Öz məqsədlərində effektiv nəaliyyətlərə nail olmaq.
Xaosun və qeyri-müəyyənliyin aradan qaldırılması – işçilər nə etməli olduqlarını,necə etməli olduqlarını və onların kimlə işləməli olduqlarını bilirlər. Rəhbər işçilər isə öz bölmələrinin digər bölmələr ilə hansı şəkildə qarşılıqlı fəaliyyət göstərdiklərini təsəvvür edirlər
Təşkilatın fəaliyyətinin başlanğıcından təşkilatın strukturunun və onun sənədlərinin əhəmiyyəti olduqca vacibdir. Təşkilatın strukturu ayrılmış bölmələrin,bölmələr arasındakı əlaqələrin və bu bölmələrin bir bütov kimi fəaliyyətini əks etdirir. Strukturun ən vacib konsepsiyalarından biri əməyin ixtisaslaşdırılmış bölgüsüdür. Əksər böyük firmalarda əməyin bölgüsü işin təsadüfən mövcud insanlar arasında bölgüsü demək deyil. Onun xarakterik xüsusiyyəti əməyin ixtisaslaşdırlmış bölgüsüdür,yəni,hər hansı bir işi təşkilatın düşüncəsi nöqteyi nəzərindən onu ən yaxşı yerinə yetirə bilən işçiyə verilməsidir. Misal üçün əməyin maliyyə,marketinq,istehsal sahələri ekspertləri arasında bölgüsünü göstərmək olar. Təşkilatın strukturuna gəldikdə isə,təşkilatın strukturunun bir neçə növü vardır. Xətti-funksional,matris,divizional struktur.
Xətti-Funksional struktur Şirkətin fəaliyyəti ayrı-ayrı funksional bölmələr tərəfindən həyata keçirilir,yəni,iş dar ixtisaslaşdırılmış bölmələrdən başlayıb,növbəti funksional bölməyə ötürülür.