MüƏLLİm eminov ramiz qrup: 129. 20 FƏNN: geodeziya ixtisas: geologiya və geofizika müHƏNDİSLİYİ Sərbəst iş N°1 Geodeziyada koordinatlar sistemi



Yüklə 38,9 Kb.
səhifə3/6
tarix02.04.2023
ölçüsü38,9 Kb.
#92412
1   2   3   4   5   6
Geo sərbəst iş

Sərbəst iş N°4

Teodelitlər və onlarin quruluşu
Hazırda təsdiq olmuş standarta əsasən buraxılacaq optik teodolitlər üç qrupa bölünur: birinciyə – dəqiqliyi ±0”,5-dən ±1”,0 qədər olan (T05, T1) teodolitlər daxildir ki, bunlara yüksəkdəqiqli, ikinсiyə – dəqiqliyi ±2”,0-dən 5”-yə qədər olan (T2, T5) dəqiq, üçüncüyə – dəqiqliyi 30”-yə qədər olan (T10, T15, T30) optik – texniki teodolitlər aiddir.
Teodolitin əsas hissələri limb, alidada, baxış borusu və sairədir. Bunları nəzərdən keçirək:
l. Limp- qiymətini müəyyən etmək üçün üzərində bərabər bölgüləri olan metaldan hazırlanmış dairədir. Dairəvi limbin diametri 120–140 mm-ə qədər olur. Bucağı ölçmək üçün limbin üzərində bölgü maşını ilə 00-dən 3600-yə qədər dərəcələr və daha kiçik bölgülər göstərilmişdir.
Mühəndisi planalma və inşaat bölgü işlərində əsasən 30”-li teodolitlər tətbiq olunur. TT-5 teodolitində limbin bir bölgüsünün qiyməti 10’-dir. Limb teodolitin şaquli oxu ətrafında hərəkət edir. Onun hərəkətini limbin bağlayıcı vinti ilə dayandırmaq olar. Limbə kiçik hərəkət vermək üçün mikrometr vintindən istifadə edilir.
II. Alidada – limb üzərindən hesabat götürmək üçün köməkçi hissədir. Onun iki müqabil tərəfində nonius adlı bölgülər qeyd olunur. Alidada limbin mərkəzindən keçən şaquli konusvarı çıxıntısı ilə teodolitin oymaqşəkilli gövdəsinə girir.

Sərbəst iş N°5


Xətlərin ölçülməsi üsulları, vasitələri və metodları
Xəttin ölçülməsi geodeziyanın əsas əməliyyatlarından biridir. Yer üzərində aparılan planalma və mühəndisi bölgü işləri ilə əlaqədar olduğundan xətlərin ölçülməsinə həmişə rast gəlirik. Məlum olmayan bir kəmiyyəti vahid qəbul olunan bir kəmiyyətlə tutuşdurmaq onu ölçmək deməkdir. Ölçülən kəmiyyətdə vahidin neçə dəfə yerləşməsi ölçmənin nəticəsini verir.
Yer üzərində xətlərin uzunluğunu bilavasitə və vasitəli dolayı olaraq ölçmək olar.
İşdə tətbiq olunan alətlərə görə məsafələr aşağıdakı vasitələrlə ölçülə bilər:
1) yer səthi üzərində 20 m-lik polad lentlə;
2) teodolitin baxış borusunun saplı məsafəölçənlə;
3) havada asılmış və tarım çəkilmiş 24 m-lik invar məftillə;
4) işıqməsafəölçənlə;
5) radioməsafəölçənlə;
6) optik məsafəölçənlə;
7) paralaktik məsafəölçənlə;
8) elektron ruletka ilə.
Vasitəsi ilə ölçülə bilər.
Uzunluq ölçü vahidi kimi metr qəbul olunmuşdur.
Keçmiş SSRİ-də metrik sistem 1924-cu ildən tətbiq olunur. Hazırda 130-dan çox xariçi ölkədə metrik sistem işlənir. Dəqiq ölçmələr nəticəsində müəyyən edilmişdir ki, bu üsulla təyin edilmiş metrik vahid sabit qalmayıb və son 80 il ərzində öz uzunluğundan 0,2 mm-ə qədər qısalmışdır.


Yüklə 38,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin