Xaric olan və daxili sənədlərin qeydə alınması
jurnalı.
S
ıra
№-
si
Sənədin
tarixi
və
indeksi
Müx
bir
Qısa
məzmunu
Sənədin icrası
haqqında qeyd
1
4
5
İdarələrdə elə sənədlər olur ki, onların qeydə alınmasına ehtiyac olmur. Bir qayda olaraq
qeydə alınmalı olmayan sənədlərin idarələrdə siyahısı olmalıdır.
Adətən aşağıdakı sənədlər kargüzarlıqda qeydə alınmırlar:
1.
Məktubların məlumat üçün göndərilmiş surətləri;
2.
Ezamiyyətə və məzuniyyətə icazə haqqında teleqramlar və məktublar;
3.
İclaslar, müşavirələr, gündəliklər haqqında xəbərlər;
4.
Cədvəllər, tapşırıqlar, sifarişlər;
5.
Məlumat üçün göndərilmiş xəbər və informasiyalar;
6.
Tədris planları, proqramları, surətləri;
7.
Reklam bildirişləri, plakatlar, müşavirələrin, konfransların poqramları və s.;
8.
Preyskurantlar, surətlər;
9.
Materialların məsrəf normaları;
10.
Təbrik məktubları və dəvətnamələr;
11.
Mühasibat sənədləri;
12.
Çap məhsulları (kitablar, jurnallar, bülletenlər);
13.
Mövzular üzrə elmi hesabatlar;
14.
Aylıq, rüblük, yarımrüblük hesabatlar;
15.
Statistik hesabat formaları;
Mühasibat sənədləri, çap məsulları, elmi hesabatlar və digər hesabat formaları aidiyyəti olduğu
struktur bölməsində qeydiyyatdan keçirilir.
Daxil olmuş sənədlər jurnal və kartoçkalarda qeydə alındıqdan və qeyd ştampında indeks
qoyulduqdan sonra baxılmaq üçün idarənin rəhbərliyinə verilir. Vəzifəli şəxslərin ünvanına olan
33
sənədləri bilavasitə həmin şəxslərə göndərmək lazımdır.
Hökumət orqanlarının, dövlət idarələrinin sənədləri, habelə idarələrin fəaliyyətinin prinsipal
məsələlərinə dair başqa vacib sənədlər idarə rəhbərinə verilir, bunlardakı məlumatlara uyğun
olaraq idarə rəhbəri bu sənədlərin icrası üçün müəyyən qərara gəlir. Qalan sənədlər onun
müavininə, quruluş bölmələrinin rəhbərliyinə və ya bilavasitə icraçılara verilir.
Sənədlər onların daxil olduğu gün baxılmaq üçün təqdim edilir. Teleqramlar, fakslar və digər
təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə göndərilir.
Əgər daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və
daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə rəhbərliyə verilir.
Baxılma nəticələri sənədlərdə dövlət standartı ilə ayrılan yerdə (mətndən əvvəl yuxan sağ
hissədə) yazılan dərkənarlarda əks olunur. Dərkənarlarda sənədlərin icrasının xarakteri və
icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır. Sənəddə birdən çox dərkənar olmamalıdır.
Rəhbərliyin sonrakı dərkənarı sənədin icrası dəqiqləşdiriləndə lazımdır. Sənədlərə baxılması ən
qısa müddətdə, yəni sənədin daxil olduğu gün həyata keçirilməlidir.
Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra dərkənar mətninin qeyd
kartoçkasına keçirilməsi və onların lazımi hallarda nəzarətə qoyulması üçün dəftərxanaya
qaytarılır. Sonra isə təyinatı üzrə lazımi yerə verilir.
Dərkənarda birinci göstərilən şəxs sənədin icrası üçün məsuliyyət daşıyır. Məsul icraçıya
müştərək icraçıları çağırmaq hüququ verilir. Sənədin müştərək icraçıları məsul icraçının tələbi
ilə bütün lazımi sənədləri təqdim etməlidirlər. Müştərək icraçılar sənədlərin layihələrinin
vaxtında və keyfiyyətli hazırlanması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar.
İcra olunmuş sənədlər işləri müvafiq məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya
işçilərə işə tikilmək üçün verilir.
Sənədlərin bir quruluş bölməsindən digərinə verilməsi idarə rəhbərliyinin göstərişi ilə
dəftərxana tərəfindən həyata keçirilir ki, bu barədə də qeyd kartoçkasında və jurnalda müvafiq
qeyd aparılır. Sənədi alan icraçılar tərəfindən imza qoyulur. Sənədlərin operativliyini təmin
etmək məqsədi ilə qeydiyyatın kompüter vasitəsi ilə aparılmasından və yığcam qeyd
kartoçkasından istifadə olunur.
|