Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XIII mühazirə: İtaliyada birləşmə uğrunda mübarizə və vahid krallığın yaranması



Yüklə 0,52 Mb.
səhifə54/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   138
Yeni tarix müh

XIII mühazirə: İtaliyada birləşmə uğrunda mübarizə və vahid krallığın yaranması
İtaliya xalqının iqtisadiyyat və mədəniyyətinin çiçəklənməsi ilə məhşur olan humanizm və dirçəliş dövrünü XVII əsr və XVIII əsrin əvvəllərində cəmiyyətdəki hərtərəfli dərin tənəzzül əvəz etdi. İqtisadıyyatın pərakəndəliyi, hakim dövlətlərin münasibətləri mürəkkəbləşdirən rəqabəti, Papa dövlətinin irticaçı siyasəti vəziyyəti belə dözülməz həddə gətirib çıxarmışdır. Osmanlı imperiyasının Avropa siyasəti və Aralıq dənizində dəniz quldurluğunun azğınlığı nəticəsində Venetsiya və Genuya respublikalarında Şimali və Mərkəzi İtaliya dövlətləri bankirləri və tacirləri tənəzzülə uğradılar.

XVIII əsrdə tez-tez baş verən döyüşlər nəticəsində Appenin yarımadası müharibə meydanına çevrilmişdir ki, bunun da nəticəsisində vəziyyət xeyli pisləşmişdir. Yəni ölkə iqtisadiyyatına ağır zərbə dəymiş, əhalinin, xüsusən də kəndlilərin həyat səviyyəsi sürətlə aşağı düşmüşdür. İspan və Avstriya varisliyi uğrunda gedən Yeddiillik müharibə bütün dövlətlərdə müəyyən dərəcədə dəyişikliyin olması məsələsinə toxunurdu. Belə ki, 1714-cü ildə Raştat sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Lombardiya üzərindəki İspan hökmranlığı Avstriya hökmranlığı ilə əvəz olundu. Mərkəzi İtaliyanın bir sıra dövlətlərində isə Habsburqlar sülaləsinə qohum olan, Avstriyaya bağlı Lotaringiya və Este sülalələri hökmranlıq edirdilər. Neapol krallığı da İspaniyadan muxtariyyət alaraq azad oldu. Venetsiya və Genuya respublikalarının təsiri azaldı. Yalnız 1718-ci ildə yaradılmış Savoyya sülaləsinin rəhbərliyi ilə idarə olunan. Piyemont krallığı İtaliyada hakim mövqe tutmaq üçün namizədlər arasında suni olaraq manevr edib Fransanın hesabına Genuyada öz təsirini artıra bilərdi. Lakin siyasi pərakəndəlik yarımadada vahid milli bazarın yaranmasına imkan vermirdi. Kəndlilərin yoxsulluğu sənayeçilərin mallarının alınmasına mane olurdu. Odur ki, sənaye müəssələri bağlanır, fəhlələr ölkəni tərk edirdi. İtaliya şəhərləri boşalırdı. Şəhərlərdə sənətkarlıq və kənd təsərrüfatı dayanmışdı. Eyni zamanda elm, mədəniyyət və incəsənət də tənəlzüldə idi. Bütün ölkə boyu yoxsullar dəstə şəklində gəzirdilər.

Yalnız XVIII əsrin ortalarında baş vermiş iqtisadi canlanma şəraitində bir sıra İtaliya dövlətləri də maarifçilik ideyaları yaymağa başladı. Maarifçi mütləqiyyət ideyasını müdafiə edən maarifçilər-Ç. Bekkarya, T. Verri, D. Karaçollo və b. islahatçı ideyalarla çıxış edirdilər. Onlar kəndlilər arasında yayılmış yoxsulluğun zərərli nəticələrinə, ədalətsizliyə, məmurların və kilsənin özbaşınalığına, xalq üzərindəki təzyiqlərinə qarşı və qanunvericiliyin yeniləndirilməsi uğrunda mübarizəyə xüsusi əhəmiyyət verirdilər.

İtaliya dövlətlərində, o cümlədən Lombardiyada Mariya Terezanın və onun davamçısı II İosidin dövründə maarifçi mütləqiyyətin siyasəti islahatların keçirilməsi üçün-ciddi təkan oldu. Qarşıda duran məsələ isə feodalizm qayda-qanunlarının aradan qaldırılması, məhkəmə və vergi siyasətinin qaydaya salınması, büdcəyə gələn gəlirlərin genişləndirilməsi və yerli adamların mövqeyi hesabına mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə inzibati və sosial islahatların seriyasının həyata keçirilməsi idi. Bu məqsədlə bütün imperiya ərazisində olduğu kimi, Lombardiyada da əmlakın siyahıya alınması və vahid əmlak vergisi həyata keçirildi. Bu islahat zədəgan, kilsə nümayəndələrinə də şamil edildi. Ödəmələrin toplanması icarədarlardan alınaraq dövlət orqanlarının sərəncamlarına verildi. Xüsusiyyətçiliyi gücləndirə biləcək institutların yaranmasını sürətləndirəcək proseslərin qarşısında qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, kilsənin məhkəmə funksiyası məhdudlaşdırıldı və bir sıra yezuit ordeninin fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində tədbirlər görüldü.

XVIII əsrin ikinci yarısında Mariya Terezanın kiçik oğlu Böyük Hersoq Leopaldın Toskanada həyata keçirdiyi islahatlar daha radikal xarakter daşıyırdı. Burada vergi islahatlarında və daşınmaz əmlakın alqı- satqısındakı məhdudiyyətlərin ləğv edilməsindən başqa, sex sistemi, inkvizisiya, “ölülər” hüququ(varisi olmuyan insanların öldükən sonra əmlakının müsadirə edilməsi) ləğv olunurdu. Öz dövrü üçün Avropada ən humanist ticarət məcəlləsi təşkil olunur, işkəncə və ölüm hökmü aradan qaldırılırdı.

IV Ferdinandın arvadı Mariya Terezanın qızı kraliça Mariya Korelinanın təşəbbüsü ilə Neopal krallığında həyata keçirilən islahatlar isə daha məhdud xarakter daşımışdır. İtaliya baronları, rühaniləri və Neapol varlıları ilə gərgin mübarizədə inkvizisiya və bir sıra monastrlar ləğv olundu. Lakin bir sıra islahatlar, xüsusən də vergi islahatları yarımçıq xarakter daşıyırdı. Belə ki, zədəgan və torpaq sahiblərinin imtiyazlarına toxunulmamışdı. Islahatlar Parm və Pyarents də daha mötədil həyata keçirilmişdir. Papa dövlətində, Sardinya krallığında və digər İtaliya dövlətlərində isə islahatlar ya heç keçirilməmiş, ya da bəzi inzibati yenilənmələrlə məhdudlaşdırılmışdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin