MühaziRƏ 1 FƏNNİn məQSƏd və VƏZİ­FƏLƏRİ. ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİn redaktəSİ



Yüklə 42,22 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü42,22 Kb.
#45429
1   2   3   4   5   6   7   8
muhazire 1-2-3

Bülleten – hər hansı bir təşkilatın rəsmi materiallarını əhatə edir. Dövri bülletenlərin daimi rubrikasiyası olur. Bülletenlərin normativ, soraq, reklam, bülleten - xronika, bülleten-cədvəl, statistik növləri var.

Təqvim – müxtəlifliyi ilə seçilir. Dövriliyinə görə həftəlik, aylıq, illik ola bilər. Bundan əlavə, kəsilən, aşırma və kitab tipli təqvimlər var.

Referatda hər hansı bir problem yazılı, yaxud kütləvi şəkildə məruzə ilə qısa Ģərh olunur.

Ekspress informasiya – cari aktual məqalələrin referatını və analoji hadisələri özündə əks etdirən operativ məlumat nəşridir.

Jurnal ictimai, siyasi, elmi və digər məsələlərə dair məqalə və referatları əhatə edən, daimi rubrikasiyası olan rəsmi təsdiqlənmiş dövri nəşrdir.



Oxucu ünvanına görə jurnallar iki qismə bölünür: Kütləvi oxuculara istiqamətlənmiş jurnallar; Mütəxəssislərə yönəldilmiş xüsusi ixtisas jurnalları.

Kütləvi jurnallara elmi-kütləvi, ictimai-siyasi, ədəbi-bədii jurnalları aid edirlər. Elmi-kütləvi jurnallar elm, mədəniyyət və təcrübi fəaliyyət sahələrində nəzəri və ya eksperimental araşdırmalar haqqında məşqalə və materialları əhatə edir. Bu tip jurnalların funksional təyi-natı elmi dünyagörüşünün təşəkkülünə təkan vermək, oxucunun bilik səviyyəsini genişləndirmək, elmin, texnikanın, mədəniyyətin, incəsənətin nailiyyətlərini kütləviləşdirməkdir. Elmi-kütləvi jurnallarda praktik, əyləncə və ədəbi-bədii xarakterli materiallar da nəşr olunur.

Kütləvi jurnallar elmi-kütləvi jurnalara yaxındır. Kütləvi jurnallarda idman, məişət, mədəniyyət və s. məsələlərə dair materiallar verilir və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur. Bu tip jurnallar həyatın müxtəlif sahələrini əhatə edir və tematikası geniş məsələlər dairəsini əks etdirir.

İctmai-siyasi jurnal aktual ictimai-siyasi tematikalı material və məqalələri əhatə edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutu-lur. Bu jurnallarda satirik və yumoristik əsərlər, habelə müəyyən sahələrə aid olan məlumatlar, elmi-kütləvi informasiya da dərc oluna bilər.

Ədəbi-bədii jurnallarda əsasən müxtəlif janrlara aid olan bədii ədəbiyyat əsərləri, publisistik və tənqidi məqalə və materiallara yer alır.


Yüklə 42,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin