Balıq sahilə yaxınlaşdı. Mə’dəsi yığılır və qarnından su tökülürdü.

Yunus (ə) dəniz dalğalarının qoynunda idi. Sonra o, yumşaq qumlar üzərinə düşdü. Allahın lütfü ilə dənizin sahilində daş yox idi, yoxsa Yunusun (ə) bədəni tikə-tikə olardı. Yunus (ə) çox zəif və halsız idi. Bədəni suyun içində idi. Öz güc və qüdrətini əldən vermişdi. Susuz idi və susuzluqdan can vermək ərəfəsində idi. Tərpənməyə taqəti yox idi. Kölgədə yaxşı istirahət etməyə ehtiyacı var idi, Amma, təkcə qumların üzərinə düşdüyündən nə edə bilərdi?

Allah-təala onun üçün bir boranı bitirdi. Yunus (ə) boranının enli yarpaqlarının kölgəsində istirahət edir və asanlıqla onun meyvəsindən yeyirdi. Boranının tərkibində dərini düzəltmək və bədəni gücləndirmək üçün əhəmiyyətli olan çox faydalı maddələr vardır. Onun digər xüsusiyyəti milçəkləri uzaqlaşdırmaq idi, Çünki, həşəratlar bu ağaca yaxın gəlmirlər.

Beləliklə Allah-təala iradə etdi ki, Yunusu (ə) balığın qarnından xilas etsin və o, bir daha anlasın ki, yalnız Allah hər şeyə qadirdir. O, Bağışlayan və Mehribandır.

Yunus (ə) yenidən öz sağlamlığını əldə edib, öz şəhəri Neynəvaya tərəf qayıtdı. Yunus (ə) Allah rəhməti ilə şad olub, onun istiqbalına gələn Neynəva camaatını görərək sevindi. Həqiqətən də onların hamısı iman gətirmişdilər və Allah əzabı onlardan uzaqlaşdırmışdı.

Uşaqlar oynayır, kişilər işləri ilə məşğul olur və heyvanlar çox rahat çəmənliklərində otlayırdılar. Bu, insana həyat bağışlayan Allahın ne’məti idi.


BİSMİLAHİR-RƏHMANİR-RƏHİM


«Yunus (ə) bizim peyğəmbərlərimizdəndir. Yadına sal o zamanı ki, sərnişin dolu gəmiyə tərəf qaçdı. Onlarla püşk atdı və püşk onun adına çıxdı. O, məğlub oldu. Danlanmağa məhkum olduğundan böyük bəla onu uddu. Əgər o təsbih edənlərdən olmasaydı, orada təsbih deməsəydi, qiyamətə qədər balığın qarnında qalacaqdı.

Xəstə olduğu halda onu quru və otsuz yerə saldı. Orada bir boranı kolu bitirdik. Onu yüz min nəfər və ya daha artıq cəmiyyəti olan bir yerə göndərdik. Onlar iman gətirdilər. Ona görə də onları müəyyən vaxta qədər həyat ne’mətindən istifadə etməklə bəhrələndirdik».[8]

«Yunusu yadına sal! O zaman ki, qəzəblənərək öz tayfasının arasından getdi. O elə bilirdi ki, onunla işimiz olmayacaqdır. Amma, balığın qarnının qaranlıqlarında səslədi: «İlahi, Səndən başqa bir mə’bud yoxdur. Sən Pak və Münəzzəhsən. Mən zalımlardan oldum».

Biz duasını qə’bul edib, onu qüssədən xilas etdik. Mö’minlərə beləcə nicat verərik».[9]



Yüklə 271,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin