Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Uyğunluq prinsipi.
Bu prinsipdə Kurnakov tərəfindən müəyyən edilmiş 
və ümumi şəkildə müəyyən edilmiş və belə ifadə edilir: sistemdə tarazlıqda 
olan hər bir faza kompleksinə diaqramda müəyyən həndəsi təsvir uyğun gəlir. 
Kimyəvi diaqram nöqtə, xətt, sahə və başqa həndəsi təsvirlərdən bir-biri ilə 
əlaqəlilik kompleksidir. Burada kompleks bütünlükdə sistemdir. Məsələn, 
suyun hal diaqramında nöqtəyə, 3 faza buz- su- buxar, xəttə isə 2 faza: su-buz, 
su-su buxarı, buz-su buxarı, sahəyə isə 1 faza- buz, su, su buxarı uyğun gəlir. 
Nöqtə, xətt və sahə bir-biri ilə əlaqələndirildikdə, alınan kompleks, hal 
diaqramını əmələ gətirir.
Fazalar qaydası. Komponent, faza və sərbəstlik dərəcəsi 
Fazalar qaydasının çıxarışını izah etməzdən əvvəl, komponent, faza, 
sərbəstlik dərəcəsi mövhumlarını təyinini müəyyən etmək lazımdır. 
Komponent sistemin əmələ gəlməsi üçün az miqdarı belə kifayət edən təmiz, 
fərdi maddələrdir. Başqa sözlə, komponent sistemin asılı olmayan tərkib 
hissəsidir. Məsələn, su və duzdan ibarət olan sistemin hər iki tərkib hissəsini 
komponent hesab etmək olar. Burada həm suyun, həm də duzun miqdarını 
istədiyimiz qədər dəyişə bilərik və onların hər ikisi sistem təşkil etmək üçün 
zəruridirlər.
Başqa bir halda CO
2
, CaO və CaCO
3
ibarət sistem vardır. Bunlar 
arasındakı aşağıdakı tənlik üzrə kimyəvi reaksiya baş verə bilər.
CaO+CO
2

CaCO

Bu halda bütünlüklə sistemin əmələ gəlməsi üçün CaO CO

kifayətdir. 
Deməli, 3 maddədən ikisini komponent hesab etməliyik. Çünki, CaCO
3
komponentini 
CaO 
və 
CO
2
-dən 
almaq 
olar. 
Beləliklə
sistemdə 
komponentlərin sayı onun tərkib hissələrini əmələ gətirən maddələrin sayına 
bərabər və ya onlardan az ola bilər.
Əgər sistemdə kimyəvi reaksiya gedirsə, komponentlərin sayı tərkib 
hissələrini əmələ gətirən maddələrin sayından sistemdə gedən asılı olmayan 



reaksiyaların sayını çıxmaqla komponentlərin sayını müəyyən edirlər. Belə 
sistem kimyəvi və ya ikinci sinif sistem adlanır.
Komponentlərin sayına görə sistemlər bir, iki, üç, və çox komponentli 
olurlar. Müvafiq olaraq onlar birkomponentli, ikikomponentli, üçkomponentli 
və çox komponentli sistemlər aldanırlar.
Faza öz aralarında tarazlıqda olan homogen (bircinsli) görünən, yaxud 
təsəvvürdə sərhədlənən maddi varlıqdır. Beləliklə, heterogen sistem bir neçə 
fazadan, homogen sistem eyni arqeqat halda mövcud olan fazalardan 
ibarətdir.
Məsələn, əgər buz, su və üzərində buxarla tarazlaşırsa, burada üç faza, 
yəni bərk-buz, maye-su və qaz-su buxarı fazaları tarazlıqdadır.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin