Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Konqruent əriyən ekzotermik birləşmə



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166981
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
ki

 

Konqruent əriyən ekzotermik birləşmə. 
 
Əgər sistemdə əmələ gələn faza və ya birləşmə əridikdə onunla eyni tərkibli maye əmələ 
gəlirsə, konqruent ,bu şərt ödənilmirsə inkoqruent ərimə adlanır.
 
Fərz edək ki, A – B sistemində S koqruent əriyən birləşməsi əmələ gəlmişdir. Belə sistemin hal 
diaqramı 4.14 və 4.15-ci şəkillərdə təsvir edilir. 
1.Əmələ gələn S birləşməsi dissosiasiya etmir ( şəkil3 ). 
2.S birləşməsi qismən dissosiasiya edir ( şəkil 4 ). 
Şəkil 3Dissosiasiya etmədən Şəkil 4.Dissosiasiya edən konqruent 
konqruent birləşmə əmələ gətirən birləşmə əmələ gətirən ikili kondens- 
 ikili kondensləşmiş sistemin hal ləşmiş sistemin hal diaqramı. 
diaqramı. 
Diaqramdan (4.14) göründüyü kimi S birləşməsi S
1
nöqtəsində dissosiasiya etmir və 
soyutduqda bərk məhlul əmələ gətirmədən kristallaşır. Birləşmənin əmələ gəlməsini və konqruent 
əriməsi sinqulyar maksimum nöqtə ilə tam aşkarlanmış olur. S
1
nöqtəsi E
1
S
1
və E
2
S
1
kristallaşma 
əyrilərinin kəskin bucaq altında birləşməsi nəticəsində alınmışdır. Bu hal diaqramına iki ikili 
sistemin hal diaqramının kombinəsi kimi də baxmaq olar: A – S və S – B-nin ikili sistemləridir. 
Doğrudan da, A – B sistemi,iki ikinci dərəcəli və ya tabeli sistemlərdən: A – S və S – B 
sistemlərindən təşkil olunmuşdur. Lakin ikinci dərəcəli sistemləri sadəcə olaraq birləşdirib, A – B 
sisteminin hal diaqramını almaq mümkün deyildir, çünki A – S və S – B sistemlərinin ayrı-
aryılıqda hər biri üçün miqyas 100 qəbul olunmuşdur. Onlardan A – B sisteminə keçmək üçün 
yenidən hesablama və çevrilmələr tələb olunur.
 
Şəkil 4.14-də verilmiş diaqram iki sadə evtektik sistemdən əmələ gəldiyi üçün burada 
diaqramın termodinamik çıxarılışı və təcrübi rəqəmlərə əsasən qurulmasını araşdırmaq artıq olardı. 
Bunun üçün sadə evtektik sistemləri şəkil 4.6 və 4.7-ni nəzərdən keçirmək kifayətdir. Diaqramda 
hal məkanları sərhəd əyriləri göstərilmişdir. Qeyd etmək lazımdır ki, birləşmənin tərkibini göstərən 
perpendikulyar SS
I
xətti sərhəd xətti deyildir, bir fazalı S birləşməsinin hal məkanıdır. Burada S 
birləşməsinin ərimə nöqtəsində dissosiasiya etmədiyi diaqramdan göründüyü halda,onun daha 
yüksək temperaturlarda dissosiasiyası haqda heç bir məlumat vermir. 
Şəkil 4.15-də verilmiş diaqramda əmələ gələn S birləşməsi isə ərimə zamanı qismən 
dissosiasiya edir. 4.14-dəki diaqramda göstərilən haldan fərqli olaraq burada birləşmənin tərkibini 
göstərən maksimum, bir kristallaşma əyrisinin E
1
S
1
, digərinə E
2
S
1
ardıcıl keçidini göstərir, daha 
doğrusu əyrilər bucaq altında kəsişmirlər və bir ardıcıl E
1
S
1
E
2
əyrisini əmələ gətirirlər. Bu onunla 
izah olunur ki, əmələ gələn birləşmə ərimə nöqtəsində fərdi halda təmiz deyil, eyni zamanda A və 
B-nin qarışığından da ibarət olur. Ona görə də ərimə nöqtəsi nisbətən aşağı enir, E
1
S
1
E
2
əyrisi bir 
əyri şəklini alır. Baxdığımız hər iki halda birləşmənin əmələ gəlməsini diaqramda açıq maksimum 


31 
əks etdirir. Ona görə onların açıq maksimumlu diaqram adlandırırlar. Maksimum nöqtəsini isə 
distektik maksimum və ya sadəcə olaraq, distektika adlandırırlar. Dissosiasiya etməyən birləşmə 
olduqda, distektika sinqulyar maksimuma uyğun gəlir. Bu zaman E
1
S
1
və E
2
S
1
əyriləri ayrı-
ayrılıqda bir fazanın –S
1
birləşməsinin kristallaşmasını əks etdirir, yəni uyğunluq prinsipi pozulur. 
Lakin Kurnakov göstərilmişdir ki, E
1
S
1
və E
2
S
1
əyriləri tərkib - xassə əyrilərindəki şəkil 4.4-də III 
hala uyğun olaraq , bir əyri kimi təsəvvür edilməlidir. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin