Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   36
FKA mühazirə

Qatılığın ifadə üsulları. 

 

Sistemin  tərkibinə  daxil  olan  hər  hansı  bir  maddə  kütləsinin  bütün  qarışığın  kütləsinə  nisbəti 



kütlə payı ( kütlə nisbəti  və ya kütlə hissəsi ) adlanır. Kütlə payının yüzə vurma hasili kütlə faizi 

adlanır. Kütlə paylarının cəmi vahidə bərabər olduğu halda , kütlə faizlərinin cəmi yüzə bərabərdir. 

Hər  hansı  maddənin  mollarının  sayının  qarışığın  bütün  mollarına  olan  nisbəti  mol  payı  adlanır. 

Molekulyar  payın  yüzə  hasili  molekulyar  faiz  adlanır.  Mol  paylarının  cəmi  vahidə,  mol  faizinin 

cəmi  isə  yüzə  bərabərdir.  Molyar  və  ya  həcmi  molyar  qatılıq  hər  hansı  maddəninvahid  həcmdə 

mövcud  olan  mollarının  sayını  qarışığın  həcminə  bölmək  lazımdır.  Bu  zaman  həcm  vahidi  1  litr 




28 

 

götürülür.  Bu  növ  qatılıq  vahidindən,  adətən  qaz  qarışıqlarının  qatılığını  ifadə  etdikdə  istifadə 



olunur. 

Qatılığı,  həlledicinin  müəyyən  miqdarında  həll  olan  maddə  miqdarı  ilə  də  ifadə  edirlər.  Bu 

zaman  maddə  və  həlledicinin  miqdarını  kütlə,  həcm  vahidləri  və  ya  mollarla  ifadə  edirlər.  Bəzən 

həlledicinin  və  maddənin  miqdarını  müxtəlif  vahidlərlə ifadə  edirlər. Məsələn, 1000 q və  ya 1 litr 

həlledicidə həll olan molların sayı və s. 

Qatılıq atom payı və ya atom faizi ilə ifadə edilir. Verilmiş maddənin qram – atomları sayının 

qarışığın  ümumi  qram  –  atomlarının  sayına  nisbəti  atom  payı  adlanır.  Atom  payını  yüzə  vurma 

hasilinə isə atom faizi deyilir. 

Fiziki  –  kimyəvi  analizdə  bu  ifadə  üsullarının  hamısından  istifadə  edilir.  Lakin  əksəriyyət 

hallarda kütlə, atom, mol payı və kütlə, atom, mol faizindən istifadə edildiyindən kütlə  payından, 

mol payına keçmə tənliyinin çıxarılışını nəzərdən keçirək. 

Fərz edək ki, sistemdə A və B-dən ibarət komponentlər vardır, bunların kütlə payını x

A

, x


B

 mol 


payını isə x

A

 və x



B

 ilə, molekul kütlələrini isə M

A

 və M


ilə işarə etsək, A və B 

                                 

A

A

M

x

  və  


B

B

M

x

 

-yə bərabər oacaqdır. O zaman A və B komponentlərinin qarışıqdakı  mol payları: 



            

B

B

A

A

A

A

A

M

x

M

x

M

x

x



;    

B

B

A

A

B

B

B

M

x

M

x

M

x

x



 ;    ( 4.1 ) 

olacaqdır. 

Müəyyən çevrilmələrdən sonra alarıq : 





A



A

B

A

A

B

A

A

A

B

A

B

B

A

A

B

A

B

A

x

M

M

M

x

M

x

M

x

M

x

M

x

M

x

M

x

M

x







1

                                                                                                          

( 4.2) 

(4.1) və (4.2) düsturlarından istifadə edərək x

A

 və x


B

 təyin edə bilərik 

 





A

B

A

B

A

A

A

x

M

M

M

x

M

x



 (4.3)  




B



A

B

A

B

B

B

x

M

M

M

x

M

x



   (4.4) 

(4.1)  –  (4.4)  tənliklərindən  kütlə  payından  mol  payına  və  əksinə  çevrilmələr  apardıqda  istifadə 

edilir. 


Bu tənliklərdən  göründüyü  kimi  onların sağ tərəfləri xətti kəsrlərdir. Buna görə  mol faizindən 

kütlə  faizinə  və  əksinə  keçid  nöqtələri,  mərkəzi  proeksiya  vasitəsilə  tapıla  bilər.  Bunun  üçün 

proeksiya  mərkəzi  olan  nöqtəni  tapmaq  lazımdır.  Mol  faizdən  kütlə  faizinə  keçidi  aşağıdakı  kimi 

aparmaq olar. Bunun üçün fərz edək ki, düzbucaqlı koordinat sistemi verilmişdir ( şəkil 1).  

 

 

Şəkil  1.FeO  –  MgO  sistemində  mol  faizdən  kütlə  faizinə 

keçmək üçün çevriliş qrafiki. 

 

Absis oxunda, məsələn FeO – MgO sisteminin tərkibi mol 



faizlə  verilmişdir,  oxun  başlanğıcı  100  mol  faiz  FeO,  sonu  isə 

100 mol MgO. 

“0”  nöqtəsindən  perpendikulyar  qaldıraraq  və  onun 

üzərində hər hansı bir istənilən A nöqtəsi götürüb, MgO tərkibi 

ilə düz xətlə birləşdirək. Bu düz xətti 10 bərabər hissəyə bölək 

və  onun  kütlə  faizi  ilə  FeO  –  MgO  sisteminin  tərkibini  ifadə 

edən  xətt  olduğunu  fərz  edək.  Belə  bir  sistemin  proeksiya 

mərkəzini tapmaq üçün ya iki qarışığın kütlə və mol faizilə qatılığını bilməliyik, ya da bir qarışığın  

və təmiz komponentin kütlə və mol faizilə qatılığını bilməliyik. Alınmış qatılıqları müvafiq surətdə 

mol  və  kütlə  faiz  xətləri  üzərində  tapıb  və  eyni  qatılığa aid  nöqtələrdən  düz  xətt  keçirsək,  oxların 

görüşdüyü nöqtə S nöqtəsi olacaqdır. 

 



29 

 

Fərz  edək  ki,  50  mol  faiz  FeO  +  50  mol  faiz  MgO  qarışıqda    (A)  32,  kütlə  faiz  MgO  vardır. 



Bunların  qiymətinin  müvafiq  qatılıq  xətlərində  yerini  tapsaq,  B  və  C  nöqtələrini  alırıq.  Bu 

nöqtələrin  birləşdirilib  uzadılması  axtardığımız  birinci  xətti  əmələ  gətirir.  “0”  nöqtəsindən 

çəkdiyimiz perpendikulyar üzərində MgO  kütlə  və  mol faiz sıfra bərabər olduğu üçün  o  da (OA) 

ikinci düz xətt ola bilər.Birinci (BK) və ikinci (OA) düz xətləri uzatdıqda S nöqtəsində (simmetriya 

mərkəzi ) birləşirlər. 

İstənilən mol faiz qatılıqda verilmiş tərkibi S nöqtəsində birləşdirsək, onun kütlə faizlə tərkibini 

MgO – A xətti üzərində tapa bilərik. 

Bu yol ilə eyni qurma işləri aparsaq, kütlə faizdən mol faizinə keçmək olar. Başqa üsullarla da 

bir qatılıqdan başqa qatılığa keçmək olar. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin