Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə56/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

1.Karbon qazlı mineral sular

2.Hidrogen-sulfid və ya kükürd qazlı mineral sular

3.Metan qazlı mineral sular

4.Azot qazlı mineral sular

5.Radon qazlı mineral sular
Karbon qazlı mineral sular

Təbiətdə yayılmış mineral sular içərisində karbon qazlı sular ən qiymətli sular sayılır. Bu suların yayıldıqı əyalətlər cavan yaşlı dağ silsilələri ilə əlaqədardır. Bu sulardan һəm süfrə suyu kimi, һəm də kurort və sanatoriyalarda bir sıra xəstəliklərin - mədə-bağırsaq, qara ciyər, böyrək, һəzm orqanları və s. müalicəsində, eləcə də yeyinti sənayesində geniş istifadə edilir. Əgər suyun tərkibində CO2 >250 Mq/l olduqda bu su mineral su, 750 mq/l-dən çox olsa karbon qazlı mineral sular adlanır. Içmək məqsədilə karbon qazının miqdarı 500 mq/l olmalıdır. Suda karbon qazının həll olması nəticəsində hidrokarbonat ionu əmələ gəlir, buda suyum kimyəvi tipinin dəyişməsinə səbəb olur Bu sularda daha çox kalsuim və natriuma rast gəlinir, maqnezium cox az rast gəlinir. Karbon qazlı suların minerallaşması böyük diapazonda dəyişir: nadir halda rast gəlinən təzyiqli (0,1-0,3 q/l) sulardan tutmuş, 92 q/l-ə kimi olan duzlu sular. Mənşəcə karbon qazlı sular həm infiltrasiya, sedimentasiya və ya başqa genezisə və ya qarışıq olur. Yataqlarına daha çox qirılmaların çatlılıq zonalarında rast gəlinir. Yataqları əsasən kaynazoy və daha qədim yaşlı olurlar. Daha çox dağlıq zonaların periferiyalarında, cavan vulkanik zonalarda rast gəlinir.

Azərbaycan Respublikasında karbon qazlı mineral sular yaxşı öyrənilmişdir. Respublika ərazisində yerləşən digər qaz tərkibli mineral sulara nisbətən karbon qazlı sular 35% təşkil edir. Bu suların tərkibindəki sərbəst karbon qazı 0,14-2,8 q/l arasında dəyişir. Azərbaycan Respublikasında karbon qazlı mineral su yataqları əsas etibarı ilə Kiçik Qafqazda geniş yayılmışdır. Bu yataqlara Mor-Mor, Əskipara, Yuxarı və Aşağı Daşkəsən, Sirab, Vayxır, Darıdağ misal göstərmək olar.
Kükürdlü sular

Kükürdlü sular müalicəvi əhəmiyyətə malikdirlər. Sulfidli sular əsasən artezian strukturlarında yayılmışlar və kimyəvi tərkibin, minerallaşmaının və ümumu kükürdün miqdarına görə fərqlənirlər. onlara daha çox mineral suların hidrokarbonatlı, sulfatlı, xloridlu tipi aiddir. Bəzi kükürdlü sular torflaşmız ərazilərlər, bəzilər isə artezian hövzələrində -neftli,bitumlu, tez tez isə dərində yatan gips-anhidrit assosasiyali süxurlarla əlaqədar olurlar.kükürdün böyük konsentrasiyasına (0,3-0,4 q/kq) müasir vulkanik ərazilərdə kükürdlü-karbon qazlı termlərdə rast gəlinir. yeraltı sularda kükürd qazının miqdarı 10 mq/l-dən çox olduqda, bu sular müalicə əһəmiyyəti daşıyır. Azərbaycanda kükürdlü mineral sular az öyrənilmişdir. İstər Böyük Qafqazın cənub yamaçlarında, istərsə də Talış maһalı, Naxcıvan və digər əyalətlərdə yerləşən mineral və termal suların tərkibində az və ya çox miqdarda kükürd qazı mövcuddur. Bum, Qəmərvan, Xal-xal, Zərgəran, Şaxtaxtı buna misal göstərmək olar.




Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin