Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə14/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

Uzanma xətti

  • Yatım xətti

  • Yatım bucağı

    Layın uzanma xətti lay səthilə üfüqi müstəvinin kəsişməsindən alınan üfüqi xəttə (izə) deyilir. Uzanma xəttinin fəza vəziyyəti onun azimut bucağı ilə müəyyən olunur. Verilən istiqamətdə meridianın şimal qütbü arasında qalan 0-360 arasında dəyişən, saat əqrəbi istiqamətində ölçülən üfüqi bucağa azimut deyilir.



    Azimutların növləri
    Uzanma xəttini hər iki istiqamətə davam etdirsək, o öz keyfiyyətini dəyişmir, yəni, uzanma xətti kimi qalır. Ona görə də uzanma xəttinin fəza vəziyyəti bir-birindən 180º fərqlənən azimut bucağı ilə təyin olunur.



    Lay səthi üzərində yerləşən, uzanma xəttindən başlayaraq layın yatımı istiqa-mətində uzanan və cəhətlənmiş xəttə (izə) yatım xətti deyilir.
    Hər bir maili layın istənilən sayda yatım xətti ola bilər. Yalnız bunlardan biri həqiqi yatım xətti olacaq. Lay səthi üzərində yerləşən uzanma xətti ilə 90º-dən böyük və ya kiçik bucaq təşkil edən layın yatımı istiqamətində cəhətlənmiş xəttə görünən yatım xətti deyilir. Layın yatım xətti vektorluq qabiliyyətinə malikdir. Yəni, onu yatım istiqamətində davam etdirəndə öz keyfiyyətini saxlayır. Layın yatım xəttini əks istiqamətdə davam etdirsək, o öz keyfiyyətini itirmiş olur. Yəni, bu xətt artıq yatım xətti yox, qalxım xətti, və ya yoxuş xətti adlanır.
    Yatım xətti ilə onun üfüqi müstəvi üzərindəki proyeksiyası arasında qalan bucağa yatım bucağı deyilir.
    Lay səthilə üfüqi müstəvi arasında istənilən sayda müxtəlif qiymətə malik n sayda bucaq ola bilər. Ancaq bunlardan biri layın fəza vəziyyətini müəyyən edə bilər. Bu layın həqiqi yatım bucağıdır.
    Layın həqiqi yatım bucağı, həqiqi yatım xətti və onun üfüqi müstəvi üzərindəki proyeksiyası arasında qalan bucağa deyilir. Biz qeyd etdik ki, layın istənilən sayda görünən yatım xətti ola bilər. Görünən yatım xətti və onun üfüqi müstəvi üzərindəki proyeksiyası arasında qalan bucağa görünən yatım bucağı deyilir. Həqiqi yatım bucağı 0º-90º-yə qədər dəyişir. Görünən yatım bucağı, bir qayda olaraq, həqiqi yatım bucağından həmişə kiçik olur. Görünən yatım bucağı sıfırdan həqiqi yatım bucağına qədər dəyişir.


    Ədəbiyyat
    1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);
    2.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
    3.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
    4.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
    5. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991



    Yüklə 0,75 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   10   11   12   13   14   15   16   17   ...   36




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin