Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)

Lokal şəbəkəsi– LAN
(Local Area Network) aralarına coğrafi məsafəsi az olan kompüterlər arasında 
yaradıla bilir. Bu şəbəkə növü adətən hər hansı bina daxilində və ya bir neçə bina arasında qurulur. 
Belə ki, kompüterlər arasında məsafə 1-2 km-dən çox olmamalıdır. 


Regional şəbəkəsi
– bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir. 
Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar. 
Qlobal şəbəkəsi-WAN
(Wide Area Network) geniş coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda 
lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür. Daha çox 
tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar.
Lokal hesablama şəbəkəsi: 
Gündəlik ofislərdə istifadə olunan kompüter şəbəkələri əsasən lokal şəbəkələrdir. Lokal kompüter 
şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) 
qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arasındakı məsafə adətən 1-2 km-dən çox olmur. Lokal 
kompüter şəbəkələri müxtəlif struktur üzrə qurulur
Bu şəbəkə imkan verir ki, şəbəkəyə qoşulmuş kompüter resurslarından birgə istifadə olunsun. Bu cürə 
resurslara aiddirprinterlər, plotterlər. disklər, modemlər və digər periferiya qurğuları. 
Lokal şəbəkənin aşağıdakı üç əsas topologiyası mövcuddur: 

Şin topologiyası 

Ulduz topologiyası 

Halqa topologiyası 
Şin topologiyası: 
Şinlə birləşən lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu strukturlarda bütün kompüterlər paralel 
olaraq şinə qoşulur. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər 
şəklində hər iki tərəfə ötürülür. İnformasiyanı göndərmək istəyən kompüter şinin boş olub-olmamasını 
yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Bu sistem əslində köhnəlmiş hesab olunur 
və hazırda demək olar ki, istifadə edilmir. 

Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin