Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə



Yüklə 34,63 Kb.
səhifə9/12
tarix01.01.2022
ölçüsü34,63 Kb.
#50435
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühafizənin

 

 

Dəri örtüyünün yardımçı mühafizə vasitələri 

 

Yardımçı  vasitələr.  Bədənin  səthini  radioaktiv,  kimyəvi  və  bakterial 

maddələrlə  zəhərlənmədən  qorumaq  üçün  adamların  öz  adi  paltar  və 

ayaqqabılarından  yardımçı  vasitələr  kimi  istifadə  etməyi  bacarması  kütləvi 

qırğın silahlarının, habelə radiasiya və kimya təhlükəli obyektlərdə baş verən 

qəzaların törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir.  

Adamın  bədənini  qoruyan  yardımçı  vasitələr  kimi,  hər  şeydən  əvvəl, 

xüsusi iş paltarlarından – kombinezonlardan, gödəkcə və şalvarlardan, başlıqlı 

xələtlərdən  istifadə  etmək  olar.  Belə  iş  paltarları,  adətən,  brezentdən, 

odadavamlı  və  rezinləşdirilmiş  parçadan,  qalın  mahuddan  və  digər  möhkəm 

parçalardan  tikilir.  Bu  cür  paltarlar  nəinki  bədənin  səthinə  radioaktiv  və 

bakterial  maddələrin  düşməsinin  qarşısını  alır,  həm  də  maye  damcıları 

halındakı  zəhərləyici  maddələri  müəyyən  müddət  ərzində  keçirmir.  Məsələn, 

brezent  geyimlər  (örtüklər)  maye-damcı  halındakı  zəhərləyici  maddələrdən 

qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş 

parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və 

bürüncəklər  də  mühafizə  üçün  yararlıdır.  Qış  paltarları  –  qalın  mahuddan  və 

ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye-damcı halındakı 

zəhərləyici  maddədən  1  saata  qədər,  yayda  isə  20  dəqiqəyə  qədər,  pambıq 

ködəkçə  və  şalvar  2  saata  qədər  qoruyur.  Üst  paltarların  digər  növləri  də  – 

kostyumlar,  gödəkçələr,  şalvarlar,  köynəklər  və  s.  onları  müvafiq  surətdə 

uyğunlaşdırdıqdan  sonra  bədənin  səthini  mühafizə  edə  bilər.  Bu  məqsədlə 

müxtəlif idman kostyumlarından istifadə etmək daha yaxşıdır.  

43 


Ayaqları  mühafizə  etmək  üçün  işdə  və  məişətdə  işlədilən  rezin 

çəkmələrdən,  botinkalardan,  qaloşlardan  istifadə  etmək  lazımdır.  Rezin 

ayaqqabılar maye-damcı halındakı zəhərli maddələri 3-6 saat ərzində keçirmir. 

Gön və gönü əvəz  edən materiallardan tikilmiş ayaqqabılardan  istifadə oluna 

bilər.  Qeyri-rezin  ayaqqabıların  altında  qalın  kağız  sarımaq,  kağız  cırılmasın 

deyə, onun üstündən hər hansı parça dolamaq lazımdır.  

Əlləri  radioaktiv  və  bakterial  maddələrdən  mühafizə  üçün  rezin  və  ya 

dəri əlcəklərdən istifadə etmək olar.  

Adi paltarlar, adətən, hermetik olmur. Buna görə də belə  

paltarlardan  bədənin  səthini  qoruyan  vasitələr  kimi  istifadə  edərkən  onların 

hava  keçə  bilən  yerlərini  –  yaxası,  gödəkçənin  ətəkləri,  qolların  əlcəklə 

birləşən  və  şalvarların  balaqlarının  ayaqqabılarla  birləşən  yerlərini  diqqətlə 

kipləşdirmək lazımdır ki, bədənin səthi kənar mühitdən təcrid olunsun.  

Paltarların  bütün  düymələri  bağlanmalıdır,  yaxalığı  qaldırıb  üstündən 

boyunu  şərf  və  ya  yaylıqla  kip  bağlamaq,  paltarların  qollarını  biləklərdən 

bağlarla,  şalvarların  balaqlarını  çəkmələrin  üstündən  qaytanla  çəkib, 

bərkitmək lazımdır.  

 


Yüklə 34,63 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin