Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə12/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

Mühazirə 7
Adı: Layların ilkin yatımı anlayışı və formaları.


Tarix: 02.11.2021

Plan:
1. Layın ilkin yatım forması halı
2.Layın ilkın yatım formasının növləri
3. Psevdotektonik qırışığın formalaşma halı
4. Üfüqi yatımın təyini üsulları

Layın ilkin yatım forması anlayışı və formaları
Layın ilkin yatım forması dedikdə, o əmələ gəldikdən sonra ilk xarici təsirə qədər tutduğu fəza vəziyyəti nəzərdə tutulur. Nəzəri cəhətdən lay ilkin yatımda üfüqi vəziyyətdə ehtimal olunur. Lakin təbiətdə tam üfüqi vəziyyətdə olan laylara çox nadir hallarda təsadüf edilir. Bu hallar əsasən platforma əraziləri üçün səciyyəvidir. Geosinklinal ərazilərdə isə bir sıra hallarda hətta 1-3 bucaq altında yatan layları da şərti olaraq üfüqi yatım kimi qəbul etmək olar. Platforma ərazilərində isə çöküntü örtüyü nisbətən zəif deformasiyaya məruz qalır. Buna görə də platforma ərazilərində 1-2 yatım bucağı artıq maili yatım hesab olunur. Hətta bəzi hallarda platformalarda maili yatım dəqiqələrlə ölçülür. Adətən platformalarda layların yatım bucağı bir neçə dəqiqələrdən ilk dərəcələrə qədər və nadir hallarda ilk 10 dərəcələrə qədər olur.
Geosinklinallara gəldikdə isə burada kristallik bünövrə qırılmalarla daha intensiv doğranmış olduğuna görə çöküntü qatı xarici təsir nəticəsində asanlıqla intensiv deformasiyaya məruz qalır.
Geosinklinallarda layların üfüqi yatım anlayışı həqiqətdən daha uzaqdır. Layların ilkin yatımına gəldikdə isə bunların bu yatımda fəza vəziyyəti müxtəlif ola bilər. Üfüqi yatımdan qırışıq formalarına qədərBu layı təşkil edən çöküntülərin nə kimi səth üzərində toplanmasından asılıdır. Əgər həmin səth üfüqidirsə onun üzərində toplanan çöküntülərin təşkil etdiyi laylar da üfüqi vəziyyətdə olacaq. Əgər malidirsə maili olacaq və əgər həmin səth ekzogen proseslər tərəfindən tam peneplenizə olunmayıbsa, yəni düzləndirilməyibsə onda belə girintili çıxıntılı səth üzərində çöküntü toplanma prosesi bərpa olunduqda hövzəyə gətirilən çöküntülər ilk növbədə dibinin girinti zonalarını dolduracaq. Ondan sonra isə çıxıntılarını bürüyəcək.
Layların ilkin yatımında hövzə dibi relyefindən asılı olaraq yaranan qırışıqlara bürümə və ya psevdotektonik (yalançı) qırışıqlıq deyilir.

Bu qırışıqlıqlar ona görə psevdo tektonik adlanır ki, onların formalaşmasında qırışıq əmələ gətirən hərəkətlər fəaliyyət göstərmirlər.

Bu qırışıqlar aşağıdakı xüsusiyyətlərə malikdir:
1) Bu növ qırışıqlar adətən nisbətən zəif inkişaf edirlər (qanadların layların yatım bucağı az olur)
2) Stratiqrafik kəsiliş boyu üzü yuxarı tez sönürlər.
3) Stratiqrafik dərinlik artdıqca qanadlarda layların yatım bucağı artır.
4) Layların qalınlığı qanadlardan tağa doğru azalır.
5) Layları təşkil edən çöküntü hissəciklərinin ölçüsü qanadlardan tağa doğru artır. Yəni, qanadlarda çöküntü gillərdən ibarətdirsə, tağa doğru alevrolit və quma keçə bilər.


Ədəbiyyat

1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);


2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);
3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
4.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
5.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
6. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin