1.hidroloji(iqlim)
2.geoloji
Hər iki dövran okean suları ilə sıx əlaqədardır: birinci rütubətin okeandan atmosfer vasitəsilə kontinentlərə aparılması yolu ilə, ikinci isə sedimentasiya prosesi (sedimentum – çöküntü deməkdir) zamanı qədim hövzə çöküntüləri içərisində «basdırılmış» suların yeni törəmə sular yaranana kimi geoloji proseslərdə iştirakı ilə əlaqədardır.
Suyun hidroloji (iqlim) dövranı.
Materiklərə düşən atmosfer çöküntülərinin çox hissəsi ağırlıq qüvvəsinin təsiri altında kiçik axın və çaylar şəklində qruplaşaraq okeanlara axır və hidroloji dövranı qapayır. Bu su dövranının miqyası və intensivliyi bütünlüklə Yer səthinə çatan günəş enerjisindən (radiasiyasından) asılıdır, hansı ki, hava kütlələrinin hərəkətinin mürəkkəb mexanizmi vasitəsilə iqlimi müəyyənləşdirir. Ona görə hidroloji dövran həm də suyun iqlim dövranı da adlanır. Bu dövran nəticəsində fasiləsiz olaraq yeraltı su ehtiyatlarının bərpa olunması baş verir. Hidroloji dövranda böyük miqdarda su iştirak edir. M.İ.Lvoviçin hesablamalarına əsasən (1974) atmosferdə olan su 14 000 km3 təşkil edir və bu həcm bütünlüklə təqribən 10 gündən bir, yəni ildə 36 dəfə, Yer kürəsinin çay suları (≈1200 km3) 11–12 gündən bir, orta hesabla ildə 32 dəfə təzə-lənir. Yeraltı suların dövranı isə daha ləng baş verir və orta hesabla 5 min il təşkil etməklə 330 (aktiv su mübadiləsi zonasında) – 10000 il arasında dəyişir. Beləliklə, suyun hidroloji dövranı yer qabığının üst hissəsini əhatə edərək nisbətən az dərinliklərdə yayılmış böyük yeraltı şirin su ehtiyatlarının formalaşmasına səbəb olur. Eyni zamanda, bu dövranın suyunun bir hissəsi dərinlik qırılmaları və yaxşı sukeçiriciliyə malik süxurlar vasitəsilə daha dərin qatlara süzülür, istiləşir və dağ-qırışıqlıq zonalarında geniş yayılmış müxtəlif tərkibli ter-mal suların formalaşmasına şərait yaradır.
Geoloji dövran
Suyun geolojii dövranı dedikdə onun yerin dərin qatlarındakı geoloji proseslərlə əlaqədar baş verən dövranı başa düşülür və bu zaman suyun dövran etmə müddəti geoloji dövrlərlə ölçülür. Geoloji dövran 3 mərhələdən ibarətdir:
Dostları ilə paylaş: |