Çatlı süxurların sululuğu - Süxurların çatlılığı öyrənilərkən onların genezisi, struktur xüsusiyyətləri ilə yanaşı, onların sululuğunu təmin edən parametrlər kəmiyyətcə də qiymətləndirilməlidir. Onlar aşağıdakılardan ibarətdir:
1.Çatların istiqaməti
2.Çatların açıqlığı-yəni çat divarları arasındakı orta məsafə(S)
3.Çatın açıqlıq əmsalı (P).
Çatın istiqaməti - tektonik gərginliyin xarakterindən asılıdır. Adətən xaotik istiqamətli kiçik çat şəbəkəsi ilə yanaşı bir neçə əsas sistem ayrılır (subparalel çatlar məcmusu). Bu çat sistemləri kəsişərək sukeçirən şəbəkə formalaşdırır. Belə sistem iki və ya üç ola bilər.
Dostları ilə paylaş: |