Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Ictimai yüksəliş və yuxarıdan inqilab



Yüklə 0,52 Mb.
səhifə73/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   138
Yeni tarix müh

Ictimai yüksəliş və yuxarıdan inqilab. Ispaniyanın ABŞ ilə müharibədə məğlubiyyətindən sonra ölkənin ictimai həyatında vəziyyət bir neçə il gərgin keçdi. Kataloniyada seperalitizm gücləndi. Barselona dindarları Kataloniya ərazisindəki Katexirdə dərslərin Kataloniya dilində aparılmasını tələb etdilər. Barselona küçələrində mərkəzi hökumətin nazirlərini fitə basdıqdan sonra şəhərdə hərbi vəziyyət elan edildi; Kortesdə Filippinin ABŞ-a satılması ilə ittiham olunan qərar qəbul edildi və bunun nəticəsində M.Saqasti hökuməti istefaya getdi; 1900-cü ilin büdcə kəsri ümumi narazılığa səbəb oldu; Iri sənaye mərkəzlərində güclü fəhlə hərəkatı başladı; təhsilin kilsədən ayrılması və müxtəlif dini təşkilatların qadağan edilməsi uğrunda geniş antiklerikal hərəkat başladı.

1902-ci il 17 may tarixində taxt-tacın 16 yaşlı varisinin tac qoyma mərasimi keçirildi. Bununla da varisin anası Mariya Kristinanın regentlik dövrü başa çatdı və XIII Alfansonun krallığı ( 1902-1931) başladı. O, anasından fərqli olaraq aktiv siyasət yeridən bir monarx idi. İki partiya mühafizəkarlar və liberallar isə hakimiyyət partiyaları kimi formalaşırdılar. Onlar həmişə Kortesdə çoxluqu öz əllərində saxlayırdılar. Lakin hakimiyyətdə tez-tez böhranların olması idarəçilik sisteminin dəyişməsini tələb edirdi. Belə ki, hakimiyyətdə kralın və ordunun yuxarı təbəqəsinin rolunun artması hakimiyyəti zəiflətmişdi. Digər bir tərəfdən də kortesdə güclü respublikaçı azlıq yaranmışdı. Kortesə 1903-cü il seçkilərində 34, 1905-ci il seçkilərində 30, 1907-ci il seçkilərində 66, 1910-cu il seçkilərində isə 39 respublikaçı seçilmişdi.

1901-ci ildə mühafizərkarların lideri Antonio Maura “hakimiyyət təfəindən həyata keçirilən inqilab” nəzəriyyəsi irəli sürdü. Bu islahata görə ölkədə özbaşınalıq artması və aşağı təbəqənin güclüləri onlara qoşulmalı idi. Bununla Maura mühafizəkarlar partiyasının bazasını gücləndirmək istəyirdi.

Liberal partiyası da XX əsrin əvvəlllərində özünün istehsal proqramı ilə çıxış etmişdir. Onların proqramlarından ilk dəfə antiklerikal tədbirlər nəzərdə tutulurdu. Sosial münasibətlərdə baş vermiş “Yuxarıdan inqilab” əmək haqqında bir sıra qanunlar verilməsinə səbəb oldu. Hansı ki, Avropada mövcud olan fəhlə qanunvericiliyini elementar normaları İspaniyada həyata keçirilirdi: 1900-cü ildə işçilərə bədbəxt hadisələrə görə kompensasiyalar verilməsi haqqında, qadın və uşaqlar üçün 11 saatlıq iş günü haqqında qanunlar verildi, mühafizəkarlar hökuməti 1903-cü ildə sosial islahatların institutunu yaratdılar. Hansı ki, bu institut sosial məsələlərə dair informasiyaları toplayır, lahiyələr hazırlayırdı. 1904-cü ildə həftənin bazar günü istirahət günü olması haqqında qanun verildi. 1910-cu ildə mədənçilər üçün 9 saatlıq iş günü, 1913-cü ildə isə toxucular üçün 10 saatlıq iş günü müəyyənləşdirildi.

Mühafizəkarlar liberallara qarşı mübarizədə kilsənin və din xadimlərinin müdafiəsinə başladılar. Liberallar isə dinin dövlətdən ayrılmasını tələb edir, katokik ordeni üzərində nəzarəti gücləndirmək və onları vergiyə cəlb etməə çalışırdılar.

Ispaniyanın imperialist müharibəsindəki məğlubiyyəti onun çox zəif olduğunu və digər müstəmlkə ölkələri ilə müqayisədə çox geri qaldığını üzə çıxardı. Bu da ölkə ziyalıları arasında dərin ruh düşkünlüyünə səbəb oldu və onlar tələb etməyə başladılar ki, iqtisadi, siyasi və mənəvi strukturlar yeniləşdirilsin. Hakim rejimə qarşı tənqidi münasibət özünü gənc yazıçıların , alimlərin yaratmış olduqları “1898-ci il nəsli” qrupunun mövqeyində aşkar göstərirdi. Bu təşkilata yazıçılardan Rio Baroka, Antonio Maçado, Ramiro de Maesta və başqaları daxil idilər. Tarixçi və sosioloq Xoyakino Kostadan sonra onlarda tələb edirdilər ki, inqilab yuxarıda aparılsın, İspaniyanın digər Qərbi Avropa ölkələrindən geriliyi aradan qaldırılsın. Bu qrupun və qrup üzvlərinin hər birinin ayrı-ayrılıqda platforma hazırlamaqlarına baxmayaraq onların ən böyük xidməti onda ibarət idi ki, ilk olaraq həyəcan siqnalı vermişdilər, xalqa hakimiyyətin iç üzünü göstərmişdilər və bununla cəmiyyətdə ictimai fəallığı artırmışdılar. Belə ki, qabaqcıl insanlar və mütərəqqi təşkilatlar bu tənqiddən daha radikal nəticələr çıxarırdılar.

Ispaniyanın dövlət quruluşu da dəyişməz qalmışdır: yəni 2 palatalı parlament sistemi qalmaqla parlamentdə mühafizəkarlara Antonio Maura və liberallara isə Xasi Kanalexas başçılıq edirdilər. Siyasi partiyalar əvvəlki kimi hökuməti idarə edir və seçkiləri saxtalaşdırırdılar. Hər iki partiya liderləri seçicilərə ölkənin modernləşdirəcək islahatlar aparılması haqqında söz versələr də illər keçirdi, islahatlar isə keçirilmirdi. Bu da hakimiyyətin tez-tez dəyişməsinə səbəb olurdu.

Fəhlə partiyasında Pablo İqlesianın rəhbərlik etdiyi İspaniya Sosialist Fəhlə Partiyasının (İSFP) və Antoniuo Qarsi Texidonun rəhbərlik etdiyi Ümumi Zəhmetkeşlər ittifaqının (ÜZİ) üzvlərinin sayı və onun cəmiyyətdəki rolu artırdı. (1911-ci ildə ÜZİ-nın 1900-cü ildəkindən 5 dəfə çox yəni 127 min nəfər üzvü var idi). Anarxistlər də fərdi terror təşkilatının iflasa uğraması ilə əlaqədar tənəzzülə uğramışdır. Anarxistlər anarxio-sindekalizmə keçməklə bu tənəzzülü adlamış oldular, 1910-1911-ci illərdə anarxio-sindikalist istiqamətli “Milli Əmək Konfederasiyası” (MƏK) həmkarlar birliyi yaradıldı. Onlar fəhlələrin siyasi təşkilatlar yaratmasına qarşı çıxır və hesab edirdilər ki, fəhlələrin ən ali təşkilatı həmkarlar (sindikatlar) birlikləri olmaqla iqtisadi və ümumi tətil keçirməklə kifayətlənməlidirlər. Bu vaxt İspaniyada anarxo-sindikalizm geniş yayılmışdı.

Hakim dairələrn ciddi islahatlar keçirməməsi cəmiyyətdə kütləvi etirazlara səbəb olmuşdur. Anarxo-sindikalistlər xalqın çıxışlarına anti-klerikal xarakter verməklə kilsələri və məbədləri yandırır, dindarları öldürür, polis və vətəndaş qvardiyası( jandarm) ilə qanlı toqquşmalara səbəb olurdu. Məhz anarxo-sindikalistlərin təbliğatı nəticəsində eyni vaxtda 1902-ci ildə həm Barselona fəhlələrinin həm də Əndalusdə batrakların kütləvi çıxışları olmuşdur.

Kəndli hərəkatı özünün yüksəlməsinə 1905-1906-cı illərdə çatmışdır. Əndəlüsun bir sıra rayonlarında quraqlıq aclığa səbəb olduğuna görə kəndlilər şəhərlərə axışaraq çörək və ərzaq mağazalarına basqınlar edirdilər.

Milli rayonlar olan Kataloniyada, Başklar ölkəsində, Qalisiyada muxtariyyət uğrunda mübariz güclənmişdir. Bu hadisə isə xroniki hal almışdır. Heç bir represiv əməliyyat onunn qarşısını ala bilmirdi.

Kral XIII Alfonso ordunun qeyri proporsional əsgəri və zabit korpusunu (500 ə yaxın general, 900 albay və 28 min qalan zabitlər, 80 min əsgər) özünün əsas dayağı hesab edirdi. Zabitlər yüksək maaş alır, müxtəlif üstünlüklərdən və kral himayəsindən istifadə edirdilər. Hətta XIII Alfanso taxta çıxarkən orduya müraciətində qeyd etmişdir ki, “ Xoşbəxt monarx odur ki, ölkədə sosial və ictimai sabitliyin qorunmasında silahlı qüvvələrə arxalanır.”

Bu vaxt terrorçu-anarxistlər yeni ab-hava ilə barışmayaq öz güclərini göstərmək qərarına gəldilər. 1906-ci ilin may ayının sonlarında XIII A lfonsonun və Böyük Britaniyanın kraliçası Viktoriyanın nənəsinin kəbin mərasimində anarxistlər Madrid küçəsində hərəkətdə olan toy kortejinin altına bomba atdılar. Toyu olanlara bir şey olmasa da vətəndaşlardan 23 nəfər həlak olmuşdur, 100 nəfərdən çox isə yaralanmışdır. Buna cavab olaraq kortes ciddi antiteror qanunu qəbul etmişdir.

XX əsrin əvvəlləri İspaniyanın ictimai həyatı tətil hərəkatlarınn güclənməsi ilə xarakterizə olunurdu. Belə ki, tətillərin sayı ilbə-il artırdı. 1905-ci ildə 20 min insanın iştirakı ilə 130 tətil olmuşdursa, 1913-cü ildə 84 min insanın iştirakı ilə 201 tətil olmuşdur. Sosialist partiyasının rəhbərliyi ilə minlərlə fəıhlə dövlət postlarını tutmaq uğrunda mübarizə aparmışdılar. 1908-ci ildə onların keçirmiş olduqları 8-ci qurultaylarında digəər burjua partiyası ilə birləşmək haqqında qərar qəbul etmişdilər. Belə bir birləşmə 1909-cu ildə Sosialist Fəhlə Partiyasında baş vermişdir. Bundan sonra isə Respublikaçı sosialist bloku vətəndaşların siyasi hüquqlarının genişləndirilməsi və respublikanın yaradılması tləbi ilə çıxış edirdilər. Və ilk dəfə respublikaçılar və sosialistlər 1910-cu ildə keçirilmiş parlament seçkilərində birgə çıxış etdilər.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin