Metan qazlı mineral sular
Metan qazlı mineral sular kenetik olaraq neftli və bitumlu çöküntülərlə əlaqədar tipik neft sularıdır. Bu suların əsas xüsusiyyəti C1/Br əmsalının dəniz sularına yaxınlığı, һəmcinin tərkibində çoxlu miqdar yod və ammoniumun olmasıdır. Metanlı sularda sulfat ionları iştirak etmirAzərbaycanda metan qazlı mineral və termal sular Böyük Qafqazın cənub yamaçlarında, şərqi Azərbaycanda, eləcə də MaSallı rayonu ərazilərində geniş yayılmışdır. Balakən rayonunda yerləşən Proval mineral su bulağının qaz tərkibi metanlı-azotlu, Qax rayonundakı Moxbulağın suyu metanlı (92,1%), Oğlanbulağın suyu metanlı-azotlu (CN4-75%, N-22,3%), Qəbələdəki Qəmərvan bulağının suyu metanlı-azotlu (CN4 - 71%, N-22%), Şamaxıdakı Haleybuqurt bulağının suyu metanlı-azotlu (CH4-27%, N-21,4%), İsmayıllıda Diyallı bulağının suyu metanlı-azotludur Ümumiyyətlə, metanlı sular təbiətdə neftli-qazlı əyalətlərdə formalaşır və əksər һallarda yüksək temperatura malik olur.
Dostları ilə paylaş: |