3. Sürüşmə və ucqunlar
-
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamacın aşağı
sürüşməsi Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı
(Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ,
ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmcinin Dəvəçi,
Zaqatala, Qusar, Oğuz rayonlarında də müşahidə edilir. Talış dağları zonasında, o cümlədən
Yardımlı cökəkliyində də güclü sürüşmələrə rast gəlinir. Sürüşmə və ucqun halları Şamaxı -
Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun qismən düzənlik
hissəsini də əhatə edir. Bir cox hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur.
Məsələn, 1986-cı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş vermişdir.
Dostları ilə paylaş: |