İngiliscə tərcümədə mənası nisbət ( relation ) deməkdir. Bu modeli məhşur ingilis riyaziyyatçısı Eduart Kodd təklif etmişdir. Modelin riyazi əsası riyaziyyatdakı məlum nisbətlər cəbrindən götürülmüşdür.
Nisbət (ingiliscə-relation)-kortej adlanmış elementlər çoxlucundan ibarətdir. Nisbətin əyani təsviri forması bizim üçün adi olan ikiölçülü cədvəldir. Bildiyimiz kimi, cədvəl sütunlardan və sətirlərdən ibarət formadır. Cədvəlin hər bir sətri eyni struktura, tipə malik olan sahələrdən ibarətdir. Nisbət baxımından cədvəlin sütununadomen, sətrinə isə kortejdeyilir. Adlandırılmışdomenlər isə atribut adlanır.
Fayl strukturu ilə müqayisədə isə cədvəl-fayla, cədvəlin sütunu -elementar yazıya, sətri isə verilənə uycun gəlir.
Nisbətlər cəbri adlanan riyazi aparatın verilənlər bazasına tətbiqi nəticəsində relyasiya modeli yaranmışdır. Həmin riyazi aparat relyasiya modelinin xassələrini aydın və yıccam formada təyin etməyə imkan verir. Bundan əlavə, relyasiya modeli nisbətlər arasında istənilən tip əlaqənin (1:1, 1:M, M:N) reallaşdırılmasına və nisbətlər üzərində müxtəlif əməliyyatların (çıxma,dekart hasili, bölmə, seçmə, birləşmə, proyeksiya, kəsişmə və s.) aparılmasına imkan yaradır. Bu cəhətlərə əsasən 70-ci illərin sonlarından başlayaraq yaradılan verilənlər bazalarının əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Nisbətlər cəbrində nisbət dedikdə aşağıdakı ifadə nəzərdə tutulur.
R ( A1, A2, ... An )
R – nibətin adı , A1, A2, ... An - nisbətin n-ci atributlarıdır.
Relyasiya modelində nisbətə çoxluq kimi baxılır və həmin çoxluqlar üzərində aşağıdakı əməliyyatlar aparılır:
vurma ( dekart hasil ) ;
toplama ( birləşdirmə ) ;
çıxma ;
bölmə;
kəsişmə ;
Bunlardan əlavə nisbətlər üzərində iki xüsusi əməliyyat yerinə yetirilir:
- proyeksiya ;
- seçmə ;
Mövcud bütün VBİS – lərdə göstərilən əməliyyatlar nəzərə alınır. Bu isə mürəkkəb sorğulara cavab vermək üçün vacib məsələdir.
Tələbə ( N, Soyad, Ad, Atası, ... )
Belə yazılışa nisbətin sxemi deyilir. Doldurulmuş cədvələ nisbətin genişlənməsi deyilir. Cədvəlin sətirləri kortej , sütunlari domen adlanır. Sütunun adı isə atribut adlanır.
N
|
Soyad
|
Ad
|
Atasının adı
|
Doğulduğu il
|
1
|
Əhmədov
|
Vəli
|
Nəbi
|
1990
|
2
|
Quliyev
|
Qulu
|
Əhməd
|
1994
|
3
|
Nəsibov
|
Əli
|
Nazim
|
1996
|
4
|
Əliyev
|
İsa
|
Xəzri
|
1992
|
Şəkil 6.1. Tələbə cədvəli
Dostları ilə paylaş: |