1.4. Kоmpütеr tехnİkasının yaranma tarixi və inkişaf mərhələləri
I nəsil (1950-1959-cu illdə) kompyuterlərin element bazası elektron lampa olmuşdur.
II nəsil (1960-1969-cu illərdə) kompyuterlərin element bazası rtanzistorlar (yarımkeçrici elementlər) olmuşdur. Bu maşınların funksional imkanları 1-ci nəslə nəzərən xeyli artmışdı onlara missal olaraq BESM-4, Minski-22, Urai-14 göstərmək olar.
III nəsil (1970-1985-ci illərdə) kompyuterlərin element bazası inteqral sxemlərdən olmuşdu
IV nəsil 1985-ci ildən sonrakı yəni bu günə kimi olan dövrü əhatə edir. Bu dövrdəki kompyuterlərin element bazasını böyük və çox böyük inteqram sxemlər (BİS, SBİS) və mikroprosessorlar təşkil edir. Bu elementlər əsasında yaradılan kompyuterlər fərdi kompyuterlər (FK) sinfini təşkil edir.
V-ci və sonrakı nəsilyeni və ən yeni elektron texnologiyalarına (nana texnologiyaya) əsaslanaraq indiki (neyro) və gələcəyin (kvand) kompyuterləridir. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlıga və iş etibarlıga malik olmaqla keyfiyyətcə aşağıdakı funksional tələblərə cavab verməlidirlər: a) biliklər bazaları ilə işləməsini təmin etmək və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq; b) kompyuterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyət təmin etmək; c) ən yeni proqram vasitələrinin yaradılması prosesinin sadələşdirməyə imkan verməlidir və s.
NEYMANIN ARXITEKTURASI
Fərdi kompyuterlərin yaranma tarixi 1981-cü il hesab edilir. Fərdi kompyuterlər digər EHM-lərdən ilk növbədə asan istifadə olunması və kiçik həndəsi ölçülərə malik olması ilə fərqlənir. Hazırda çox sayda müxtəlif kompyuterlər mövcuddur və müxtəlif məqsədlər üçün istifadə olunur. Bu müxtəlifliyə baxmayaraq bütün kompyuterlər hələlik fon Neymanın təklif etdiyi arxitektura əsasında qurulur. 1940-45-ci ildə məşhur riyaziyyatçı Con fon Neyman bu işə cəlb edilmiş və elə həmin ildə hesablama maşının quruluşunun ümumi prinsiplərini işləyib hazırlamışdır.Neymanın təklif etdiyi arxitekturaya görə hər bir kompyuter iki hissədən-birinci mərkəzi hissədən, ikinci periferiya (xarici) hissəsindən ibarətdir.
Kompyuterin arxitektura və struktura anlayışlarını bir-birindən fırqləndirmək lazımdır. Struktura müəyyən səviyyədə kompyuterin konkret tərkibini (qurğuları, blokları, qovşaqları və s. ) və onlar arasındakı əlaqələrit təyin edir. Arxitektura isə kompyuterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Arxitekturada kompyuterin bu və ya digər xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompyuterin tərkibinə daxil olan qurğuların xarakteristikaları kompyuterun ümumi xaraxteristikasına necə təsir edir və sə. Başqa səzlə arxitektura kompyuterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi prinsiplərini əks etdiir. Kompyuterin arxitekturası aparat və proqramlarla əlaqədər bir çox amilləri nəzərə alan məsələləri əhatə edir. Bu amillərə əsasən kompyuterin tətbiq sahəsi, funksional imkanları və istismarının asanlığı, qiyməti və s. daxildir.
Demək olar ki, bu günkü günədə kompyuterlərin əksəriyyəti Neyman tərəfindən təklif olunan arxitekturaya əsasən qurulduğundan, Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır: 1) Kompyuter proqramla idarə olunan avtomatdır, yəni kompterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompyuterin işini idarə edir, digər tərəfdən kompyuterə verilmiş, daxil olmuş məsələləri həll edir.
2) Kompyuter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yaddaş birölçülü və xəttidir, Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
3) Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
4) Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır.
Kompyuter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompyuterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir. Kompyuterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin müasir səviyyədə təşkili şəkil 2.1- də göstərilən arxitekturaya uygun olaraq aparılır