Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi



Yüklə 224,48 Kb.
səhifə10/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

Nazirliyin Regional mərkəzləri: Bakı RM; Sumqayıt RM; Şimal-Qərb RM; Şimal RM; Gəncə RM; Aran RM; Muğan RM; Qarabağ RM; Cənub RM. Regional şöbələr bilavasitə MM işinin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Agdam, Cəbrayıl, Şamaxı, Lənkəran) MM orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. (Bütün regional mərkəzlərdə qoşun növü (alay, tabor), Bakıda 3 alay yerləşir).
Fövqəladə hadisələr dövrlərində MM üzrə müxtəlif və vacib vəzifələri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur. MM tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi fövqəladə hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilən sənədlərə deyilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.
Hazırda MM sistemində, o cümlədən itehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində MM planları tərtib edilir. Fövqəladə hallar baş verən ərazilərdə əhalinin fövqəladə hadisələrdən mühafizəsi tədbirləri Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən təşkil olunur. Fövqəladə hadisələrdən əhalinin mühafizəsində dövlət əsas rol oynayır və bu tədbirlərdə bütün mülki müdafiə dəstələri, dövlət orqanları iştirak edir.
Əhalinin mühafizəsi kompleksinə aşağıdakı tədbirlər aiddir:
- Mümkün fövqəladə hadisələrin proqnozlaşdırılması və onun nəticələrindən əhalinin xəbərdar edilməsi.
- Ətraf mühitin vəziyyətinin müşahidə edilməsi və onun nəzarətdə saxlanılması.
- Fövqəladə halların baş verməsindən əhalinin qabaqcadan xəbərdar edilməsi.
- Təhlükəli bölgə və rayonlardan əhalinin köçürülməsi.
- Mühəndis, tibbi, radiasiya və kimyəvi mühafizə.
- Insanların sağlamlığı üçün təhlükə yaranmış ərazilərdə əhalinin mühafizəsi üçün xüsusi tədbirlərin təşkil olunması.

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin