Sərbəstlik dərəcəsi. Sistemin halını xarakterizə edən parametrlər (P,T
xüsusi həcm, qatılıq və s.) verilən hər hansı bir sistem üçün istənilən kimi
dəyişə bilməz. Məsələn, su üzərində su buxarı olan sistemi götürsək, bu
zaman əgər hər hansı təzyiq götürsək, ixtiyari tempraturu götürə bilərik, yəni
hər bir təzyiqə müvafiq temperatur və ya əksinə hər bir temperatura uyğun
təzyiq götürə bilərik. Deməli, su su buxarından ibarət sistemin tarazlıqda
saxlamaq üçün ancaq bir parametri istənilən kimi dəyişə bilərik. Ancaq tək
sudan ibarət sistemdə isə hər temperatur üçün müəyyən intervalda təzyiqi
dəyişə bilər, yəni iki parametr dəyişilsə maye su sistemi tarazlıqda olacaqdır.
Beləliklə, bu və ya digər sistemi səciyyələndirən müəyyən parametrləri
müəyyən intervalda dəyişmək olar.
Termodinamiki sərbəstlik dərəcəsi və ya sadəcə olaraq sərbəstlik
dərəcəsi termodinamiki tarazlıqda olan sistemin elə asılı olmayan
parametrlərinin sayıdır ki, onların sərbəst dəyişməklə müəyyən intervalda
istənilən qiymət ala bilər və bu zaman fazaların sayı, sistemin halı yəni
tarazlığı dəyişmir. Başqa sözlə sərbəstlik dərəcəsi sistemin asılı olmayan
sərbəst dəyişən parametrlərinin sayıdır. Başqa parametrlər onun funksiyasıdır.
Dostları ilə paylaş: |