Hal diaqramı və onun elementləri.
Bir komponentli sistemdə iki dəyişən hal parametri olduğundan iki oxlu koordinat sistemindən
istifadə edilir.Absis oxunda temperaturu, ordinat oxunda isə təzyiqi ifadə etsək, bir komponentli
sistemin hal diaqramını alırıq.Bu sistemin halının qrafiki təsviridir.Belə sistemin halı nöqtə ilə
müəyyən edilir, çünki nöqtənin vəziyyəti absis və ordinatla (təzyiq və temperaturla) müəyyən
edilir.Belə nöqtəyə fiqurativ nöqtə deyirlər (f).
Şəkil 1. bir komponentli sistemlərin hal diaqramı; qırıq xətlər su
tipli birləşmələrin əyrilərinə uyğundur.
Şəkil 2.1-də də bir komponentli sistemin hal diaqramı
verilmişdir. Orada nonvariant tarazlığa B nöqtəsi müvafiq gəlir ki,
bunun üçün temperatur və təzyiqin qiyməti müəyyən olub, sabit
saxlanmalıdır. Həmin nöqtəyə üçlü nöqtə deyirlər. Monovariant
tarazlığa AB, BC, BD əyriləri uyğun gəlir, belə ki, onların
üzərindəki hər bir nöqtəyə uyğun gələn təzyiq və ya temperaturun
qiyməti məlumdursa, digər parametrləri çox asanlıqla təyin etmək
mümkündür.
Divariant tarazlığa isə səthin müəyyən sahələri cavab verir. Burada ABC-dən solda bərk, BDC
daxilində maye, ABC-dən sağda buxar fazaların sahələridir.
Göründüyü kimi hal diaqramında B nöqtəsinə üç faza, əyriyə- iki faza, səthə isə bir faza uyğun
gəlir ( uyğunluq prinsipi-fəsil 1.3 ).
Üç monovariant əyri B nöqtəsində birləşirlər.Buna əyrilərlə birlikdə ulduz deyirlər.Ulduzun
zirvesi isə üçlü nöqtədir.Üçlü nöqtədə 3 faza-bərk, maye və buxar tarazlıqda olduğundan sərbəstlik
dərəcəsi sıfra bərabərdir, yəni sistem nonvariantdır.İndi isə B nöqtəsində birləşən üç əyrinin
xarakterini nəzərdən keçirək.
Dostları ilə paylaş: |