MühaziRƏ 1 FƏNNİn məQSƏd və VƏZİ­FƏLƏRİ. ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİn redaktəSİ


MÜHAZİRƏ 3 ƏSƏRİN MƏZMUN VƏ FORMASININ VƏHDƏTİ. BƏDİİ HƏQİQƏT ÖLÇÜLƏRİ. MÜƏLLİF ÜSLUBUNUN ORİJİNAL­LIĞI. PERSO­NAJLARIN



Yüklə 42,22 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü42,22 Kb.
#45429
1   2   3   4   5   6   7   8
muhazire 1-2-3

MÜHAZİRƏ 3

ƏSƏRİN MƏZMUN VƏ FORMASININ VƏHDƏTİ. BƏDİİ HƏQİQƏT ÖLÇÜLƏRİ. MÜƏLLİF ÜSLUBUNUN ORİJİNAL­LIĞI. PERSO­NAJLARIN

QİY­MƏT­­­LƏNDİRİLMƏSİ



  1. Bədii əsərin məzmun və formasının vəhdəti

  2. Bədii obrazın fərdi xüsusiyyətləri

Məzmun və formanın sıx vəhdəti bədiiliyin əsas şərtidir. Bədii məz­mun obrazlı forma tələb edir və yazıçı ideyasının daşıyıcısıdır. Bədii əsər yazıçı təxəyyülünün məhsulu olsa da gerçəkliyi əks etdirməli, onu olduğu kimi canlandırmalıdır.

Bədii obraz fərdi xüsusiyyətlərinə görə təkrar­olun­mazlıq qazanır. Yazıçının fərdi üslubu, yaradıcılıq metodu onun sənətkarlıq fərdiyyətini səciyyələndirən təsvir üsulu və təhkiyə dili ilə bağlıdır.

Bədii yaradıcılığın, eləcə də estetikanın ən mühüm, son dərəcə vacib problemlərindən biri də məzmun və formadır. Məzmun və forma haqqında istər fəlsəfədə, estetikada, istərsə də ədəbiyyatşünaslıqda və incəsənətdə irəli sürülən mülahizələr mahiyyətcə eyniyyət təşkil edir və bu fəlsəfi, nəzəri-estetik kateqoriyaların mahiyyətini açmağa, dərindən başa düşməyə kömək edir.

Həyatda nəinki bədii ədəbiyyat nümunələrinin, incəsənət əsərlərinin, hətta hər bir obyektin, predmetin belə məzmun və forması vardır. Məzmun və forma elə dialektik vəhdətdədir ki, forma məzmunsuz, məzmun isə formasız təsəvvürə gəlmir. Hər bir predmetin, eləcə də ədəbiyyat və incəsənət asərinin mahiyyəti  onun məzmunundadır. Forma məzmunu ifadə etmək vasitəsidir. Məzmun yalnız forma libasına bürünəndə gözə görünür, mövcud olur. Bir-birindən təcrid edilmiş şəkildə nə məzmun, nə də forma vardır. Məzmun aparıcıdır, forma ona əsasən yaradılır. Bədii əsər canlı bir orqanizmdir. Kompozisiyadan tutmuş onun kərpicləri olan bədii detallara, bədii təsvir və ifadə vasitələrinədək bütün poetik fıqurlar forma elementləri kimi təzahür edir, məzmunun açılmasına zəmin yaradır.

Obraz istər məzmunun, müəllif ideyasının, istərsə də bədii formanın səfərbəredici qüvvəsidir. Bütün digər bədii elementlər obrazlar əsasında formalaşır. Obrazlar bütün məzmun və forma elementlərinin qovuşuğunun dayaq nöqtəsi, bünövrəsidir. Əslində sənətkar öz ideyasını, başlıca ədəbi qayəsini, məramını da obrazlar sistemi vasitəsilə verməyə çalışır.

Obrazlar süjet çayının üstündən keçmək istəyən sənətkar ideyasının addamaclarıdır, kompozisiya sarayının möhtəşəm sütunlarıdır. Əsərin ideyası birbaşa məzmunla bağlı olsa da, o, bədii formanın müəyyənləşməsində də mühüm rol oynayır. Müəllif başa düşür ki, hansı ideyanı hansı bədii formada vermək daha sərfəlidir, münasibdir. M. Qorkinin sözləri ilə desək, “sənətkar öz şəxsi, subyektiv təəssüratının üzərində işləməyi, onların ümumi əhəmiyyəti olan cəhətlərini tapmağı, öz təsəvvürlərinə öz formalarını verməyi bacaran adamdır.”

Əslində əsərdə həm formanın, həm də məzmunun baş memarı sənətkar özüdür.



Məzmun və forma həmişə fəlsəfənin, estetikanın əsas problemlərindən biri olmuşdur. Görkəmli fılosoflardan Aristotelin, Platonun elmi-nəzəri irsində də bu problemlərin şərhinə xüsusi diqqət yetirilmişdir. Məzmunla forma dialektik vəhdətdə olsa da, bəzən onların arasında konflikt yaranır. Yeni mövzu köhnə formaya sığmır, özünə yeni forma tələb edir. Məzmun aparıcı olsa da, formaya nisbətən o, daha çevikdir, tez-tez dəyişir. Bədii yaradıcılıqda məzmuna nisbətən forma daha mühafizəkardır. Məsələn, əsrlərin sınağından çıxmış qəzəl, rübai, qoşma, gəraylı və s. formalarda yeni məzmunlu əsərlər yazmaq mümkündür. 

Yazıçının öz ədəbi məramına uyğun mövzu seçməsi qanunauyğun haldır. Ədəbi əsərin ideyası ilə yazıçının həyata münasibəti, dünyagörüşü arasında uyğunluğun olması da təsadüfı deyildir. Həyat hadisəsinin, mövzunun müəyyən formaya salınması, sənətkar təxəyyülü ilə ümumiləşdirilməsi nəticəsində əsərin məzmunu yaranır. Müəllif fantaziyasının, şərtiliyin, ədəbi metodun, fərdi üslubun və yaradıcılıq manerasının bədii inikasda, həyat həqiqətinin bədii həqiqətə çevrilməsində müstəsna rolu vardır. Hər dövrün özünəməxsus hadisələri olduğu üçün mövzu da, əsərin məzmunu da, hətta onun bədii forması da tarixi əhəmiyyət kəsb edir.



Məzmunla formanın dialektik vəhdəti elə mühüm estetik prinsipdir ki, bunu nəzərə almadan gözəl sənət əsərləri yaratmaq mümkün deyildir. Bədiiliyin əsas meyarını da məhz məzmun və forma vəhdətində axtarmaq lazımdır.

Bədii obrazın əsas funksiyası onun dünyanı işarə və əks etmə xassəsi ilə bağlıdır. Dilin ilk ad-sözləri və deməli, obrazları hərəkət edən canlılar olmuşdur: insan və heyvanların adları olmuşdur. Onların ardınca məkan obrazları da meydana çı xmışdır: dağlar, dərələr, vadilər, meşələr, ağaclar və s. Sonda isə hadisəvi obrazlar – hərəkət və hadisələrin adı olan ibtidai ad fellər ortaya çıxmışdır.

Bədii obrazın dünyanı göstərən növləri ədəbi epoxaların dəyişməsi ilə həmişə başqalaşır və ədəbi tərəqqinin növbəti mərhələsinin əsas əla-mətlərinin daşıyıcısı olur. Ona görə ədəbi tərəqqinin nəzəri tədqiqi baxımından obrazın dünyanı göstərmək özünəməxsusluğu xüsusi rol oynayır.

İlk insan obrazları və ilk ad-sözlərdən biri insan sürülərinin təbii başçısı sayılan totem-pəhləvanlara verilən adlar olmuşdur. Ədəbiyyat insanın unikallığı, təkrarsızlığı haqqında bitməz-tükənməz miflər xəzinəsidir. Ədəbiyyatın tükənməzliyi də fərdlərin tükənməzliyindən doğur. Bu mənada insan obrazı ədəbiyyatın tükənməz v ə sonsuz predmetidir. Qalan hər şey insana aidiyyəti və ona nisbət əm maraqlı olması ilə ədəbiyyatın predmetinə düşür. İnsanın unikallığı və təkrarsızlığı isə onun dildən istifadə etməsinin nəticəsidir.




Yüklə 42,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin