MÜƏLLİMİn təDRİS İŞİNİn planlaşdirilmasi



Yüklə 17,74 Kb.
tarix08.12.2019
ölçüsü17,74 Kb.
#29855
MÜƏLLİMİN TƏDRİS İŞİNİN PLANLAŞDIRILMASI

MÜƏLLİMİN TƏDRİS İŞİNİN PLANLAŞDIRILMASI
Mürəkkəb bir proses olan dərsin lazımi qaydada, günün tə­ləbləri səviyyəsində təşkili və keçirilməsi üçün böyük səy və əmək tələb olunur. Onu da qeyd etməliyik ki, nümunəvi dərsin əsası tədris işinin düzgün planlaşdırılmasının dərsin yüksək elmi-metodik səviyyədə keçirilməsində mühüm rolu vardır. Buna görə də kimya müəlliminin dərsə hazırlaşmasında tədris materialının planlaşdırılması ən mühüm mərhələ hesab olunur. Dərsin dəqiqə­lərindən səmərəli istifadə olunmasının da əsasında planlaşdırma dayanır. Hər bir müəllim, o cümlədən, kimya müəllimi də, öz tə­lim-tərbiyə işlərini düzgün və günün tələbləri səviyyəsində plan­laşdırmağı bacarmalıdır.

Kimya müəllimi təlim-tərbiyə prosesi ilə əlaqədar apar­dı­ğı bütün işləri planlı surətdə başa çatdırmaq üçün əsasən üç cür plandan istifadə edə bilər:



1) illik (perspektiv) plan;

2) rüblük plan və ya mövzu planı (adətən məktəblərimizdə rüblük plan əvə­zinə yarımillik təqvim planı tərtib olunur);

3) dərs planı (bu adətən məktəblərdə gündəlik adı ilə tətbiq olunur).

Bəzi hallarda dərs planından başqa dərsin konspektindən (icmalından) da isti­fadə edilir. İcmaldan adətən pedaqoji fəaliyyətdən yeni başlayan müəllimlərin istifadə etməsi tövsiyə olunur. Kimyadan açıq dərs­lərin təşkili zamanı və fənn metodbirləşmələrində də icmaldan istifadə etmək məsləhət görülür.

Müəllimin fəaliyyətinin nəticəsi onun dərsə hazırlaşma­sından asılı olur. Müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas götürməlidir:

1)proqramın tələbləri;



2)şagirdlərin real bilik səviy­yəsi;

3)məqsəd;

4)materialın məzmunu;

5)vasitə və metodlar və s.
Müəllimin ayrı-ayrı dərslərə hazırlaşmasında məqsədin mü­əyyənləşdirilməsinin mühüm rolu vardır. Dərsin məqsədini müəyyən etmək aşağıdakıları müəyyən etmək deməkdir: a)dərs zamanı şagirdlərdə formalaşdırılacaq ideyalar, qanunauyğun­luq­lar, anlayışlar; b) əvvəllərdə qazanılmış təkmilləşdirilməli bilik və bacarıqlar; c) ilk dəfə veriləcək bilik və bacarıqlar; ç) dərs za­manı aparılacaq tərbiyəvi iş.

Hər bir sinif üzrə kursun məzmun və keçirilmə ardıcıllığı tədris proqramı ilə müəyyən edilir. Proqramda mövzular dərslərə bölünmüş, hər mövzu üzrə dərslərin təxmini miqdarı göstəril­mişdir ki, bu da kursun planlaşdırılması zamanı müəllimə kömək edir. Lakin müəllim mövzular üzrə saatların bölgüsünü mexaniki sürətdə proqramda verildiyi kimi öz planına köçürə bilməz O, həmçinin yerli şəraiti, dərsliyi, müəllimlərin ənənəvi sentyabr kon­f­ransında verilmiş tövsiyələri nəzərə almalıdır.

Proqramın hər bir mövzusu bir-biri ilə əlaqəli olan dərslər sistemidir. Ona görə də dərslər üzrə planla yanaşı, tematik plan tərtib etmək, yəni mövzunu bütöv şəkildə işləyib hazırlamaq la­zımdır.

Müəllim planlaşdırmada həm məzmun, həm də məntiqi cəhətdən şagirdlər tərəfindən bilik və bacarıqların ardıcıl və möh­kəm mənimsənilməsini təmin etmək cəhətdən mövzuda materialın şərhinin məqsədəmüvafiq ardıcıllığını əsas götür­mə­li­dir. Bu əsasda mövzunun materialı müəyyən ardıcıllıqla dərslərə bölünür. Hər bir dərs materialın öyrənilməsində öz məzmun və tədris məqsədləri olan müəyyən bir məntiqi mərhələyə çevrilir.

Dərs üzrə planın hər hansı şablon forması yoxdur. Bu plan geniş də ola bilər, qısa da, əsas odur ki, dərsin gedişi (məz­mun, metodlar, vəsaitlər və s. ) orada öz əksini tapsın.

Dərs planının ( çox vaxtı buna gündəlik deyirlər ) aşağı­da­kı kimi tərtib olunması tövsiyə olunur: sinif, tarix, dərsin möv­zusu, dərsin məqsədi, avadanlıq ( təchizat ). Sonra dərsin gedişi, ke­çirildiyi ardıcıllıq verilir, bu zaman planın dərsin gedişini xa­rakterizə edən hər bir maddəsi üzrə məzmun, seçilmiş metodlar, təxmini vaxt qeyd olunur. Dərs soruşulacaq şagirdlərin adı, fron­tal və fərdi sorğu üçün suallar, ev tapşırığını planda göstərmək məqsədyönlüdür.



Dərsin konspekti və planı

Təlimin əsas təşkilat forması olan dərsin müvəffəqiyyətlə keçirilməsi, yüksək səviyyədə başa çatdırılması üçün əsas şərt­lərdən biri müəllimin dərsə irəlicədən (vaxtında) hərtərəfli və cid­di hazırlaşmasıdır. Kimya müəlliminin dərsə hazırlaşması baş­lı­ca olaraq üç yolla həyata keçirilməlidir.

1. Müəllim özünün ümumi elmi, siyasi, pedaqoji, psixo­loji və metodik hazırlığını daim artırmağa çalışmalıdır. Bu məq­sədlə o müntəzəm surətdə öz üzərində məqsədyönlü şəkildə ciddi işləməlidir: Dövlətimizin məktəb və müəllim haqqında qərar və göstərişlərini, görkəmli rus və Azərbaycan pedaqoqları, psixo­loq­ları və kimyaçı metodistlərinin əsərlərini, kimya elmi və səna­yesi sahəsindəki yenilikləri diqqətlə oxumalı, özü üçün lazımi qeydlər götürməli və onlardan dərslərdə istifadə etməlidir.

2. Müəllim kimya fənninin əhatə etdiyi didaktik materi­al­lar üzərində sistematik və ardıcıl surətdə işləməlidir. Bunun üçün o kimya dərslərinin təşkili və keçirilməsinə aid dövlət proqramı, dərsliklər, elmi-kütləvi və metodik ədəbiyyatlar (metodika ki­tab­ları, metodik işləmələr, tövsiyələr, göstərişlər) ilə yaxından tanış olmalı, metodik yenilikləri, həmkarlarının qabaqcıl təcrübəsini dərindən öyrənməli və dərslərdə onlardan geniş surətdə istifadə etməlidir. Yaradıcı şəkildə işləyən müəllim metodik ədəbiyyata və qabaqcıl pedaqoji təcrübəyə tənqidi yanaşmalı, onlara öz mü­nasibətini bildirməlidir. Müəllim məktəb islahatının tələbləri ba­xımından tərtib olunmuş yeni orijinal kimya proqramı əsasında tədris materialını düzgün planlaşdırmalı, hər mövzunun tədrisinə neçə saat vaxt verildiyini və hansı tarixlərdə keçiriləcəyini əv­vəl­cədən dürüst müəyyənləşdirməli, kimya sənayesi və kimya ilə əla­qədar digər istehsalat sahələrindən ibarət ekskursiya obyekt­lə­rini, kurs daxili (fənn daxili), kurslararası və fənlərarası əlaqəni də­qiqləşdirməli, kimya eksperimentinə-nümayiş və laboratoriya təcrü­bəsinə, praktiki məşğələlərə və sair vaxtında hazırlaş­malı­dır.

3. Müəllim gündəlik dərsə qabaqcadan yaxşı hazırlaş­ma­lıdır. Kimya müəllimi bunun üçün əvvəlcə dərsin mövzusunu (mövzusunun adı dərslikdən deyil, dövlət sənədi olan proq­ram­dan götürülməlidir. Bəzi kimya müəllimləri təqvim planı tərtib edərkən, dərslikdəki adları yazırlar ki, bunu da hesab etmək ol­maz), məqsədini, ən yaxşı müvəffəqiyyətə nail olmaqdan ötrü dər­si neçə təşkil edib keçirəcəyini (təlim üsullarını, müasir di­daktik priyomları və yanaşmaları) müəyyənləşdirməlidir. İkinci keçən dərsin nəticələrini təhlil etməli, keçən dərsdə hansı mə­sə­lələr şagirdlər tərəfindən mükəmməl mənimsənilməmişsə, sorğu zamanı onun bir daha aydınlaşdırılmasına (qabaqcıl şagirdlər bu və ya digər məsələni aydınlaşdıra bilmədikdə müəllim özü izah etməlidir) və möhkəmləndirilməsinə xüsusi fikir verilməlidir. Üçüncüsü dərsə müvafiq demonstrasiya və ya illüstrasiya mate­ri­alını, laboratoriya təcrübələri və ya praktiki məşğələ (bilik və bacarığı möhkəmləndirən dərs tipinə aiddir) üçün lazım olan materialı (reaktivləri, cihaz və qabları, sxem, model, stend, maket və s.) hazırlamalı. Dördüncü, həm dərslikdə olan, həm də əlavə materialları (kimya elmi və sənayesi sahəsindəki yenilikləri, yerli istehsalat sahələrini və sairə) dərindən öyrənməli. Beşinci, təc­rübələri əvvəlcədən diqqətlə yoxlamalı (bəzən məhlulun köhnə olması, maddənin təmiz olmamağı və sairə üzündən təcrübə za­manı gözlənilən nəticə alınmadıqda müəllim çıxılmaz az və­ziy­yətə düşə bilər) və onları nümayiş etdirmək üçün hazırlamalı, ya­xud laboratoriya təcrübələrinin və ya praktiki məşğələnin icrası zamanı şagirdlərin necə işləyəcəyini ətraflı surətdə düşünməlidir. Bundan sonra dərs layihələşdirilməli, yəni onun konspekti və ya planı tutulmalıdır. Kimya müəllimi yalnız bütün təşkilatı işləri gördükdən sonra sinfə cəsarətlə girib dərsi müvəffəqiyyətlə qurar və yüksək səviyyədə başa çatdıra bilər.

Müəllim konspekt tərtib edərkən və ya plan tutarkən hər şeydən əvvəl dərsin kimyəvi məzmununu dərindən təhlil etmə­lidir. Yalnız bu halda o dərsin didaktik məqsədini aydınlaşdıra bi­lər. Dərsin məzmunu təhlil edilmədən qarşıya qoyulan məqsəd ya formal olar (dərsin mövzusu ilə üst- üstə düşər), ya da real ol­maz, başqa sözlə desək məzmununun imkanını keçər (ondan ar­tıq olar). Məhz buna görə də müəllim dərsin həlledici şərti olan məq­sədini xüsusi ilə diqqətli surətdə düşünməli, dərsdə hansı əsas vəzifələr qarşıya qoyulduğunu, başqa sözlə desək, dərsin öy­rədici (təhsil), tərbiyəedici, inkişafetdirici, və nəzarətedici funk­siyalarını, həyatla, istehsalatla, ölkəmizdə gedən quruculuq işləri ilə əlaqələndirilməsini unutmamalı, fəndaxili (əvvəlki və sonrakı dərslərlə əlaqə) və fənlər arası əlaqə imkanlarını, dərsdə hansı ye­ni anlayışlar verəcəyini, hansı anlayışları möhkəmlədəcəyini, dərinləşdirəcəyini, konkretləşdirəcəyini, bunlara nail olmaq üçün hansı üsul, priyom və yanaşmalar tərtib edəcəyini, hansı təcrü­bə­ləri və dərsin hansı hissəsində nümayiş etdirəcəyini, təcrübədən nəticəni necə çıxaracağını ətraflı surətdə nəzərdən keçirməlidir. Çünki qarşıya qoyulmuş məqsədin aydın olması müəllimə onun (məqsəd) üçün zəruri taktik materialı düzgün seçmək imkanı verir.

Nümunə üçün aşağıda kimya dərslərinin təxmini planının mətn hissəsi verilir.
Dərsin mövzusu: Əsasların xassələri.

Dərsin məqsədi: Əsasların quruluşu və onların mühüm xas­sələri ilə şagirdləri tanış etmək.

Təchizat: lakmus, fenolftalein, qələvi məhlulları, xlorid və sulfat turşuları və s.

Dərsin metodu: şifahi şərh.

Dərsin gedişi: Sinfin təşkili, davamiyyətin yoxlanılması və frontal sorğu ilə dərsə başlamaq ( 5 dəq. )

Şagird a. Hansı maddələrə əsaslar deyilir? Misallar gös­tər.

Şagird b. Hansı əsaslara qələvilər deyilir? Misallar göstər.

Şagird c. Qələvilər hansı üsullarla alınır? NaOH və Ca(OH )2 alınma reaksiya tənliyini yazın.

Şagird Ç. Suda həll olmayan əsasları necə almaq olaq? Cu(OH)2 alınma reaksiya tənliyini yazın.

Şagird d. Əsasları necə adlandırmaq olar?

Fərdi qaydada 1-2 şagirddən dərs soruşmaq (8-10 dəq.).

Həmin vaxt seçmə yolla bir neçə şagirdin ev tapşırığını yoxlamaq, 3-4 şagirdə fərdi qaydada testlər vermək.

Qiymətləndirmə aparıb elan etmək (verilmiş bütün cavab­ları və tapşırıqların yerinə yetirilməsini nəzərə almaqla) (2 dəq.)

Keçmiş mövzunu yekunlaşdırıb yeni mövzunun izahına keçmək (mövzular arası əlaqə yaratmaqla) (2 dəq.)

1. Əsasların fiziki xassələri haqqında məlumat vermək. Qələviləri təyin etmək üçün istifadə edilən indikatorlarla təcrübədə onları yoxlamaq və onlarda baş verən rəng dəyişiklik­lərini nümayiş etdirmək. Əsasların digər fiziki xassələrini izah etmək (10 dəq.)

2. Əsasların kimyəvi xassələri haqqında məlumat vermək:

a) əsasların turşularla reaksiyaları,

b) qələvinin turşu ok­sidləri və duzlarla reaksiyaları,

c) amfoter hidroksidlərin turşu və qələvilərlə reaksiyaları,

ç) suda həll olmayan əsasların parça­lan­ması reaksiyaları və s. (10 dəq.)

Möhkəmləndirmə ( frontal sorğu ilə) : (5 dəq.)

Şagird A. İndikator nədir? Qələvi məhlullarda indika­tor­lar hansı rəng alır?

Şagird B. Hansı reaksiyalara neytrallaşdırma reaksiya­la­rı deyilir?

Şagird C. Amfoter əsasları digər əsaslardan fərqləndirən nədir? Misallarla izah edin.

Şagird Ç. Bütün əsaslar üçün eyni olan kimyəvi xassələr hansılardır?

Evə tapşırırq:

1. Dərslik üzrə. Əsasların xassələrini öyrənmək.



2. NaOH, Ca(OH)2, AI(OH)2, Mn(OH)4 quruluş formul­la­rını tərtib etmək.

3. Test tapşırığı kitabından mövzuya aid ......testləri yeri­nə yetirmək (3 dəq).
Yüklə 17,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin