Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhər və qəsəbələrində bu dəstələr yaradılır:
- xilasedici dəstələr (komandalar), - kəşfiyyat qrupları (manqaları), - ətraf mühitin radioaktivliyini müşahidə postları, - rabitə qrupları, - sanitar drujinası dəstələri və sanitar drujinalar, - yanğınsöndürən komandalar (bölmələr), - ictimai asayişi mühafizə dəstələri (komandaları), - zərərsizləşdirici komandalar (qruplar), - kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları). Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında; - ilk tibbi yardım dəstələri, - epidemiya əleyhinə səyyar dəstələr, - ixtisaslı tibbi yardım dəstələri (briqadalar), - həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idarəsi, çeşidləmə köçürmə hospitalları, mərkəzi və profil xəstəxanaları)bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə MM qüvvələri təşkil edilir. Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edilirlər.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Xilasedici dəstə 2-4komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: