MÜƏLLİF: seyyid kamal təRCÜMƏ edəN: VÜsal hüseynzadə



Yüklə 271,9 Kb.
səhifə13/24
tarix31.01.2017
ölçüsü271,9 Kb.
#6756
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

MƏDYƏNƏ DOĞRU

HƏZRƏT ŞÜEYBİN ƏHVALATI


Gözəl və səfalı yer olan Mədyən şəhərində rifah və asayiş içində bir ərəb tayfası yaşayırdı. Bu şəhərin yaxınlığında gül, ot, bağ və bostanla məşğul olan kiçik bir kənd var idi. Bu kəndin adı Əykə idi.

Üç min ildən artıq bundan qısa bir zamanda orada həyat və yaşayış çiçəkləndi. Havanın münasib olması və yağışın yağması otlaqlara və əkinçilik həyatının çiçəklənməsinə kömək etdi. Bu iki məntəqənin əhalisi rifah içində yaşayırdılar.

Mədyən şəhərinin çoxlu sakini var idi, Amma, rifah və asayiş cəmiyyətin daha da artmasına kömək etdi. Ora bazarların yaranması, sə’y və fəaliyyət nəticəsində abad bir şəhərə çevrildi.

O zaman həmin şəhərdə Şüeyb (ə) adlı çox saleh və xeyirxah bir kişi yaşayırdı. O, şəhər və qəbiləsini, eləcə də bütün insanları sevirdi. Ona görə də Mədyən və Əykədə yaşayış işlərinə xüsusi diqqət yetirərdi.

Bəs görəsən Şüeyb (ə) nə üçün qəmgin idi? Niyə o saleh kişi öz qəbiləsindən ötrü narahat idi? Çünki, oranın camaatı bütpərəst idilər. Onlar bütlərə - dəyərsiz və tə’sirsiz daşlara ibadət edir və güman edirdilər ki, onlara ruzi yetirib, kəndlərinə bərəkət verən daşdan yonduqları bu heykəllərdir. Şüeyb (ə) buna görə narahat idi.

Bu insanlar göyə, varlıq aləminə, ulduzla dolu səmaya, yerə və dağlara baxmırdılar. Onlar ağaclara baxmırdılar ki, necə torpağın içindən çıxmışlar. Əgər bir az fikirləşsəydilər, əgər diqqətlə düşünsəydilər, anlayardılar ki, bu cansız bütlərin heç bir dəyəri yoxdur və onlar mə’bud ola bilməzlər.

Yeganə Allah hər şeyi yaradan Allahdır. İnsanlar, ulduzlar, ağaclar və gözlə görüb, ağılla dərk etdiyimiz bütün əşyalar onun məxluqudurlar. Ona görə də Şüeyb (ə) onlara bütlərdən əl çəkib, yeganə Allaha ibadət eləməyi tövsiyə edirdi.

alverdə yalanÇIlIq


Allah-təala onlara hər şey əta etmişdi. Mədyən camaatı asudə yaşayışdan bəhrələnirdilər. Onların bazarlarında hər şey bol-bol tapılırdı.

Onlar ticarət və alverlərində fırıldaq işlədirdilər. Əşyaların çəkilərini azaldırdılar. Alıcı və satıcılar belə rəftar edirdilər: bir şey satmaq istəyəndə onun çəkisini az qoyur, almaq istəyəndə isə çəkisini artırırdılar.

Onlar belə işlər görməkdə özlərini tam azad bilirdilər. Belə bir zamanda Allah-təala öz risalətini onlara bildirmək üçün saleh və ləyaqətli insan olan Şüeybi (ə) peyğəmbərliyə seçdi. Amma, görəsən Mədyən camaatı onunla necə davrandılar? Gələn səhifələrdə tanış olacağıq.

Şüeyb (ə) güclü natiq idi. Sübut və dəlilləri möhkəm idi. Çünki, o, haqq, ədalət və insaniyyət üçün və onların aydın təbiətləri ilə uyğun danışırdı.

Şüeyb (ə) öz də’vətini yeganə Allaha ibadət etmək və bütpərəstlikdən çəkindirməklə başladı. Sonra isə Mədyən camaatının etdiyi zülümdən, bazar fırıldaqlarından və onların arasında geniş yayılan alver yalanlarından danışdı. Şüeyb (ə) onlara dedi:

-Siz bu işlərinizlə hər yerdə fəsad yayırsınız. İctimai yaşayış alver və ticarət yolu ilə rövnəqlənir. Hər bir insan ehtiyacı olmadığı bir şeyi verib, əvəzində isə ona ehtiyacı olan şeyi alır.

Bazardakı bu alverlərə - əşyaların çəkisinə, növünə və onların miqdarına nəzarət etmək üçün ümumi e’timada ehtiyac vardır. Ona görə də bilin ki, əgər fırıldaqçılıq etsəniz, çəkidə az satmağa alışsanız, pis malı yaxşı yerinə camaata versəniz, müştərini və satıcını aldatsanız bu iş sizin hamınızı məhvə düçar edəkəcəkdir.

Şüeybin (ə) sözləri çox cəzbedici idi. Çünki, gözəl yaşayışdan onlara xəbər verirdi. O Həzrət istəyirdi ki, Mədyən camaatı şəhərdə xeyir-bərəkətlə, bol ruzi ilə, əmin-amanlıq və imanla yaşasınlar.

Şüeyb (ə) bilirdi ki, Nuh (ə), Saleh (ə) və Hud (ə) peyğəmbərin tayfasının başına nələr gəlmişdir. Əzab Nuhun (ə) qəbiləsini necə bürüdü və onlar tufan dalğalarında necə qərq oldular. Necə möhkəm küləklər Səmud qəbiləsini yerlə yeksan etdi. Necə göydən od və alov yağdı və Ölü dənizin yaxınlığında olan Sədum və Amura şəhərlərini viranəyə çevirdi.

Şüeyb (ə) öz tayfasına buyurdu:

-Görmürsünüzmü Lut tayfasının başına nələr gəldi? Bu xaraba qalmış şəhərlər onlara nazil olan Allah əzabına şahiddirlər. Çünki, onlar Allahın peyğəmbərinə itaət etmədilər.

qarşIdurma və KeşməKeş


Mədyən camaatı iki dəstəyə bölündülər. Bir dəstəsi Şüeybə (ə) və onun gətirdiyi ilahi dinə iman gətirdilər. Bunlar kasıb və yoxsullardan ibarət idi. O biri dəstə isə Mədyənin sərvətli və lovğa insanlarından təşkil olunmuşdu. Bu dəstə Şüeyb (ə) və ona iman gətirənlərlə mübarizə aparırdılar. Onlar Şüeybi (ə) hədələyərək deyirdilər:

-Ey Şüeyb, biz bilmirik sən nə deyirsən? Digər tərəfdən də sənin heç bir qüdrətin yoxdur. Əgər qəbilənin bir neçə nəfəri olmasaydı, biz səni ya öldürərdik, ya da Mədyəndən qovardıq.

Şüeyb (ə) buyurdu:

-Siz mənim qəbiləmin bir neçə nəfərindən qorxursunuz, Amma, Allahdan qorxmursunuz? Mənim bu şəhərin camaatını islah etməkdən başqa bir məqsədim yoxdur və buna görə də heç bir muzd və mükafat istəmirəm. Əgər siz beləcə fəsaddan, fırıldaqdan, bütpərəstlikdən və bazarda aldatmaq kimi pis işlərdən əl çəkməsəniz xəbərdarlıq edirəm ki, Allahın əzabı gələcəkdir.

