Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


Rayon qərargahının əsas vəzifələri



Yüklə 224,48 Kb.
səhifə15/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

Rayon qərargahının əsas vəzifələri:
- rayonun mülki müdafiə planını işləyib ha­zır­lamaq və onun yerinə yetirilməsini təşkil etmək;
- əhalini, xalq təsərrüfatı is­teh­sa­lı­nı qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö­yüş hazırlığını daim təmin etmək;
- əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər ver­mək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək;
- kəş­fiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək;
- əhalinin və xalq tə­sər­rü­fa­tı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh ma­hiy­yətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
- mül­ki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək;
- rayonun ərazisində yerləşən obyektlərin mülki mü­dafiə hazırlığına nəzarət etməkdir.
Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mövcud qanunvericiliyin icrası ilə əlaqədar şəhər, rayon, qəsəbələrdə habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq obyektlərdə mülki müdafiə tədbirlərini, dəs­tələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düz­gün idarə olunmasını təmin etmək üçün yerli şəraiti və müvafiq bazanın olmasını nə­zərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Ra­bitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, mü­əs­si­sə­lə­rin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi ba­rə­də vaxtında xəbər verir, MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün ob­yektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır, rayonun əra­zi­sin­də fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir­lər.
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – ra­yonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sa­ni­tariya-gigiyena tədbirlərini həyata keçirir, tibb dəstələrinin ixtisas hazırlığını tə­min edir, zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edil­mə­si, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin