Böyük Fransa burjua inqilabının İtaliyaya təsiri. Fransa inqilabı İtaliya ictimaiyyətinin taleyinə çox-ciddi və ziddiyyətli təsir göstərdi. Bu təsir Avropanın digər ölkələrində olduğu kimi, İtaliyada da feodal strukturlarının qismən dəyişdirilməsi ilə şərtləndirilmişdir. Bu dəyişikliklər eyni zamanda-ciddi siyasi və sosial dəyişikliklərin və monarxiya rejiminin məhvinə köməklik göstərirdi.
İtaliyada başlamış yakobin hərəkatı 1796-1799-cu illərdə ən yüksək həddə çatmışdı. Bu hərəkatın nəticəsi olaraq Sizalpin, Liquri, Roma, Partoneydə (Neapolda) respublika quruluşları yaranmış, konstitusiyalar qəbul edilmişdir. Bunalrın bir çoxu 1795-ci il Fransa konstitusiyasının təkrarı idi. Eyni zamanda bu dövlətlərdən yeni hakimiyyət orqanları və nümayəndəlik institutları da yardaıldı. Bu yenilikçilik hərəkatında vətənpərvərlərin mötədil nümayəndələri fəal rol oynamışdı. Vaxtı ilə maarifçi-mütləqiyyətçi nümayəndələr tərəfindən feodal imtiyazlarının və şəxsi kəndli aslılığının ləğvinə başlayan hərəkat yeniləndi.
Zamanın hökmü ilə Fransız ordusu və rəhbərliyi ölkəni qarət edirdilər. Qiymətli muzey və mədəniyyət əşyaları ölkədən çıxarılmışdı. İşğal olunmuş ərazilərin əhalisi üzərinə böyük məbləğdə təzminat qoyulmuşdu. Direktoriya və Fransa ordusunun komandalığının təzyiqi ilə yeni hakimiyyət Fransa ilə müttəfiqlik müharibəsi başlayıb, fransız ordusunun saxlanılmasını öz üzərinə götürmüşdü. Bundan əlavə, onlar özlərinin daxili və xarici siyasətlərini də Fransa rəhbərliyi ilə əlaqələndirməli idilər. Bütün İtaliya cəmiyyətində fransızlara qarşı mübarizə baş qaldırmışdı. Hətta respublika quruluşlu dövlətlərdə Fransa hökmranlığına qarşı müqavimət hərəkatına təkcə klerikal və monarxist qüvvələr deyil, aşağı təbəqənin nümayəndələri də qoşulmuşdur. 1799-cu ildə İngiltərə və Rusiya donanması tərəfindən dəstəklənən Avstriya və Prussiya hissələrinin birgə təzyiqi ilə Neapol kralığının hərbi hissələri ölkənin böyük bir hissəsini Fransız hərbi hissələrindən təmizləməklə Fransızları Şimali İtaliyada özlərini müdafiə etməyə məcbur etdi. İtaliyanın respublika rejimləri devrildi. Minlərlə respublika tərəfdarları (yakobinçilər və mötədillər) çox sərt cəzalandırılaraq İtaliyanı tərk etməli oldular. Hətta Neapol və Romada sanfedisiblər(müqəddəs inam tərəfdarları ), ruhanilər, kəndlilər, şəhər əhalisinin nümayəndələri, əsgərlər və b. daha sərt cəza tədbirlərinə və kütləvi qırğınlara məruz qalmışdılar.
XIX əsrin əvəllərində Fransa və onun müttəfiqləri arasında ikinci və beşinci antifransız koaliyasiyasının mübarizəsi daha da qızışmışdır. Bu proses isə mürəkkəb daxili və beynəlxalq şəraitdə baş vermişdir. Bu da mübarizənin yeni mərhələsinin başlanması üçün bir işarət idi . Zaman qazanaraq güc toplaya bilmiş Napoleon Bonapart İtaliya dövlətlərinə insan və maddi resurslar mənbəyi kimi baxaraq, hətta Avropa dövlətləri ilə diplomatik oyunlarda ona xırda pul mənbəyi və özünün qohumları və yaxınları üçün ediləcək hədiyyə kimi yanaşırdı.
İngiltərə donanması Sardiniya və Siciliya adalarında olduğuna görə bu adalardan başqa bütün İtaliya torpaqları 1810-cu ildə Fransanın işğalı altında idi. Pyemont Adriatik dənizindəki torpaqları ilə birgə, Venetsiya Respublikası və Mərkəzi İtaliyanın bəzi əraziləri Fransa İmperiyasının tərkibinə departamentlik şəklində qatılmışdır. 1807-ci ildə Şimali və Mərkəzi İtaliyanın bir hissəsi isə mərkəzi Milan şəhəri olmaqla, Respublika kimi Fransaya birləşmişdir. 1805-ci ildə isə kralı Napoleon Bonopart olmaqla İtaliya krallığı yaradılmışdır.
Fransa hökmranlığının yeni mərhələsində 1806-cı ildə mövcud qanunla feodalizm sosial münasibətlər forması kimi ləğv olundu və Fransanın mülkü kodesindən irəli gələn normalar İtaliya ərazisinə yayılmağa başladı . Kilsə və icma mülkiyyəti hesabına mülklərin yenidən bölüşdürülməsi təzələndi ki, bunun hesabına da burjua torpaq sahibliyinin çəkisi xeyli artdı. XIX əsrin əvvələrində Fransada olduğu kimi İtaliyada da varlanmaq ruhu və maliyyə fırıldaqçılığı cəmiyyətdə hökmran idi. Fransızsayağı idarəçilik sistemi mərkəzləşdirilmiş şəkilə salınmışdı. Bütün bu kimi tədbirlər Fransanın və onun imperatorunun idarəsi xaricində və İtaliya cəmiyyətinin müxtəlif təbəqələrində milli şüurun formalaşmasını sistemləşdirmişdir.
Ölkədə milli müstəqilliyə və azadlığa mey güclənirdi. Respublikaçılar yenidən gizli fəaliyyətə keçərək yarımadada gizli antifransız cəmiyyətlərinin şəbəkəsini geniləndirdilər. Lakin Fransızlara qarşı çıxışlar kütləvi xarakter almadı. Çünki insanlar son dövrü hadisələrindən artıq dərəcədə yorulmuşdular. Onlar öz güclərinə inanmır, şəxsi həyatlarına qapılarağ sükut içərisində dəyişiklik gözləyirdilər. Napaleonun Rusiyada darmadağın olması xəbərinin təsiri ilə 1813-cü ildə Cənubi İtaliyada antifransız nümayişləri başladı. 1814-cü ildə isə Napoleonun zəifləməsi xəbəri gələn kimi, 1814-cü ildə də İtaliya krallığının paytaxtı Milan şəhərində nümayişlər başladı.
1815-ci ildə Napoleon imperiyasının dağılmasından sonra aparıcı dövlətlər yenidən İtaliyanın taleyini müəyyənləşdirməyə başladılar. Vyana konqresində ölkə yenidən 8 hissəyə bölündü. Cənubda Sicilya krallığı, Papa vilayəti və 4 hersoqluq (Toskana, Moden, Parm və Lukka)ilə ölkənin mərkəzində . Şimalda Pyemond və Lonbardo –Venetsiya krallığı) hansı ki İtaliya imperiyasına əyalət şəklində daxil olmuşdur. Napaloeon imperiyasının süqutundan sonra İtaliyanın pərakəndəliyi daha da gücləndi. Demək olar ki, İtaliyanın bütün ərazisində xüsusən də Sardiniya və Neapol krallığında, Modendə, Papa dövlətində hər cür yenilikçiliyin kökünü kəsməyə çalışır mütləqiyyətə və klerikalizmə sadiq qalan irticaçı, hökümət güclənirdi. Polisin repressiya metodları güclənirdi. Liberal və demokratik nəşrlərin yayılmasına qarşı sərt senzura qoyulmuşdu. Ali məktəblərdə və digər tədris müəssisələrində müəllim və tələbə heyəti üzərində, dini icmalar tərəfindən qismən də Papa VII Piy tərəfindən yenidən dirçəldilən yezuit ordeninə sərt nəzarət qoyulmuşdur. Konstusiya qaydalarını pozduğuna görə və ya Napoleon dövründə hakimiyyət institutları ilə sıx əməkdaşlıq etdiklərinə görə insanlar ordu və inzibati orqanlardan xaric olunurdular.
Dostları ilə paylaş: |