Maliyyə - Hesabat Sənədlərin hazırlanması və onların
tərtibində tələblər.
Müəssisələrin maliyyə, bank və vergi sənədləri onların fəaliyyətini əks etdirir. Bu sənədlər
üzərində aparılmış bütün əməliyyatlar qeyd olunur. Ona görə də bunların tərtib olunmasında
maksimum diqqətli olmaq tələb etilir. Maliyyə, bank və vergi sənədlərinin hazırlanmasında və
tərtibində aşağıdakı məsələlər nəzərə alınmalıdır:
1. Sənədlər normativ hüquqi aktlara əsaslanaraq hazırlanmalı;
2. Sənədlər vahid formada tərtib olunaraq, bütün rekvizitlər konkret və aydın doldurulmalıdır.
İdarəetmə prosesinin maliyyə və vergi işlərinin çevikliyini təmin etmək məqsədi ilə birgə
hüquqi sənədlər hazırlanılır. Maliyyə - hesabat əməliyyatları üzrə sənədləş-mənin aparılması
maliyyə - hesabat işlərinin sübutudur. Bütün maliyyə - hesabat əməliyyatları sənədlər əsasında
aparılır və uyğun sənədlərlə rəsmiləşdirilir. Bu sənədlər üzərində ilk nəzarət onu imzalayan
rəhbərin üzərinə düşür. Sonrakı nəzarət işlərini maliyyə və mühasibatlıq şöbələri yerinə yetirirlər.
Sənədlərin tərtibinə cavabdehliyi onu imzalayanlar daşıyır.
Vahid formalı sənədlərin tətbiq edilməsi sənədlərin tərtibini sadələşdirir, sənədlərin
rəsmiləşdirilməsi mədəniyyətini artırır, nəzarəti gücləndirir və sənədlərin saxlanmasını
tənzimləyir. Maliyyə - hesabat, bank və vergi əməliyyatları üzrə sənədlərin məzmunlarının
müxtəlif olmasına baxmayaraq, onların hamısında bu və ya digər formada aşağıdakı rekvizitlər
olmalıdır: sənəd növünün adı, sənədin nömrəsi, yazıldığı il, ay və gün, müəssisənin adı, ünvanı,
Bu sistem üzrə sənədlərlə işi tənzimləməkdən ötrü
əsasnamələr və təlimatlar işlənilmişdir. Ən mühümü isə iş
prosesi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
"Mühasibat uçotu haqqında", "Banklar və bank fəaliyyəti
haqqında" qanunlarla və digər sənədlərlə tənzimlənir.
Əksər maliyyə - hesabat əməliyyatlan üzrə sənədləşmələr
standart və birtipli blanklarda tərtib edilir. Bu blanklar
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
Maliyyə Nazirliyi və Milli Bank tərəfindən hazırlanılır və
Vergilər Nazirliyi ilə razılaşdırılır. İdarə və müəssisələrin
onların əsasında işləməsi qarşıya qoyulur.
Müəssisələrdə maliyyə, bank və vergi sənədlərinin
hazırlanması və tərtibi iki qrupa bölünür:
1.
Nazirliklər tərəfindən hazırlanmış, bütün müəssisələr
üçün məqbul sayılan birtipli və ya vahid formalı sənədlər;
2.
Hər bir müəssisənin daxili xüsusiyyətini əks etdirən
fərdi sənədlər, o sənədlər ki, burada da qanunçuluğun
tələbləri gözlənilməlidir.
40
hesabın nömrəsi və müəssisənin daxil olduğu bankın adı, əməliyyatların aparılmasının məzmunu
və əsası, əməliyyatların kəmiyyət və miqdar üzrə qiymətləndirilməsinin əks olunması, ödəmə
məbləği, əməliyyatın aparılmasına, sənədlərin rəsmiləşdirilməsinə cavabdeh olan şəxsin imzası
və möhür Sənədlər dəqiq, düzgün, heç bir pozuntuya yol verilmədən tərtib olunmalıdır. Əsasən
pul sənədləri-çek. mədaxil və məxaric kassa orderləri, ödəmə tapşırığı, vergi hesab-fakturası və
digər bank sənədləri ciddi qaydada doldurulmalıdır. Bəzi sənədlərin doldurulması üçün xüsusi
qaydalar hazırlanmışdır. Burada mühasibat sənədlərini tərtib etmək üçün sənəd və sənəd
dövriyyəsi haqqında əsasnamədən istifadə edilməlidir. O cümlədən Maliyyə Nazirliyi tərəfindən
təsdiq edilmiş "Vergi hesab-fakturasının tətbiq qaydalarına" əməl edilməlidir.
İndi əksər maliyyə bank sənədləri ciddi uçot sənədi hesab olunur. Onlar xüsusi qeydiyyatdan
keçirilir və seriya, nömrələrlə verilir. Bu Nonodlərin hazırlanması üçün ayrıca xüsusi lisenziya
tələb olunur.
Bu qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin qərarı ilə
təsdiq edilmiş "Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların,
putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq verilməsi
qaydasına" uyğun olaraq hazırlanmalıdır.
Sənədlərin üzərində düzəlişlərin aparılması məqsədə uyğun deyildir. Kassa və bank
sənədlərində ümumilikdə düzəlişlərə yol verilmir. Səhv doldurulmuş sənədlər ləğv edilir, uçota
alınır və mıxlanılır.
I'ərdi qaydada hazırlanmış sənədlər üzərində müxtəlif səbəblər Üzündən sənədlərdə (yuxarıda
göstərilənlərdən başqa) səhvlərin düzəldilməsinə müəyyən qaydalarla yol verilir. Bu zaman
sənəd üzərində müvafiq qeydlər aparılır və sənədi imzalayan şəxs tərəfindən təsdiqlənir.
Müəyyən məsələlər üzrə tərtib edilmiş sənədləri nəzarətə gülürməkdən ötrü onların surətləri
çıxarılır və kötükləri saxlanılır. Çıxarılmış sənəd kötüklərinin maliyyə əhəmiyyəti vardırsa, onda
ə, maliyyə hesablarına tikilərək saxlanılır və ödənilmiş maliyyə vəsaitlərinin qoyuluşunu təsdiq
edir.
Hər bir hüquqi şəxsin fəaliyyəti üçün onun banklarda milli və ya valyuta hesabı olmalıdır. Pul
vəsaitinin saxlanması və əməliyyatların aparılması üçün müəssisə bankda öz hesablaşma
hesubmı açır. Müəssisələr arasında hesablaşmaların əksəriyyəti lıagdsız yolla - pul vəsaitinin
köçürülməsi yolu ilə aparılır. Burada luıııklar vasitəçi rolunu daşıyır, ödəmələrin çevikliyini
41
təmin edir. Müəssisələrin bankda hesablaşma hesabını açmaqdan ötrü ıi|ıipjdakı sənədlər
lazımdır:
I Müəssisənin qeydiyyatdan keçmiş nizamnaməsinin surəti;
i
Müəssisənin maliyyə və bank sənədlərini imzalamaq hüququna malik şəxslərin imzalarının
və möhürün nümunəsi olan к ill tı ıç к a;
3.
Müəssisənin rəhbərinin hesablaşma hesabı açmaq haqqında ərizəsi;
4.
Müəssisənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqqında şəhadətnamənin
surəti;
5.
Bildiriş - dublikat.
Bank işləri haqqında təlimata və əsasnaməyə uyğun olaraq, bu sənədlər müvafiq qaydalar
əsasında tərtib olunur. Göstərilən sənədlərə uyğun olaraq sərəncamla hesablaşma hesabının
nömrəsi verilir.
Dostları ilə paylaş: |