İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DİAQRAMLARI
1.Su iştirakı ilə ikili həllolma diaqramları
İki
komponentli sistemlərdə komponentlərdən biri adi halda maye olursa
belə sistemlər şərti həllolma sistemləri adlanı.Həlledicinin buxar təzyiqi
arasında asılılığı səthi diaqram şəklində ifadə etmək olar .İki komponentli
həllolma sistemlərində də ikili kondensə olunmuş sistemlərin bütün
elementləri mövcuddur.Yəni həllolma əyriləri ,evtetika və s. elementlər eyni
olaraq müşahidə olunur.Qatılığın ifadəsi adətən kütlə, mol payları və ya
onların faizlə ifadəsi ilə, həm də 100,1000q və ya mol həllediciyə düşən
qramların və ya molların sayı ilə ; 1litr məhlulda olan qramların və ya molların
sayı ilə ifadə olunur.Sulu məhlullarda molyal qatılıqda ,yəni 1000q yaxud 55,5
mol suda həll olan maddənin ifadəsi işlənilir.Bu diaqramların həndəsi təsviri
iki oxlu koordinat sistemindən ibarətdir:absis oxunda temperatur,ordinat
oxunda isə qatılıq ifadə edilir.Bəzən absis oxunda qatılığı və ordinat oxunda
isə temperatur da götürülür.
Fərz edək ki,B maddəsi A həlledicidə-suda müəyyən temperaturda həll olaraq
doymuş məhlul əmələ gətirir.Belə doymuş məhlulu soyutduqda bundan B
maddəsi kristallaşacaqdır və hər bir aralıq temperatur üçün doymuş məhlul
alınacaqdır.Əgər daha duru məhlulları soyutsaq , o zaman həlledicinin
kristalları alınacaqdır.Buradan belə nəticəyə gəlmək olar ki,elə qatılıqda
məhlul olmalıdır ki, soyuma zamanı oradan həm həlledci (A),həm də həll olan
maddə (B)kristallaşsınlar,yəni evtetik qatılığa uyğun məhlulda proses sabit
temperaturda getməlidir.Buzun duzla və ya onun hidratı ilə əmələ gələn
evtetikaya kriohidrat adı verilmişdir.Burada temperatur sabit qaldığı üçün
əvvəllər onu birləmə kimi təsəvvür edirdilər.Lakin dəqiq mikroskopik analiz
onun mexaniki qarışıq olduğunu aşkar edir.
Dostları ilə paylaş: |