Müəllimə : Məmmədov Çingiz İxtisas : Iqtisadiyyat Fakültə : Biznes və iqtisadiyyat Mövzu : Firmanın daxili resurslarının tədqiqi



Yüklə 1,27 Mb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü1,27 Mb.
#42576
1   2   3   4   5   6   7   8
İlyas Firmanin iqtisadiyyati

Şəbəkə strukturu-Bu struktur eyni şirkət daxilində çox funksional qruplar arasında əməkdaşlığı nəzərdə tutur. Qruplar şəbəkə elementləri kimi fəaliyyət göstərirlər: müştəri-server

Üfüqi struktur-Bu strukturdan adətən istehsal prosesində istifadə olunur. Təchizatçılarla və malsatanlarla işgüzar əlaqələr qurulur,əməkdaşların ixtisaslarının artırılması aparılır,qrupşəklində fəaliyyət genişləndirilir.Strategiyanın formalaşdırılması üçün təşkilatın strukturunu müəyyən etmək vacibdir. Struktur dəyişikliklər olunmuş strategiyaya uyğun olaraq reaksiya versə,bu təşkilatın güclü tərəfləri sayılacaq.    

Tapşırıqlar:Təşkilatda əmək bölgüsünün daha bir istiqaməti tapşırıqların müəyyənləşdirilməsidir. Tapşırıq – qabaqcadan müəyyən olunmuş üsulla və əvvəlcədən müəyyən olunmuş müddətlərdə yerinə yetiriləcək işlərdən ibarətdir. Texniki baxımdan tapşırıq işçiyə deyil,vəzifəyə verilir. Rəhbərliyin qərarı əsasında təşkilatın məqsədlərinə nail olmaq üçün hərbir vəzifəyə tapşırıqlar müəyyən olunur. Hesab olunur ki,əgər tapşırıqlar nəzərdə tutulmuş üsulla və müddətlərdə yerinə yetirilərsə təşkilat müvəffəqiyyətli fəaliyyət göstərəcəkdir. Təşkilatın tapşırıqları ənənəvi olaraq 3 kateqoriyaya bölünür: adamlarla,predmetlərlə və informasiya ilə iş. Məsələn,zavodda işçilər predmetlərlə,mühasibat isə informasiya ilə işləyir. Digər 2 vacib ann,tapşırığın təkrarlanma tezliyi və onun yerinə yetirilməsinə lazım olan vaxtdır. Bu baxımdan qeyd etmək olar ki,idarəetmə əməyi daha az monoton və təkrarlanmayan xarakteri daşıyır və aşağı idarəetmə səviyyəsindən yuxarı idarəetmə səviyyəsinə keçdikcə hər bir işin yerinə yetirilmə vaxtı artır.                                        

Texnologiya:Daxili mühit amili kimi texnologiya vacib amil hesab edilir. Çoxları texnologiyaları istehsal prosesində istifadə olunan alət,mexanizm kimi başa düşürlər. Təşkilatların fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən texnologiyaları öyrənmək və onların təsnifatını aparmaq lazımdır. Texnologiyaların təsnifatının bir neçə növə bölmək olar. Onlardan bəziləri,Tomson və Vudvorda görə təsnifatdır.Texnologiyaların mövcud təsnifatları içərisində Yoan Vudvordun təsnifatı daha çox tanınmışdır. O istehsal firmalarını tədqiq edərək aşağıdakı təsnifatı vermişdir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin