Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə25/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

Uyğun və qeyri-uyğun fay və əks faylar
Yerdəyişmə səthinin yatım bucağına görə fay və əks fay tipli qırılmalar kiçik (30 dərəcəyə qədər) , dik (30-800) və şaquli (86-900) yatımlı olurlar.
Qırılan layların uzanmasına görə fay və əks fay tipli qırılmalar uzununa, eninə və çəp (dioqanal) olur.

Uzununa qırılmalarda yerdəyişmə səthinin uzanma istiqaməti layın uzanma istiqaməti ilə üst-üstə düşür. Çəp qırılmada yerdəyişmə səthi layların uzanma istiqaməti ilə müəyyən bucaq əmələ gətirir. Eninə qırılmalarda isə yerdəyişmə səthi layın uzanmasına perpendikulyar yerləşir.


Qanadların yerdəyişməsinə görə fay tipli qırılmalar dörd növə bölünür: düz, tərs, şarnirli və silindirik. Düz fayda asılı qanad aşağıya, tərs fayda isə yuxarıya doğru yerini dəyişir. Şarnirli fayda qanadlar müxtəlif istiqamətlərə yönəlir. Silindrik fay tip qırılmalar qövsvari formada olur.

Qanadların yerdəyişmə vəziyyətinə görə fay tipli qırılmanın növləri


Fay tip qırılmaların planda vəziyyətinə görə aşağıdakı formaları vardır: paralel (pilləli), radial, budaqşəkilli və ya şaxəli.
Paralel faylarda yerdəyişmə səthləri pilləli şəkildə yerləşir. Radial faylar bir nöqtədən və ya müəyyən sahədən çıxan və ətrafa yayılan qırılmalar qrupuna deyilir. Belə tip qırılmalar antiklinalların tağ və periklinallarında, sinklinalların isə dib və sentrikinallarında müşahidə olunur. Budaqşəkilli və ya şaxəli fay tip qırılma bir əsas qırılmadan və ondan ayrılan şaxələrdən ibarət olur.
Əmələgələmə vaxtına görə fay tip qırılmalar konsedimentasion və postsedimentasion kimi iki yerə ayrılır.
Konsedimentasion fay tip qırılmalar çöküntütoplanma ilə eyni vaxtda inkişaf edir, onların qalxan qanadlarında çöküntülərin qalınlığı az olur, hətta bəzi stratiqrafik bölgülər kəsilişdən düşür. Düşən qanadlarda isə əksinə, çöküntülərin qalınlığı çox, fasiyası dərin dəniz, stratiqrafik cəhətdən isə kəsiliş tam olur.
Postsedimentasion fay tip qırılmalar çöküntütoplanmadan sonra əmələ gəlir, ona görə də çöküntülərin qalınlığına və fasial xüsusiyyətlərinə təsir göstərmir.
Yerdəyişmə səthinin quruluşu hamar və əyri olur. Qırılma qanadlarının əyilməsi nəticəsində yerdəyişmə səthində boşluq əmələ gəlir və həmin boşluq mineral maddələrlə və ya su ilə dolur. Yerdəyişmə səthi üzrə qanadlar hərəkət etdikdə səth hamarlanır və cilalanır. Belə səthə sürüşmə güzgüsü deyilir. Qanadları sürüşdükdə həm də süxur qırıntıları əmələ gəlir. Buna sürtünmə brekçiyası və ya tektonik brekçiya deyilir. Bəzən sürtünmə brekçiyasının qalınlığı metrlərlə ölçülür. Sürtünmə brekçiyası bəzən hidrotermal məhlullarla dolaraq bu və ya digər faydalı qazıntı yataqlarını əmələ gətirir. Əksər hallarda isə su ilə dolu olur.
Fay qanadlarının yerdəyişmə istiqamətinin təyini. Qanadların iki: mütləq və nisbi yerdəyişməsinin istiqamətini təyin etmək üçün hər bir qanadın onun quruluşunda iştirak edən müəyyən laya görə sürüşməsi (yerdəyişməsi) aydınlaşdırılmalıdır. Bunun üçün üç şərt mövcuddur.

  1. Yatıq qanad sakit qalır, asılı qanad aşağıya doğru yerini dəyişir.

  2. Asılı qanad sakit qalır, yatıq qanad yuxarıya doğru hərəkət edir;

  3. Hər iki qanad yerini dəyişir-yatıq qanad yuxarıya, asılı qanad aşağıya və ya hər iki qanad ya yuxarıya, ya da aşağıya doğru hərəkət edir, lakin müxtəlif sürətlə.

Ümumiyyətlə, mütləq yerdəyişməni müəyyən etmək çətin məsələlərdən biridir, çox vaxt onu yəyin etmək mümkün olmur. Cavan faylarda mütləq yerdəyişməni müəyyənləşdirərkən relyefin quruluşundan istifadə olunur. Belə ki, yerini dəyişən qanad daha çox qırılır və aşınır.
Geoloji məsələlərin həllində geoloqa nisbi yerdəyişmənin təyini kifayətdir. Nisbi yerdəişmə dedikdə, bir qanadın digərinə nisbətən yerdəyişməsi nəzərdə tutulur. Nisbi yerdəyişmənin təyinində sürüşmə güzgüsündən, nisbi yerdəyişmə istiqamətinin təyinində isə layların sürüşmə səthindəki əyimindən istifadə edilir. Adətən, laylar qanadların hərəkəti istiqamətində əyilir. Nisbi yerdəyişmə istiqamətini fayın qanadlarındakı süxurların yaş nisbətinə görə də təyin etmək mümkündür.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin