İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət.
1846-1847-ci illərdə baş vermiş ümum Avropa sənaye böhranı Avropanın digər ölkələrində olduğu kimi İtaliyada da inqilabi şəraitin yetişməsi üçün şərait yaratdı. Burjuaziya və liberal zadəganların müxalifətçiliyi böyüdü xalq hərəkatı genişləndi.
XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. İtaliya torpaqlarının bir hissəsi Avstriya imperiyasının bir hissəsi isə Burbonların hakimiyyəti altında idi. Papa XVI Qriqorinin ölümündən sonra yeni papa olmağa əsas 2 namizəd var idi. Bunlardan biri də İtaliyalı digəri isə Avstriyalı idi. Sonda Romadakı Fransa səfiri olan Rossinin fəal diplomatik səyləri nəticəsində gözlənilənin əksinə olaraq İtaliyalı nümayəndə qalib gəli. Əsl adı (Covanni Mariya Mastai-Ferretti Ferreti olan cardinal )IX Piy adı ilə Roma Papası poldu. Bu İtaliyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi islahatlara başladı. İsveçrə qvardiyası buraxıldı. Siyasi məhbuslara amnitsiya verildi. 1847-ci ilin martında senzura yumşaldıldı liberal fikirləri ilə fərqlənən kardinal Cutsini dövlət katibi təyin etdi. Romanın idarə olunması üçün senat yaradıldı, ilk dəfə dövlət və nazirlər şuraları yaradıldı. Bütün bunlar İtaliyaya böyük sürətlə yayıldı. İtaliyanların əksəriyyəti Papanın islahatlarının öz dövlətlərindədə keçirilməsini tələb edirdilər. Papanın islahatları və vətənpərvərliyi italyanlarda vahid İtaliya üçün onun ətrafında birləşmək düşüncələrini gücləndirdi. Əhalinin ilk çıxışları Sardiniya krallığında başladı. Əhalinin təzyiqləri nəticəsində kral islahatlar keçirdi- Milli qvardiya yaradıldı. Senzura yumşaldı Dövlət Şurası yenidən təşkil olundu.
Ümumiyyətlə IX Piyin papa taxtına oturması ilə İtaliya dövlətlərində islahatlar uğrunda mübarizənin əsasını qoydu. Bu hərəkat 1847-ci ilin payızında və 1848-ci ilin yazında özünün kulminasiya nöqtəsinə çatmışdır. Eləcə də 1848-ci ilin martında və 1849 cu ilin avqustunda olan inqilabi hadisələr antiavstriya hərəkatının başlanmasına səbəb oldu.
IX Piy ağırlaşmış əhval-ruhiyyəsini sağlıamlaşdırmaq məqsəsi ilə amnitsya elan etdi. Və sürgündə olanlara vətənə qayıtmağa ixcazə vermişdi. Bu xəbər bütün İtaliyada çox böyük sevinclə qarşılandı. Ölkənin hər yerində kütləvi yığıncaqlar keçirilirdi. Papanın şərəfinə ünvanlanmış şənliklər tez bir zamanda radikal dəyişikliklər hər şeydən əvvəl senzura qaydalarını məvhv etmək, söz mətbuat və yığıncaq azadlığı vermək, özbaşnalığa məhdudiyyətlərin qoyulması, yezuit konqresinin qadağan edilməsi, irticaçıların yüksək vəzifədən kənar edilməsini tələb edən hərəkata çevrildi. Bir sıra şəhər və əyalətlərdə nümayişlər qanun keşişçiləri ilə əlbayaxa döyüşə çevrilmişdir. Demokratik və liberal mətbut leqal və qeyri-leqal şəkildə bütün ölkəni bürümüşdü.
Hərəkat 1847-ci ilin payızında 1848-ci ilin yazında yeni mərhələyə qədəm qoydu. Bu vaxt mütləqiyyətçi qanunlardan konstitusyon idarə formasına keçildi. Nümayəndəlik orqanları seçki yolu ilə formalaşdırıldı və mötədil islahatçı hökümət formalaşdı Belə ki 1847-ci il in avqust-sentyabr ayında Toskana hersoqu II Leopard mətbuat azadlığını tanımağa, mülki qvardiyanın yaradılmasına və yeni hökümət formalaşdırılmasına razılq verməyə məcbur oldu. 1847-ci ilin oktyabr ayında Pyemont krallığının irticaçı məsləhətçisininn çoxdan olacaq olan istelası oldu. Turin əhalisinin fəal çıxışlarından sonra gəmiqayırmaya icazə verdi, polisin özbaşnalığı məhdudlaşdırıldı və s.
Məhz bu dəyişikliklərin təsiri ilə Neapol krallığında irticaçı rejim zəiflədi. 1848-ci ilin yanvarında Siciliya adası əhalisi adada inzibatçılığa son qoydu və demək olar ki hökümət qoşunlarını adadan çıxardı. Siciliyada təsis olunmuş müvəqqəti liberal hökümət Neapol qarşısında adanın müstəqilliyinin tanınması məsələsini qaldırdı və İtaliya dövlətlərinə müraciət edərək federativ ittifaqın yaradılmasını təklif etdi. Neapol polis hissələri başçılarının bir çoxu istefaya göndərdi. Xırda amnistiya və konstitusiya hədiyyəsi verdi. İkipalatalı parlament seçkisi və mötədil-liberal hökümət yaradıldı.
1848-ci ilin mart-may aylarında Piemont krallığında uzun sürən disskursiyalardan sonra Albertian statusu xalqa elan edildi ki, bu da Sardinya krallığının konstitusiyası olmalı idi. Bu status mülki və siyasi azadlıqları, parlament rejiminə keçirtdi, cavabdeh hökümətin formalaşmasını elan etdi. Gözlənilənlərin əksinə olarağ Papa İtaliyada baş vermiş dəyişikliklərə öz mənfi münasibətini bildirdi. O yalnız Romada hökümətin və komissiyaların təşkil edilməsi ilə kifayətləndi.
Dostları ilə paylaş: |