Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


- Əhalinin mühafizəsi üçün qəbul olunmuş tədbirlərdən, proqnozlaşdırılan və baş verən fövqəladə hadisələrdən dəqiq və operativ, mütəmadi surətdə xəbərdar edilməsi



Yüklə 224,48 Kb.
səhifə11/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

- Əhalinin mühafizəsi üçün qəbul olunmuş tədbirlərdən, proqnozlaşdırılan və baş verən fövqəladə hadisələrdən dəqiq və operativ, mütəmadi surətdə xəbərdar edilməsi.
- Fövqəladə hallarda əhalinin mühafizəsi üçün keçirilən tədbirlərdə təşkilatların, müəssisələrin, orqanların və FHN-in birgə fəaliyyəti.
- Fövqəladə hallar baş verən rayonlarda və zərərçəkmiş ərazilərdə təxirəsalınmaz tədbirlərin təşkil olunması.
- Fövqəladə hadisələr baş vermiş ərazilərdə suyun və ərzağın mühafizəsi.
- Fövqəladə hadisələr baş verən hallarda maliyyə və material ehtiyatlarının yaradılması.
Yerlərdə MM-yə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
- Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri;
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
- təsərrüfat birliklərində və obyektlərdə - onların rəhbərləri və sahibkarları.
MM-nin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa döv­lət orqanları vasitəsilə yerinə yetirirlər.
MM tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin ye­rinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə MM qərargahları yaradılır. MM sistemində təsərrüfat obyektləri (müəs­si­sə­lər) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) MM-nin təş­ki­lin­də vacib rola malikdir və əsas mərhələdir.
Bütün MM tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt de­dik­də idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və və­ziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki mü­da­fiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sə­rən­cam­la­rı­nı obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə MM - fəhlə və qulluqçuları, gəncləri, tələbələri (şagirdləri) qa­baqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal­larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər tə­xi­rə­sa­lın­maz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə MM üzrə kömək göstərmək məqsədilə onun müa­vinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üz­rə və s.) olur.
Obyektin MM rəhbərliyinin yanında MM Qərargahı ya­ra­dı­lır. Qərargah MM-nin idarəetmə orqanı olub, obyektdə MM mə­sələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah MM üzrə ştat­lı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir (şəkil 1.16).

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin