Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Mərakeş məsələsi və siyasi mübarizənin güclənməsi



Yüklə 0,52 Mb.
səhifə74/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   138
Yeni tarix müh

Mərakeş məsələsi və siyasi mübarizənin güclənməsi. Mərakeş işğal olunmamış ərazilərdən biri idi. Bu əraziyə nəzarət uğrunda Fransa, Almaniya və İspaniya mübarizə aparırdılar. Nəhayət Fransa İngiltərənin, İtaliyanın və İspaniyanın razılığı alaraq İspaniyaya adanın şimalından kiçik bir zolağını, cənubundan isə İfni rayonunu verməyə söz verdi. Bununla da Fransanın Mərakeşdə əl-qolu açıldı. İspanlar Melilidən olan Mərakeşlilərin üzərinə hücum etdilər ki, oradakı filiz yataqlarına dəmir yolu çəksinlər. Mərakeşlilər ispan qoşunlarını və onlara köməyə gələn hərbi hissələri məğlub etdilər. Beləliklə, Mauro hökuməti yeni biabırçı məğlubiyyətdən qurtulmaq üçün Mərakeşə böyük qüvvə göndərməyə qərar verdi. Bu qərarın böyük müharibəyə səbəb olacağını görənə hali Barselona mərkəz olmaqla güclü nümayişlər başladı. Nümayişlər müharibə əleyhinə gedirdi, bu çıxışlar sosialistlərin və anarxo-sindikalistlərin çıxışı ilə ümumi tətilə sonra isə üsyana keçdi.

1900-cü ilin 26-28 iyulunda Kataloniyanın paytaxtında səngərlər quruldu, anarxistlər isə həmişəki kimi kilsələri və məbədləri yandırırdılar. Üsyan Kataloniyanın yaxın sənaye şəhərlərinə keçdi. Ilk günlərdən Barselona qornizonun çox hissəsi Afrikaya göndərildiyindən üsyançılara müqavimət göstərə bilmədi, və hökumət demək olar ki özünü itirmişdi. Lakin özünü toplayan Mauro hökuməti uzaq rayonlardan qoşun toplayaraq Kataloniyaya cəmlədi və 29 iyulda üsyan qəddarlıqla yatırıldı. Üsyanın iştirakçıları hərbi tribunalda mühakimə olundular. Ölkədə fövqəladə vəziyyət elan edildi.

Tribunallar tərəfindən ölüm hökmü verilmiş insanlar arasında görkəmli maarifçi və pedaqoq, kilsənin məkəbə təsirinin əeyhinə çıxış edən, əvvəlcə Barselonada , sonra isə digər şəhərlərdə müasir məktəblər açan Fransisko Ferrer Quardiya da var idi. Hökumət bu məktəbləri bağladı və Quardiyanın iyul üsyanının təşəbbüskarı və lideri elan etdi. Bu ədalətsiz qərar İspaniyada və xaricdə geniş etiraza səbəb oldu. Mauro hökumətinin Rusiya hökumətindən sonra ən qorxaq hökumət adlandırılan “İspaniyada Represiya qurbanlarının müdafiə komitəsi” yaradıldı. Etirazlara baxmayaraq Quardiya güllələndi.

Mauranın “qanlı fəhlə” iştirakçıları üzərində görünməmiş işgəncələri onun daha hökümətə başçılıq etməsini mümkünsüz etdi. Sosialistlərin lideri Pablo İqlesias çıxış edərək mərakeşliləri yox, Maura və onun nazirlərini İspaniyanının düşmənləri adlandırdı. Parlamentdə isə Mauraya qarşı mühafizəkarlardan başqa bütün partiyaların etirazları oldu. Odur ki, Maura istefaya getməyə məcbur oldu. Sonra isə Barselonada anarxistlərin qəsdinə məruz qalaraq ayağından yaralandı.

Yeni hökumət kabinetini liberallar S.Mored sonra isə 1910-cu il Kortesdə keçirilən seçkilərdə qələbə çaldıqdan sonra yenə liberallardan Xose Kanalexas təşkil etdilər. Onu da qeyd etmək lazımdır ki, bu seçkilərdə İSFP dan Pablo İqlesias ilk dəfə olaraq parlamentin üzv seçilmişdi. 1909-cu il hadisələri: müstəmləkə uğrunda müharibələr və “qanlı həftə” ilə çalxalanan ölkəni sakitləşdirməyə çalışan liberallar fövqəladə vəziyyəti ləğv etdilər, konstitusiyanı bərpa etdilər, siyasi və digər dustaqlara aministiya verdilər, Kataloniyada xalq təhsili, səhiyyə, rabitə ictimai işçiləri görmək üçün məsləhətçi orqan, bələdiyyə şurası olan mankomundadlar yaradıldı. Aydındır ki, mankomundadlar Kataloniyaya muxtariyyət tərəfdarlarını qane edə bilməzdi.

Bütövlükdə götürdükdə liberalların bu dəfəki siyasəti bərpa dövründə olduğundan bir qədər mütərəqqi idi. Buna baxmayaraq 1912-ci il 12 noyabr tarixində baş nazir X.Kanalexas Madridin mərkəzi meydanında mağazaların vitrininə baxarkən anarxistlər tərəfindən güllələndi.

Birinci dünya müharibəsi ərəfəsində İspaniyada siyasi mübarizə daha da gücləndi. Ölkəyə növbə ilə başçılıq edən hər iki partiyada (mühafizəkarlar da , liberallar da) parçalanma baş verdi. Mühafizəkarlarda sağ qanada Maura, sol qanada isə Eduardo Dato başçılıq edirdilər. Liberallarda sağ qanada Qraf Romanones, sol qanada isə Qarsia Prieto başçılıq edirdilər. Partiyalar arasında hakimiyyət uğrunda qızğın mübarizə gedirdi. Kanalexasın ölümündən sonra 1 il hökumətə qraf Romanenos başçılıq edirdi. 1913-cu ilin oktyabrında isə solçu mühafizəkar Dato əvəz etdi. Müharibədən əvvəlki illərdə tətil hərəkatı da genişlənmişdir. 1909-cu ildə baş vermiş “qanlı həftədən” sonra ən böyük fəhlə çıxışları 1910-cu ildə Basklar ölkəsinin mərkəzi Bilbaoda mədənçilərin çxışları oldu. Bundan sonra Saraqosa fəhlələrinin və yenidən Bilbaoda zavodların və limanların bağlanmasına səbəb olan 1911-ci il çıxışları , Austriya 1912-ci ildə daş-kömür mədənləri və dəmiryolçuları tətilləri oldu. Tətil hərəkatlarının uğursuzluqlarının əsas səbəbi isə anarxo-sindikalistlərin liderlərinin bu çıxışları pis təşkil etmələri olmuşdur.

Kataloniyada inqilabi hərəkatın qəddarcasına yatırlması azadlıq mübarizəsinin dayandırılmasına gətirib çıxarmadı, əksinə nəinki fəhlələr, hətta burjuaziyada muxtariyyət tələbi ilə çıxış etməyə başladı. 1906-cı ildə yaradılmış və Kataloniya millətçilərinin rəhbərlik etdikləri “Solidaritad Katalana” təşkilatını bu hərəkatda böyük rolu olmuşdur.

Mərakeşdə isə müharibə praktiki olaraq fasiləsiz davam edirdi. Ispanların hərbi elmdə və silahlanmada böyük üstünlüyə malik olmasına baxmayaraq yerli əhalinin köməyinə arxalanan mərAkeş hərbçilərinin qarşısında aciz qalmışdılar. Mərakeşlilər yerli təbii şəraiti yaxşı bilir və çevik hərəkətlərlə ispanların üzərinə hücumlar təşkil edir onlara ciddi zərbələr vururdular.

Mərakeş uğrunda böyük dövlətlərin Fransa və Almaniyanın mübarizəsində İspaniya kiçik bir tərəfdaş kimi çıxış edirdi. Sultan torpaqları uğrunda Fransanın iddialarının əvəzində Fransa İspaniyaya Mərakeşin şimalında kiçik bir ərazini , 27 noyabr 1912-ci il müqaviləsinə əsasən verməli idi. Bu müqavilə Fransanın Mərakeşdəki protektoratlığını və fransız-ispan əlaqələrini yaxşılaşdırılmasını nəzərdə tuturdu. 1913-cü ildə Fransanın prezdenti R.Puankarenin Madridə səfəri təntənəli şəkildə təşkil edildi. Rəsmi səfər zamanı hər iki tərəfin Mərakeş siyasətində fikirlərinin üst-üstə düşməsi qeyd olunurdu. Ancaq bu razılaşmanın İspaniyanın Mərakeşdə apardığı siyasət heç bir təsiri olmadı. Mərakeşi tutmaqla İspaniya özünün müstəmləkəçi siyasətini aktivləşdirmək istəyirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin