İmtahan suallaırı: 1. Çat və çatlılıq
Ədəbiyyat 1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);
2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);
3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
4 .Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
5.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
6. .Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
7. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
MÜHAZİRƏ 20 Adı : Maqmatik və metamorfik süxurların yatım formaları Tarix : 16.12. 2021
Plan: 1. Maqmatik süxurların əmələgəlmə halları 2.İntruziv maqmatizmin yaratdığı cisimlər 3. Uyğun və kəsən intruziyalar 4. Effuzivlərin yatım formaları 5. Batolit və onun əmələgəlmə mexanizmi
MAQMATİK və METAMORFİK süxurların yatım formaları
Maqmatik, xüsusilə də intruziv süxurların yatım formaları müxtəlifdir. Bu, əsasən maqmanın ilk təzyiq və temperaturundan, yəni kristallaşma şəraitinin müxtəlifliyindən irəli gəlir. Maqma öz təzyiq və temeparuturu ilə bəzən süxurları əridib onların yerini tutur, bəzən müxtəlif təbəqələrin arasına soxularaq orada soyuyur, bəzən də müxtəlif çatlar və boşluqlarda kristallaşır. Təbiətdə yayılmış intruziv kütlələr iki əsas qrupa ayrılır: uyğun və qeyri-uyğun yatımlı. Uyğun yatımlı intruziyalar, yerləşdiyi süxurların laylaşma istiqamətləri ilə müəyyən paralellik əmələ gətirir. Bu paralellik mütləq deyil, nisbi xarakter daşıyır, uyğun yatımlı maqmatik massivlər təbiətdə geniş yayılmış kütlələrdir, bunlardan aşağıdakıları göstərmək olar. İntruziv yataqlar, en sadə intruziv kütlələr olub, maqmanın laylar arasına soxulması və orada soyuması nəticəsində əmələ gəlir. Bu yataqların sahəsı 10000 km2, qalınlığı isə yüz metrlərlə ölçülür; müxtəlif tərkibli, ən çox əsas süxurlardan təşkil olunmuşdur. Lokkolitlər nisbətən kiçik (diametri 5-6 km, qalınlığı 1 km-ə çatır) intruziv kütlələr olub, göbələk şəkillidir. Yuxarı qalxarkən layların arasında lavanın soyuması nəticəsində yaranır. Tağ hissələri dəyirmi, daban hissələri isə laylaşma müstəvisinə paralel olur. Nisbətən az dərinlikdə (3 km-ə qədər) yatır və denudasiya nəticəsində tez-tez üzə çıxır. Tərkibinə görə əsasən turş süxurlardan (diapiritlərdən) təşkildir. Bəzən lakkolitlər bir-birinə kanallar vasitəsilə birləşərək lakkolit qrupu yaradırlar.
Lakkolitlərin müxtəlif növləri məlumdur: çoxmərtəbəli (ağacabənzər), formasiya-arası, qeyri-simmetrik (hemi-lakkolit), bismalit və s.
Lopolitlər müxtəlif ölçülərə malik (ən kiçik ölçülərdən başlayaraq en kəsiyi 100 km-ə çatan, qalınlığı isə 1 km-dən artıq olan kütlələr) çinivari intruziv kütlələrdir. Yerləşdiyi süxurlarla paralel yatım əmələ gətirir. Ultraəsas və qələvi süxurlardan ibarət olur.
Fokolitlər əyilmiş mərciyə oxşar,kiçik ölçülü, uyğun yatımlı intruziv kütlələr olub, qabarıq layların qabarmış hissələrində maqmanın soyuması nəticəsində əmələ gəlir. Qalınlığı 100 m, nadir hallarda isə 1000 m olur.
Sillər (lay tipli intruziyalar) nisbətən az dərinliklərdə əmələ gəlir və lay formasına malik olub, ətraf süxurların laylanma səthləri üzrə yerləşir. Sillərin qalınlığı bir neçə santimetrdən 600 m-ə qədər, tutduğu sahə isə bəzən 13000 km2-ə çatır. Sillər müxtəlif süxurlardan, daha çox əsasi süxurlardan (diabazlardan, porfiritlərdən) təşkil olunmuşdur və onlara həm platformalarda, həm də geosinklinal ərazi-lərdə təsadüf olunur.
Qeyri-uyğun intruziv kütlələrə aşağıdakılar aiddir.
Batolitlər əsasən, qranitlərdən ibarət nəhəng intruziv kütlələrdir. Yer qabığı qırışıqla-rında pozğunluğa məruz qalmış ətraf süxurlara maqmanın aktiv təsiri və nüfuz etməsi zamanı yaranır. Denudasiya prosesi nəticəsində batolitlər açıldıqda intruziv maqmatik süxurların çıxışlarının tutduğu sahələr 100 km2-dən 250000 km2-dək çatır. Bəzi batolitlər dərinlik artdıqca ensizləşir və müxtəlif dərinliklərdə qədim çökmə yaxud metamorfik süxurlar üzərində yerləşir.
Batolitlər, geosinklinal əyalətlərin ən mütəhərrik hissələrində yerləşir. Adətən onlar qırışıqlıq komplekslərinin uzanması boyu müşahidə olunur. Batolitin bir növü də etmolit-formadır. Bu forma yuxarıya tərəf ölçülərinin artmasilə səciyyələnir.
Ştoklar kiçik ölçülü intruziv kütlələrdir. Çıxış sahəsi 100 km2-dən azdır. Bunlar da batolitlərin şaxələnməsindən (batolit künbəzləri) əmələ gəlir, yaxud da müstəqil yaranan intrusiyalardır. Ştoklar iri tektonik pozğunluqlar boyunca yerləşir.
Daykalar dik meyilli paralel divarlar ilə hüdudlaşan və ətraf süxurları kəsən intruziv kütlələrdir; şaquli yaxud nisbətən maili çatların maqma ilə dolması nəticəsində əmələ gəlir.
Ətraf süxurlar denudasiyaya məruz qaldıqda daykalar yer səthində olduqca dik uçurum divarları xatırladır. Elə bu səbəbdən də onlara “dik divarlar” deyilir. Daykaların uzunluğu bir neçə metrdən 100 km-ə, qalınlığı isə bir neçə sm-dən bir neçə yüz metrə çatır. Uzunluğu 3-5 km və qalınlığı 5-8 m olan daykalar daha geniş yayılmışdır.
Damarlar müxtəlif formalı və ölçülü çatların müxtəlif tərkibli maqma kütləsi ilə dolması nəticəsində yaranır. Yerləşdiyi süxurlara nisbətən qeyri-uyğun və adətən, böyük bucaq altında yatır. Çox vaxt damarlarda müxtəlif faydalı qazıntı və minerallara rast gəlinir. Damarlar təmami-lə müxtəlif mənşəli ola bilərlər.
Harpolitlər, qranit tərkibli böyük intru-ziv kütlələrdir; onlar struktur mərtəbələri (tektonik mərtəbələri) ayıran uyğunsuzluq səthləri boyunca əmələ gəlirlər. Harpolitin yerləşdiyi səth, adətən, çox da dərində deyildir.
Maqmatik diapirlər planda və kəsilişdə armud formasında olan və çox kiçik ölçülərlə xarakterizə olunan intruziyalara deyilir. Onların ölçüsü bir neçə on metrlə kilometrlər ara-sında dəyişir. Ətraf süxurları kəsib, onlarda qırılma və pozulmalar yaradır.
Nekk (vulkan kanalları) vulkan aparatının bir hissəsidir. Planda dairəvi, oval, bəzən isə qeyri-düzgün formalarda olur. Diametri bir neçə on metrdən kilometrə (1-1,5 km) kimi dəyişir.Nekkləri dolduran süxurlar müxtəlifdir, əsasən püskürmə süxurlarıdır. Vulkan kanal-larında bəzən zəngin almaz yataqlarına təsadüf edilir. Nekklər vulkanik aparatın alt hissəsin-də yerləşən maqmatik süxurlardan təşkil olunmuşdur; yer səthinə yaxın sahədə soyumuş süxurlardır (ekstruziv süxurlar). Nekk-lərin yan divarı təqribən şaqulidir.
Böyük intruziyalarla kiçik şaxələnmələr əlaqədardır; bunlar ətraf süxurlar ilə uyğun-suzluq əmələ gətirir və qeyri-müəyyən formaya malikdirlər. Belə formalar geoloji ədəbiyyatda apofizlər adlanırlar.
Effuziv süxurlar, adətən, axım formalı, layabənzər kütlələr əmələ gətirir. Bu süxurların forması əsasən lavanın tipindən, onu hərəkət etdiyi səthin formasından və soyuma şəraitindən asılıdır.