Zəlzələnin yaranması
Yer müxtəlif süxurlardan təşkil olunduğundan yerin daxili qatlarında olan temperatur və təzyiq
fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili
(endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri
yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların,
qırışların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər
adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya
çatlarla müxtəlif hissələrə ayrılır. Yəni e
lastik olan üst hissədə hər il bir neçə santimetrlik sürüşmə
yaranır. Bu kiçik hərəkətlər uzun illər toplanır və böyükdə bir neçə metrlik sürüşmələrə səbəb olur.
Bunlar isə özünü yer üzündə zəlzələ adlandırdığımız təkanlar kimi göstərir. Zəlzələlərlə əlaqədar
bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni «seysmoqraf» adlı cihazla ölçürlər.
Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir. Baş verən
dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir.
Dostları ilə paylaş: |