Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı


Lokal şəbəkədə istifadə olunan kabellər



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)

 Lokal şəbəkədə istifadə olunan kabellər 
Lokal şəbəkələr qurularkən müxtəlif növ kabellərdən istifadə olunur. Bunlara əsasən 
koaksal 
kabellər, burulmuş çütlü kabelləri
misal gətirmək olar. Bu kabellər kompüter şəbəkələrində istifadə 
olunan ən ucuz kabellərdir. Yüksək keyfiyyətli 
optik kabellər
hesab olunur. Optik kabellər vasitəsi ilə 
informasiyanın ötürülməsi üçün nazik şüşə tellərindən istifadə olunur. İnforamsiya işıq dalğaları 
şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət 
qədər bahalı kabellərdir və quraşdırılması çox çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinsə 
çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən inforamsiyanın uzaq məsafəyə və geniş 
diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq 
yoxdur. Məlumatı yayılması sürəti saniyədə bir neçə geqabit ilə ölçülür. Məlumat 50 km məsafəyə 
gücləndirilmədən ötürülür. 
Qlobal kompüter şəbəkəsi WAN(Wide Area Network) 
Çox zaman Qlobal şəbəkəni Genişmiqyaslı şəbəkə də adlandırırlar. Genişmiqyaslı şəbəkə 
(Wide Area 
Network - WAN
) – coğrafi bölgələri birləşdirən kommunikasiya şəbəkəsi. Ən böyük genişmiqyaslı 
şəbəkə, şübhəsiz, İnternetdir.
Qlobal kompüter şəbəkəsi maksimum geniş əraziləri əhatə edir və bu ərazilərdə informasiyanın 
yayılmasını təmin edir. Belə ki, bu şəbəkə növü bütün ölkəni, qitəni və hətta bütün yer kürəsini əhatə 
edə bilir. Qlobal şəbəkə çoxlu sayda kompüterləri telefon xətti və ya peyk vasitəsi ilə bir-biriylə 
birləşdirir. Bu şəbəkə növünə qoşulmaq üçün daha sərfəli radio dalğalar vasitəsi ilədir. Çünki naqilli 
bağlantılar sərfəli deyildir və istifadəçi daim yerini dəyişə bilər.
QKŞ çoxlu sayda lokal kompüter şəbəkələrindən ibarətdir. Hər bir lokal şəbəkədə bir kompüter seçilir 
ki, həmin kompüter şəbəkədəki bütün digər kompüterlərin qlobal şəbəkəyə çıxışını təmin edir. Belə 
kompüter host kompüter adlanır.


Bu günləri qlobal şəbəkə dedikdə ilk ağlımıza gələn İnternet şəbəkəsidir. İnternet kompüterlər 
şəbəkəsini birləşdirən ümumdünya sistemdir. Bu şəbəkəyə bəzən Ümumdünya şəbəkəsi və ya Qlobal 
şəbəkə də deyilir. Şəbəkə TCP/IPprotokolu üzərində qurulub. 2012-ci il üçün İnternet istifadəçilərinin 
sayı 2,3 miliardı keçmişdir. 
Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən 
və 
informasiya
 mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik 
olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir 
biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir: 

Verilənləri ötürmə şəbəkəsi; 

EHM şəbəkəsi; 

Terminal şəbəkəsi. 

Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin