Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər.İşçi stansiyaları bir-birlərinə mane
törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar.Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz
başa gəlir.Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər.
Mənfi cəhətləri:
Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir.Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş
kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük
qabiliyyəti azalır.Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki
hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür.
Ulduz topologiyası:
Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter
tərəfindən idarə olunur. Ulduzvari lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter
mərkəzi qovşaq ilə ayrıca xəttlə birləşir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq
vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri
istifadə edirlər. Ulduzvari lokal şəbəkələrin əsas üstün cəhətləri ondan ibarətdir ki, kompüterlərarası
informasiya mübadiləsi çox sadə olur və çətinlik törətmir. Ulduzvari şəbəkələrin çatışmayan cəhəti
ondan ibarətdir ki, şəbəkənin etibarlılığının mərkəzi qovşağdakı kompüterdən asılı olmasıdır. Belə
şəbəkələr saniyədə 100 meqabayt informasiya ötürmək imkanı verir. Məhz buna görə də əksər
idarələrdə bu növ şəbəkədən istifadə olunur. Bu şəbəkə ən müasir sistemlərdən sayılır.
Üstün cəhətləri:
Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən
idarə olunaraq ötürülür.
Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir.
Çünki hər bir
kompüter serverə ayrıca kanalla birləşdirilib.
Dostları ilə paylaş: