MÜHAZİRƏ 17
Adı: Üstəgəlmə və örtüyün (şaryaj) əmələgəlmə mexanizmləri
Tarix: 01.12.2021
Plan:
2. Üstəgəlmə və örtük haqqında anlayış və onların elementləri
3. Üstəgəlmə və örtüyün əmələgəlmə mexanizmi
Üstəgəlmə, örtük (şaryaj)
Qırılma səthi 10º-ə qədər bucaq altında , yaxud üfüqi yatan əks laya üstəgəlmə deyilir. Üstəgəlmədə başqa qırılmalardan fərqli olaraq qanadlar aşağıdakı kimi adlanır.
Qırılma səthi üzərində yerləşən qanada asılı qanad deyilir.
Qırılma səthindən altda yatan qanada isə yatıq qanad deyilir.
Üstəgəlmədə adətən asılı qanad irəli hərəkət etmiş olur, yatıq qanad isə hərəkətsiz olur.
Üstəgəlmənin yaranması hər hansı bir qırışığın uzununa əyilmə yolu ilə inkişafını dizyunktiv , qırılma variantında davamıdır. Beləki, əgər qırışığa tangensial qüvvələr (sıxılma gərginlikləri) öz təsirini davam edirsə o yatıq vəziyyətə düşə bilər. Qırışığın bu vəziyyətindən sonra tangensial qüvvələrin təsiri altında qırışıq ya çevrilmiş növə (qırışığı təşkil edən layların reoloji xüsusiyyətləri yüksək olduğu halda) yaxud da onun ən gərgin hissəsi olan layların əyimi (tağı) zonasında laylar qırılmaya məruz qala bilərlər, nəticədə qırışığın ustdə yatan qanadı təsir istiqamətində hərəkət edərək üstəgəlmə növ qırılmanın yaranmasına səbəb olurlar. Buna görə də astagəlmə növ qırılmalar qırışıqları bir qayda olaraq onların uzanması boyu mürəkkəbləşdirilirlər. Üstəgəlmə növ qırılmalar geosinklinal ərazilər, orogen zonalar üçün səciyyəvi strukturlardır. Platformalarda bu növ qırılmalar formalaşmırlar.
Üstəgəlmə növ qırılmalar lokal və regional miqyasda, eləcə da qlobla şəkildə inkişaf edə bilərlər, məsələn: Şimali Abşeron Arxipelaqında Pirallahı qırışığı üstəgəlmə ilə mürəkkəbləşib. Regional miqyasda üstəgəlmələr dağ qırışıqlıq sistemlərində daha çox inkişaf etmiş olurlar. Üstəgəlmənin amplitudu 2-3 km-dən çox olarsa, bu vaxt o örtük və ya saryaj adlanır.
Üstəgəlmədən fərqli olaraq örtük aşağıdakı elementləri ilə səciyyələnir:
Örtüyün asılı qanadı Alloxton adlanır. Yatıq qanadı isə Avtoxton adlanır. Qırılma səthi isə Sürünmə səthi adlanır. Bu səth adətən üfüqi yaxud üfüqiyə yaxın vəziyyətdə , bir qədər dalğavari formada olur. Bununla belə örtüyün başlanğıc və ön hissələrində bu səthin yatım bucağı nisbətən böyük ola bilər.
Dostları ilə paylaş: |