24
göndərir və aidiyyatı üzrə çatdırır; sənədlərin gündəlik uçotuna uyğun sənəd dövranının həcmi
haqqında rəhbərlik üçün məlumat hazırlayır.
arxiv -
kargüzarlığı qurtarmış işlərin qəbulunu, uçotunu və saxlanmasını təmin edir; işlərin
nomenklaturasını tərtib etməkdə bölmələrə kömək edir;
sənədlərin cildlərinə tikilib, işlərin
düzgün formalaşdınl.masının
təşkil edilməsini izləyir; dövlət arxivinə verilmək üçün işləri
hazırlayır və tabelikdə olan arxivlərə
metodiki kömək göstərir;
kompüter, makina bürosu və korrektor qruppası -
sənədin əslindən və ya əlyazmasından
üzünü texniki vasitələrlə köçürməklə məşğul olur; kollegiya müşavirəsinin mə'ruzəsini
stenoqraflaşdı- rır, üzü köçürülmüş yazılarda pozmaq və düzəliş etmək hallarına
cavabdehlik
edir.
Ədliyyə və məhkəmə orqanlarında sənədləşmə işlərini aparmaq üçün xüsusi şöbələr
yaradılmışdır.
1.
Yazışmaların qeydiyyatı və
uçotu üzrə şöbə;
2.
Vətəndaşların ərizə və müraciətləri üzrə şöbə;
3.
Kargüzarlığın icrasına nəzarət şöbəsi.
Notariuslarda işin lazımi təşkili, vətəndaşlara və təşkilatlara dürüst, tez xidmətlər göstərilməsi,
sənədlərin tərtib olunması mədəniyyəti burada kargüzarlığın düzgün təşkilindən çox asılıdır.
Notariuslarda sənədləşmə işlərinin aparılması “Notariat haqqında” qanunla və notariat orqanında
kargüzarlığın aparılmasına dair təlimatla tənzimlənilir.
Sənədlərin uçotu və onların icrasına nəzarət üçün notariat idarəsində aşağıdakı
kitablar və
dəftərlər olmalıdır:
-
daxil dəftəri;
-
xaric dəftəri;
-
yerli yazışmalar üçün qeyd dəftəri;
-
şikayət və təkliflərin uçotu kitabı;
-
nəzarət qovluğu.
-
Notariat şəhadətnamələrinin və təsdiq qeydlərinin tərtib olunması,
notariat
əməliyyatlarının qeydə alınması üçün reyestrlər aparılmalıdır.