Informasiyanın xassələri – Informasiyanın xassələrinə aşağıdakılar aidir, informasiya – etibarlı və dəqiq olmalıdır, tam şəkildə olmalıdır, qiymətə malik olmalıdır, başa düşülən olmalıdır, vaxtında əldə edilməsi mümkün olmalıdır, qısa şəkildə olmalıdır, əldə olunma imkanına malik olmalıdır.
İnformasiya resursu- insanlar tərəfindən yaradılmış, toplanmış və yenıdən istifadə olunan məlumatlardır, göstərişlərdir. Bunlara aiddir- kitablar, məqalələr, sənədlər, texniki təcrübələr, qabaqcıl istehsal təcrübələri və s.
İnformasiya emalı - müəyyən alqoritmləri yerinə yetirməklə bir informasia obyektindən (resursundan) başqa bir informasiya obyektinin əldə edilməsi deməkdir. Emal edilmə informasiya üzərində yerinə yetirilən əsas əməliyatlardan biri olub, informasiyanın həcminin və müxtəlifliyinin dəyişməsidir. İnformasiyanın emal vasitələri- insanlar tərəfindən yaradılmış bütün mümkün ola bilən qurğular və sistemlərdir ki, bunların içərisində birinci yeri kompyuter tutur. Kompyuter müəyyən alqoritmləri yerinə yetirməklə informasiyanı emal edir.
“Texnologiya” - (yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusudur. İnformasiya texnologiyası –informasıyanın alınması, toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki proqram vasitələri toplusudur. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımı informasiyanı almaqdır
İnformasiyanın ölçü vahidi
İnformasiyanın emalında onun sayını, miqdarını bilmık üçün onu ölçmək lazımdır.
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözündən) qəbul edilmişdir. Praktikada isə, əsasən, daha böyük informasiyanın ölçü vahidlərindən kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb), terabayt (Tb), petabayt (Pb), eksabayt (Eb), zetabayt (Zb) və yotobayt (Yb) istifadə olunur:
Bir bit dedikdə ya “sıfr” -0, ya da “bir ” -1 baça düşülür, qəbul olunur.
8 bit bir 1 baytdır, 1bayt=[ (11111111) və ya (00000000) və ya (01000110)]
1 bayt= 8 bit = 23 bit
1Kb= 1024 bayt=210 bayt =213 bit
1Mb= 1024 Kb=220 bayt =223 bit
1Qb= 1024 Mb=230 bayt = 233 bit
1Tb= 1024 Qb=240 bayt = 243 bit
1 Pb= 1024 Tb=250 bayt =253 bit
1 Eb=1024 Pb=260 bayt = 263 bit
1Zb= 1024 Eb=270 bayt =273 bit
1Yb=1024 Zb=280 bay =283 bit
Dostları ilə paylaş: |