Suyun hal diaqramı.Suyun hal diaqramı şəkil 2.7-də
verilmişdir. Diaqramdan göründüyü kimi yüksək təzyiqdə suyun
adi buz halından başqa müxtəlif modifikasiyaları da alınır.
Diaqramda müxtəlif stabil buz modifikasiyalarının sahəsi rum
rəqəmləri ilə göstərilmişdir. Qeyd etmək lazımdır ki, əvvəllər
mövcudluğu fərz edilən IV modifikasiya son vaxtlar təsdiq
olunmur. Hal diaqramında hər üç faza: buz+maye+buxar
t=0,0076
0
C və P= 4,579 mm.c.st. təzyiqdə üçlü nöqtədə
nonvariant tarazlıqda olurlar.
Dostları ilə paylaş: |