Təkəbbürlü insanlar dedilər:

-Biz bütün işlərimizdə azadıq. Biz öz mallarımızı istədiyimiz kimi işlətməkdə ixtiyar sahibiyik. Bütpərəstlərdən biri güldü və məsxərə ilə dedi:

-Namazın sənə əmr edir ki, biz allahlarımızdan əl çəkək və öz mallarımızdan azad və ürəyimiz istədiyi kimi istifadə etməyək.

Şüeyb (ə) onlara buyurdu:

-Mən sizi özüm etdiyim bir işdən çəkinməyə də’vət etmirəm. Azadlığın mə’nası bu deyil ki, insan öz malından istifadə edərək digər qardaşına zülm etsin.

Mallarınızdan istədiyiniz kimi istifadə edin, Amma, digərlərinə zülm etməyin, ticarətdə onlara fırıldaq gəlməyin, ölçü və çəkidə onları aldatmayın. Siz yalnız bir şəhərdə yaşayırsınız, gərək bir-birinizlə həmkarlıq edəsiniz. Sizin hər biriniz başqalarının azadlığına hörmət qoymalıdır.

Ey Qəbilə! Allahdan bağışlanmaq istəyin və onun dərgahına qayıdın. Çünki, mənim Allahım bağışlayan və mehribandır. O, sizin xeyrinizi istəyən Allahdır. Elə ona görə də məni sizin tərəfinizə göndərmişdir.

Onlardan biri dedi:

-Ey Şüeyb! Sən cadu olunmusan. Biz sənin dediklərindən heç nə anlamırıq. Əgər qohumlarından bir neçə nəfər olmasaydı səni öldürərdik. Bu işi istədiyimiz vaxt edə bilərik.

Şüeyb qəbiləsinin onunla inadkarlıq etdiyini, heç bir nəsihətinə qulaq asmadığını gördükdə onlara xəbərdarlıq edərək buyurdu:

-Ey qəbilə! Nə istəyirsinizsə edin! Mən də öz vəzifəmi yerinə yetirəcəyəm, Amma, tezliklə görəcəksinis ki, xaredici əzab kimə nazil olacaqdır.

Onlar məsxərə ilə dedilər:

-Biz səni yalançı bilirik. Əgər doğru deyirsənsə, göydən bizim üçün bir əzab göndər!

Şüeyb (ə) buyurdu:

-Tezliklə kimin yalançı olduğunu biləcəksiniz.

Beləliklə onları buraxıb, Əykə kəndinə yola düşdü.


əyKə saKİnlərİ


Şüeyb (ə) özü bu kəndin sakinlərindən deyildi. O, Mədyəndən idi. Amma, Əykə kəndinə çatanda gördü ki, bu diyarın camaatı da Mədyən camaatı kimi yaşayırlar.

Sıx və biri-birinə dolaşmış ağaclarla meyvə dolu bağları və bolluca ne’mətləri gördü. Torpaq və daşların arasından bulaqlar qaynayır və əkin sahələrini suvarırdı. Amma, onlar da bütpərəst olub, alış-verişdə fırıldaq işlədirdilər. Ona görə də Şüeyb (ə) onlara buyurdu:

-Siz Allahdan və onun əzabından qorxmursunuzmu? Mən sizin üçün Allahın əzabından qorxuram. Allah fəsadı və fəsad əhlini sevməz. Yerdə fəsad və pozğunçuluqla məşğul olmayın. Əykə camaatı Şüeybin (ə) peyğəmbərliyinə iman gətirmədilər, onu sehrkar və yalançı adlandırıb, dedilər:

-Əgər doğru deyirsənsə, göydən bizim üçün daş yağdır.

Şüeyb (ə) çox ədəblə buyurdu:

-Allah sizin gördüyünüz işlərdən agahdır. Mən Allahın risalətini sizə yetirirəm və imkanım daxilində islah üçün çalışacağam.

Dedilər:

-Sən yalançı və cadugərsən. Səninlə bizim nə fərqimiz var. Sən də bizim kimi insansan.

Bu minvalla Şüeyb (ə) Mədyənə qayıtdı və Əykə camaatı öz yaşayışlarını imandan, ədalətdən və insafdan uzaq halda davam etdirdilər.

Mədyəndə imanlı insanlarla bütpərəstlər arasında qarşıdurma yarandı. Kafirlər Allahın risalətinə iman gətirməməklə kifayətlənməyib, mö’min insanlara əziyyət vermək və hədələməklə məşğul olurdular. İş o yerə gəlib çatdı ki, mö’minləri bütpərəstliyə qayıtmağa də’vət etdilər.

Şüeyb peyğəmbər (ə) öz qəbiləsinə nəsihət etdi ki, iman yolunu bağlamasınlar. Çünki, iman qaranlıqlar arasında çox işıqlı bir yoldur və əgər belə etsələr, Allah onları bağışlamayacaqdır.

Bir gün kafirlər Şüeybin (ə) yanına gəlib dedilər:

-Biz tezliklə səni və sənə iman gətirənləri, sənə itaət edənləri şəhərdən qovacağıq.

Mö’minlərin biri dedi:

-Biz bir iş görməmişik ki, ona görə bizi şəhərdən çıxarasınız.

Kafirlər dedilər:

-Tezliklə biz sizi öz dininizə qayıtmağa məcbur edəcəyik.

Allahın peyğəmbəri onları məzəmmət edərək buyurdu:

-Hətta əgər biz bu əqidəni sevməsək də heç vaxt mö’min insan Allah onun qəlbini iman nuru ilə işıqlandırdıqdan sonra bütpərəstliyə qayıtmaz.

Şüeyb (ə) əllərini göyə qaldırdı və təvazökarlıqla dedi:

-İlahi, bizimlə qəbiləmiz arasında haqq olaraq mühakimə et! Sən ən gözəl hakimsən.

İşİn sonu


Şüeyb (ə) qəbiləsindən kənara çəkildi və bütpərəstlər peyğəmbərdən və ona iman gətirən insanlardan əl çəkmir, onları rahat yaşamağa qoymurdular. Kafirlər çalışırdılar ki, imanlı insanları bütpərəstliyə qaytarsınlar. Həmişə onlara əziyyət edirdilər. Birinin o həzrətin evinə yaxınlaşdığını və onun nəsihətli sözlərinə qulaq asdığını görəndə yolunu kəsib, onu hədələyirdilər.

Şüeyb (ə) keçmiş ümmətlərin, peyğəmbərlərə əziyyət verən və mö’minlərlə mübarizə aparan insanların aqibətini onların yadına saldı. Onlar Sədum və Amura şəhərlərinin xarabalıqlarını öz gözlərilə görürdülər, Amma, Lutun qəbiləsinin başına gələn o dəhşətli taledən ibrət almırdılar.

Və’d olunmuş gün çatdı. Camaat sübh tezdən büt daşlara səcdə etdikdən sonra iş yerlərinə getdilər. Şəhərin bazarları səs-küylə doldu, gözlər fırıldaq və hiylə ilə parladı. Onlar insanları aldatmaq və daha çox qazanc əldə etmək barədə düşünürdülər.

Beləliklə gün sona çatdı və günəş gizləndi. Qaranlıq hər yeri bürüdü.

Gecənin saatları çox ağır və yavaş-yavaş keçirdi. Birdən yer öz-özünə titrədi. Çox qorxulu anlar idi. Bu titrəmələrin tə’sirindən Mədyən şəhəri xarabalığa çevrildi.

İnsan o gözəl və görməli şəhərdən keçəndə dəhşətə gəlir. Bu şəhər bir neçə anın içində torpaq təpələrinə və xarabalığa çevrilmişdi.

Maraqlı burasıdır ki, o hadisədən yalnız iman gətirənlər xilas olub, salamatlıqla şəhərdən çıxdılar.

Əykə kəndinə başqa bir əzab gəldi. O əzab ildırım çaxan bulud vasitəsilə nazil oldu.

Şüeyb (ə) o şəhərin xarabalıqlarını görərək qəm-qüssə ilə dedi:

-Ey qəbilə, mən Allahın sözünü sizə çatdırdım və sizin üçün xeyirxahlıq etdim. Bununla belə necə imansız və kafir qəbilənin halına acımayım?!

Şüeyb özünün şərafətli ömrünün qalan hissəsini də Mədyəndə keçirdi. Onun heyvan sürüləri var idi. Qocalıb, yaşlaşdıqda iki qızı heyvanları otarmaq işini öhdələrinə götürdülər. Onlar bu işdə-xüsusən də qoyun sürülərini suvarmaq istəyən vaxt çox əziyyət çəkirdilər. Həya və ismətləri qızların bu işinə mane olurdu. Onlar çobanların arasında öz işlərini görə bilmirdilər.

Bir gün Misirdən otuz yaşlı bir cavan gəldi. O, İmran oğlu Musa(ə) idi. Fir’onun zülmündən qaçıb Mədyən şəhərinə sığınmışdı. Görəsən bundan sonra hansı hadisələr baş verəcək. Bu əhvalat kitabları silsiləsində, o məcaralarla tanış olacağıq.

«Qardaşları Şüeybi (ə) Mədyənə tərəf göndərdik. Dedi:

-Ey qəbilə, Allaha ibadət edin. Ondan başqa mə’bud yoxdur. Allah tərəfindən sizin üçün aydın bir sübut gəlmişdir. Ona görə də ölçü və çəkinin haqqını ödəyin! Camaatın malından heç nə əskiltməyin! İslah olduqdan sonra yer üzündə fəsad etməyin! Əgər imanlı olsanız bu, sizin üçün daha yaxşıdır. İmanlı insanları hədələmək üçün yollarının üstündə oturmayın. Mö’minləri Allah yolundan uzaqlaşdırmağa və şübhə atmaqla doğru yolu əyri və yanlış göstərməyə çalışmayın. Az olduğunuz zamanı yadınıza salın. Allah sizin sayınızı artırdı. Fasid insanların aqibətinə nəzər salın. Əgər sizdən bir dəstə mənim dediklərimə iman gətirib, bir dəstə gətirməsələr, Allahın sizin aranızda hakimlik etməsini gözləyin. Çünki, o, ən yaxşı hakimdir. Onun qəbiləsinin lovğa böyükləri və sərvətli insanları dedilər:

-Ey Şüeyb (ə)! Əgər bizim dinə qayıtmasanız mütləq səni və sənə iman gətirənləri şəhərdən qovacağıq. Şüeyb dedi:

-Biz istəmədiyimiz halda (yolumuzdan döndərməkmi istəyirsiniz)? Əgər Allahın bizi ondan xilas etdiyi dinə qayıtsaq, Allaha yalan demiş oluruq. Hamımızın rəbbi olan Allahın istəmədiyi bir yola qayıtmaq yaxşı iş deyildir. Bizim Allahımızın elmi hər şeyi əhatə edir. Biz yalnız ona təvəkkül edirik.

İlahi! Bizimlə qəbiləmiz arasında haqq olaraq hakimlik et. Sən ən yaxşı hakimsən.

Onun qəbiləsinin kafir insanları dedilər:

-Əgər Şüeybin (ə) ardınca getsəniz, siz də ziyan görəcəksiniz.

Sonra yer titrədi:

Sübh vaxtı isə öz evlərində cansız cəsədlər formasında qalmışdılar. Şüeybi (ə) yalançı adlandıranlar elə məhv oldular ki, elə bil heç vaxt o evlərdə yaşamayıblar.

Şüeybi (ə) yalançı adlandıranlar ziyankar idilər. Sonra onlardan üz döndərdi və dedi:

-Ey Qəbilə! Mən Allahımın risalətini sizə çatdırdım və sizin üçün xeyirxahlıq istədim. Bununla belə imansız qəbilənin halına təəssüf edirəm.[10]


Yüklə 271,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin