MühaziRƏ 1 GİRİŞ. Kompüterlər haqqında ümumi məlumat. Kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri. Kompüterlərin Neyman arxitekturası və əsas qurğuları. İnformasiya anlayışı. İnformasiyanın növləri və xassələri
GİRİŞ. Kompüterlər haqqında ümumi məlumat. Kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri.Kompüterlərin Neyman arxitekturası və əsas qurğuları. İnformasiya anlayışı. İnformasiyanın növləri və xassələri. İnformasiyanın miqdarı. İnformasiyanın ölçü vahidləri. Kompyuter - informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompyuter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Aydındır ki, informatikanı kompyuter texnikasız təsəvvür etmək mümkün deyildir. Deməli, informatika geniş tətbiq olunma diapazonuna malik olan kompleks elmi fəndir və onun prioritet istiqamətləri aşağıdakılardır:
Hesablama sistemlərinin və proqram təminatının işlənməsi;
Informasiya proseslərini öyrənən informasiya nəzəriyyəsi;
Riyazi modelləşdirmə və onun müxtəlif sahələrə tətbiqi;
Süni intellek üsulları;
Müxtəlif xarakterli problemlər üzrə sistemli təhlil;
Bioloji sistemlərdə informasiya prosesini öyrənən bioinformatika;
Cəmiyyətin informalaçdırılması prosesini öyrənən sosiol informatika;
Maşın qrafikası, animasiya, multimedia üsulları;
Telekomunikasiya sistemləri və şəbəkələri (lokal və qlobal);
Istehsalat, elm, təhsil, tibb, ticarət, kənd təsərüfatını və digər sahələr üçün tətbiqi priqramlarının işlənməsi və s.
İnformatika bir-birilə əlaqəli olan 3 vasitələrdən ibarətdir:
Texniki vasitələr;
Proqram vasitələri;
Alqoritmik vasitələr
a) Texniki vasitələr – (kompyuterlərin aparaturası) ingilis dilində sözü ilə göstərilir ki, onun da hərfi tərcüməsi - bərk məlumatlar deməkdir.
b) Kompyuterlər tərəfindən istifadə olunan bütün proqramlar toplusu – sözü ilə göstərilir ki, onun da hərfi təcüməsi – yumşaq məlumatlar deməkdir.
c) Məsələni proqramlaşdırmazdan əvvəl onun ardıcıl şəkildə həll olunma mərhələləri təmin olunmalıdır ki, bu da ilkin verilənlərdən başlayıb axtarəlan nəticəyə gətirub çıxarır, başqa sözlə desək by həll olynan məsələnin alqoritminin işlənməsi deməkdir. Alqoritmik vasitələr- alqoritminin işlənilməsi və onların qurulma üsullarının öyrənməsi ilə əlaqədər olan informasiyadır ki, onun da hərfi təcüməsi sözü ilə göstərilir – intellekt deməkdir. Kompyuterdə əsasən informasiya emal olunur. İnformasiya haqqında bəzi məlumatlarla tanış olaq.